Sürətli,
operativ və təhlükəsiz...
Azərbaycanın
dəmir yolu infrastrukturu "Şərq-Qərb"
və "Şimal-Cənub"
nəqliyyat dəhlizlərinin
ən mükəmməl
seqmentidir
Beynəlxalq münasibətlərdə
dövlətlərin yeri
və rolu müxtəlif meyarlarla ölçülür ki,
onlardan da biri qlobal nəqliyyat
dəhlizlərində iştirak
səviyyəsidir. Bu,
hələ karvan yollarının mövcud olduğu keçmiş dövrlərdə belə
olub, Dördüncü
Sənaye İnqilabının
yaşandığı müasir
çağımızda da
elədir. Çünki nəqliyyat dəhlizində yer almaq, tranzit və logistik imkanlarına malik olmaq dövlətin maliyyə imkanlarına əlavə güc qatan iqtisadi hadisədir.
Qlobal mənzərə
göstərir ki, bu reallığı vaxtında düzgün dəyərləndirən dövlətlər
tranzit rəqabətin
geniş vüsət aldığı hazırkı
şəraitdə daha
şanslıdırlar. Bu
baxımdan Azərbaycan
Respublikası da beynəlxalq səviyyədə
hazırkı nəqliyyat
rəqabətinin uğur
qazanmış tərəfi
kimi qəbul olunur. Başqa cür desək, artıq Azərbaycanın
qlobal nəqliyyat dəhlizlərinin əsas
qovşaqlarından birinə
çevrilməsi dünyada
qəbul edilən reallıqdır.
Əlbəttə, dövlətin
hər bir uğuru ona rəhbərlik edənlərin
qətiyyətinə, siyasi
iradəsinə, uzaqgörənliyinə,
reallıqları düzgün
dəyərləndirmələrinə əsaslanır. Azərbaycanın
beynəlxalq nəqliyyat
dəhlizlərinə böyük
töhfələr verən
müasir mükəmməl
nəqliyyat-kommunikasiya sisteminin
formalaşması tarixinə
bu prizmadan yanaşdıqda görürük
ki, əldə etdiyimiz uğurların əsasında əbədiyaşar
şəxsiyyət, xalqımızın
Ümummilli Lideri, bu il anadan
olmasının 100 illiyini
böyük sevgi ilə qeyd etdiyimiz
Heydər Əliyev tərəfindən müəyyən
edilmiş strategiya və qarşıya qoyulmuş hədəflər
dayanır.
Məlumdur ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin
yaradılması və
inkişaf etdirilməsi
baxımından olduqca
əlverişli coğrafi
və strateji mövqeyə malikdir. Hələ qədim dövrlərdə tarixi İpək yolu məhz indiki Azərbaycan ərazilərindən
keçib. SSRİ-nin
dağılması və
Çinin 90-cı illərdən
etibarən Avrasiyanın
iqtisadi sistemində aparıcı mövqelərə
yüksəlməsi isə
tarixi nəqliyyat əlaqələrini yenidən
aktuallaşdırdı. Təbii
ki, belə bir vaxtda Azərbaycan
dövləti yeni çağırışlara qarşı
səssiz dayana bilməzdi. Təsadüfi
deyil ki, Azərbaycan 1993-cü ildə
qəbul edilən Avropa İttifaqının
TRASECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat
Dəhlizi) proqramına
qoşulub. TRASECA Cənubi
Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin
nəqliyyat infrastrukturunun
bərpasına yardım
göstərilməsi, Avropa
və Asiyanı birləşdirən ən
qısa nəqliyyat dəhlizinin yaradılması
və bununla regionun Qərbə inteqrasiyası, həmçinin
bu dövlətlərin
iqtisadiyyatlarının dirçəldilməsinə
və inkişafına
yönəldilmiş proqramların
reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.
TRASECA Proqramının uğur qazanmasına yönəlmiş ən böyük hadisə isə xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə
1998-ci ilin sentyabr ayında Bakıda keçirilən tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransdır. Bu konfransda iştirak etmək üçün Türkiyə, Gürcüstan,
Ukrayna, Moldova, Rumıniya,
Bolqarıstan, Özbəkistan,
Qırğızıstanın dövlət başçılarının,
13 beynəlxalq təşkilatın
və 32 dövlətin
nümayəndə heyətinin
Bakıya səfər
etməsi sadəcə
tarixi İpək yolunun bərpası ilə bağlı istək və arzunun ifadəsi deyildi. 8 dövlət başçısının və
müxtəlif səviyyəli
nümayəndə heyətlərinin
Azərbaycana gəlməsi
həm də Heydər Əliyevin bütün tərəfləri
ümumi maraqlar ətrafında səfərbər
etməsinin göstəricisi
idi. Ən əsası bu, Heydər Əliyevə olan inam və
etimadın ifadəsi idi. Bütövlükdə
isə Heydər Əliyevin təşəbbüsü
ilə Bakıda belə bir tədbirin
təşkil olunması
Azərbaycanın TRASECA Proqramının
həyata keçirilməsinə
xüsusi töhfəsinin
təcəssümünə çevrildi. Məhz bu konfransın yekununda "Avropa-Qafqaz-Asiya
dəhlizinin inkişafı
üzrə beynəlxalq
nəqliyyat haqqında
Əsas Çoxtərəfli
Saziş"in imzalanması
sonrakı dövrdə
TRASECA ayrı-ayrı dövlətlər
üzrə qarşıya
qoyulmuş məqsədlərin
reallaşmasına xidmət
etdi. Prezident İlham Əliyevin 2019-cu ilin dekabr ayında
TRASECA-nın 20 illik fəaliyyətinə həsr
olunmuş yubiley konfransının iştirakçılarına
məktubunda qeyd edildiyi kimi, TRASECA proqramı üzv ölkələr arasında
multimodal daşımaların
təşviqi, tranzit daşımalar üçün
əlverişli şəraitin
yaradılması, ticarət-iqtisadi
və nəqliyyat əlaqələrinin inkişaf
etdirilməsi sahələrində
əməkdaşlığın genişləndirilməsi, habelə
həmin ölkələrin
iqtisadi potensialının
artırılması işinə
mühüm töhfələr
vermişdir. Prezident İlham Əliyevin qeyd etdiyi məqamların
hər birini ayrı-ayrılıqda təhlil
edib nəzərdən
keçirsək görərik
ki, ötən illər ərzində Azərbaycanın həm nəqliyyat potensialının
hərəkətə gətirilməsi,
həm də respublikamızın beynəlxalq
nəqliyyat dəhlizlərində
iştirakının təmin
edilməsi yönündə
Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən
edilmiş strategiya layiqincə həyata keçirilmiş, qarşıya
qoyulmuş məqsədlər
reallaşmışdır.
Ümumiyyətlə, ötən 20 ildə Prezident İlham Əliyevin siyasi kursu Azərbaycanı regionda liderə, qlobal səviyyədə güclü mövqeləri
olan dövlətə
çevirmişdir. Qürur
hissi ilə qeyd etməliyik ki, İlham Əliyevin müdrik fəaliyyətinin nəticəsi
kimi Azərbaycan iştirak etdiyi bütün siyasi, iqtisadi proseslərdə etibarlı tərəfdaş
kimi tanınır və bunu xarici
dövlət, hökumət
başçılarının dilindən də eşitmək mümkündür.
Respublikamız bu kimi tarixi uğurlarına
qlobal aktuallıq kəsb edən məsələlərə verdiyi
töhfələrlə nail
olmuşdur. Məsələn,
bu gün Azərbaycan Avropa İttifaqı üzvü
olan dövlətlərin
enerji təhlükəsizliyinin
təmin olunmasında
aparıcı rol oynayır. Bunun nəticəsidir ki, Bolqarıstan, Macarıstan
kimi dövlətlərin
enerji sahəsində son dövrlərə qədər mövcud olmuş mənbələrdən
asılılıqları aradan
qaldırılmışdır.
Eyni zamanda Azərbaycan bu illərdə həyata keçirdiyi nəqliyyat layihələri ilə həm regionun, həm də bütövlükdə Avrasiyanın
nəqliyyat dəhlizlərinin
inkişafına böyük
töhfələr vermişdir.
Prezident İlham Əliyevin respublikamızın
nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı qarşıya
qoyduğu hədəf
və vəzifələrə
uyğun olaraq həyata keçirdiyi tədbirlər əvvəldə
qeyd edildiyi kimi, TRASECA proqramının
uğurla reallaşmasını
təmin etməklə
yanaşı, "Şimal-Cənub",
"Şərq-Qərb" nəqliyyat dəhlizlərində
Azərbaycanın rolunu
əhəmiyyətli dərəcədə
yüksəltmişdir. Eyni zamanda son illərdə
dünyada baş verən gərgin geosiyasi proseslər Çindən başlamaqla
Avropaya doğru Xəzər dənizindən
və Azərbaycandan keçməklə Orta
dəhliz (Trans-Xəzər
Beynəlxalq Nəqliyyat
Marşrutu) ideyasının
meydana çıxmasına
səbəb olmuşdur.
Bütün bu nəqliyyat dəhlizlərində
mövqelərimizin güclənməsində,
başqa cür desək, beynəlxalq yük daşımaçılığında
tranzit ölkə olaraq Azərbaycanın seçilməsində isə
respublikamızın nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi,
o cümlədən dəmir
yollarının imkanlarının
artırılması böyük
rol oynayır. Məsələn, Azərbaycanın
təşəbbüsü ilə təməli qoyulan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars
dəmir yolu xətti Azərbaycanın
"Şərq-Qərb" nəqliyyat dəhlizində
tələbləri ödəyə
bilən tranzit və logistika mərkəzinə çevrilməsi
yönündə reallaşan
ən mükəmməl
nəqliyyat layihələrindən
biridir.
Hazırda Ukraynada
gedən müharibə
Çindən Avropaya
Rusiyadan keçməklə
uzanan "Şimal"
dəhlizindən istifadəni
minimuma endirib. Çindən və Hindistandan keçməklə
Avropaya cənub istiqamətində daşımaçılıq
əsasən dəniz
nəqliyyatı ilə
həyata keçirilir
ki, bu da
kifayət qədər
vaxt itkisi deməkdir. Bu mənada Orta dəhliz ideyasının meydana çıxması yeni çağırışlardan
irəli gəlir ki, hazırda bu məsələdə əsas diqqət Azərbaycanın çox
geniş logistik imkanlarına və şaxələndirilmiş nəqliyyat
infrastrukturuna yönəlib.
Qeyd edək ki, əgər yük qatarı Çindən Avropaya doğru "Şimal"
dəhlizi ilə 10 min kilometr məsafə
qət etməlidirsə,
Xəzər dənizindən
və Azərbaycandan keçməklə cəmi
7 min kilometr yol getməlidir. Cənub dəhlizi ilə isə Çindən Avropaya daşımaçılıq məsafəsi
təxminən 20 min kilometrə çatır.
Göründüyü kimi,
Çindən Avropaya
yüklərin çatdırılması
müddəti Xəzər
vasitəsilə Azərbaycandan
keçdikdə 2-3 dəfə
azalır. Beləliklə,
bu kimi reallıqlar,
əsasən, təhlükəsiz
və operativ yük daşımaçılığı
Orta dəhliz ideyasının reallığa
çevrilməsini şərtləndirir
ki, bu məsələdə
də Azərbaycan, Türkiyə, Qazaxıstan
Gürcüstan və
Özbəkistanın işbirliyi
sözügedən dəhlizi
cəlbedici edəcək.
Bu gün dövlətimizin milli prioritetlərindən biri Zəngəzur dəhlizinin
açılmasına nail
olmaqdır. Torpaqlarımızın
azad edilməsi kimi tarixi hadisənin
timsalında milli maraqlarını qətiyyətlə
təmin edən Azərbaycanın Zəngəzur
dəhlizinin açılmasına
nail olacağı şübhəsizdir. Bu isə gələcək perspektivdə "Şərq-Qərb"
dəhlizinin və Orta dəhlizin imkanlarını daha da artırmaqla Azərbaycanın beynəlxalq
nəqliyyat dəhlizlərindəki
mövqelərinə yeni
güc qatacaq.
Bütün bunlarla
yanaşı, Azərbaycanın
nəqliyyat infrastrukturu
"Şimal-Cənub" nəqliyyat
dəhlizinin reallaşmasına
böyük töhfələr
verib. Proqnozlara əsasən, tam gücü ilə fəaliyyətə başladıqdan
sonra "Şimal-Cənub"
dəhlizi Fars körfəzi ölkələrinin
və Hindistanın Avropaya, Azərbaycanın,
Rusiyanın və Orta Asiya dövlətlərinin
Fars körfəzinə
və Hindistana çıxışına imkan
verəcək. Məlumdur
ki, bu dəhlizi
Azərbaycanın tranzit
potensialından əhatəli
istifadəni zəruri
edir. Ona görə Prezident İlham Əliyev hələ 2015-ci ilin dekabr ayında "Şimal-Cənub" nəqliyyat
dəhlizinin Azərbaycandan
keçən hissəsində
işlərin sürətləndirilməsi
haqqında sərəncam
imzalayıb. Sərəncamın
icrası sayəsində
Azərbaycan dəmir yollarının İran dəmir
yolları şəbəkəsi
ilə əlaqələndirilməsi
istiqamətində mühüm
tədbirlər həyata
keçirilib.
Bu ilin may ayında Rusiya və İran prezidentlərinin Rəşt-Astara
dəmir yolu hissəsinin tikintisinə dair sazişin imzalanması da bu
dövlətlərin Azərbaycandan
keçən bu marşrutun seqmentlərinin
yaradılması işinin
sürətləndirilməsində maraqlı olduqlarını
göstərir.
Azərbaycan son
onilliklərdə həm
Qədim İpək yolu üzərində, həm də şimal-cənub istiqamətində
olduqca güclü, təkmil və bir-birini tamamlayan nəqliyyat infrastrukturları
yaradıb. İstər dəmir yollarımız, istər avtomobil yollarımız, istərsə də hava limanlarımız ən müasir standartlara cavab verir. Eləcə də Azərbaycan olduqca mükəmməl logistik imkanlara malikdir. 2018-ci ildə istifadəyə verilən
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Azərbaycanın logistik imkanlarını daha da artırıb.
Azərbaycanın çevik,
sürətli və təhlükəsiz nəqliyyat
dəhlizlərinin formalaşdırılmasına
verdiyi töhfələr
qlobal səviyyədə
təqdir olunur. Həm Çin, həm Avropa İttifaqı rəsmiləri
Azərbaycanın nəqliyyat
dəhlizlərinin inkişafına
xidmət edən tədbirlərini yüksək
qiymətləndirirlər. Beləliklə,
hazırkı gedişat
ondan xəbər verir ki, Azərbaycanın
perspektivdə beynəlxalq
nəqliyyat dəhlizlərində
iştirak səviyyəsi
daha da yüksələcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
13 iyul.- S.9.