Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri
uğurla inkişaf edir
İyulun 12-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Türkiyə Böyük
Millət Məclisinin
sədri Numan Kurtulmuşu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Numan
Kurtulmuş Türkiyə
Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın salamlarını
dövlətimizin başçısına
çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı
xahiş etdi.
Dövlətimizin başçısı
Türkiyədə keçirilmiş
prezident və parlament seçkilərində
qələbə münasibətilə
bir daha təbriklərini çatdırdı.
Görüşdə Azərbaycanla Türkiyə
arasında dostluq və qardaşlıq münasibətlərinin bütün
sahələrdə, o cümlədən
parlamentlərarası sahədə
uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Numan Kurtulmuşun səfərinin
əlaqələrimizin inkişafına
töhfə verəcəyi
qeyd olundu.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsinin, bu təşkilat və TÜRKPA formatında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulandı.
Azərbaycan.-2023.- 13 iyul.- S.1.