Azərbaycan
polisi ictimai təhlükəsizliyin təminatçısıdır
İyulun 11-də cari
ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə
bir çox məsələlərə toxunan
Prezident İlham Əliyev Gədəbəy
rayonunda baş vermiş hadisə ilə bağlı da fikirlərini bildirdi.
Baş vermiş
hadisəni tamamilə
qəbuledilməz adlandıran
dövlət başçısı
qeyd etdi ki, bütövlükdə
həm təxribatçıların
hərəkətləri, həm
xarici şirkətin, həm də aidiyyəti qurumların fəaliyyəti qəbuledilməzdir:
"Yeganə olaraq burada özünü ləyaqətlə aparan Azərbaycan polisi idi. Onu hər
kəs bilməlidir. İndi bəziləri ağızlarını büzürlər.
Gedin, açın gözünüzü baxın,
Amerika polisi ildə neçə nəfəri öldürür
- 1000 nəfəri. Fransa
polisi neçə nəfəri öldürür
və nəyə görə öldürür?
Bu yaxınlarda Fransa polisinin əməllərini bütün
dünya gördü.
Mən onlara bəraət qazandırmıram,
o dözülməzdir. Əfsuslar
olsun ki, insanları öldürən
o polisin mütləq əksəriyyəti məsuliyyətdən
yayınır. Bir müddətdən sonra onları ya ümumiyyətlə məhkəmədə
buraxırlar, ya da ki, şərti
iş verirlər. Bizim polis gecə-gündüz
soyuqda, istidə, dağda asayişi qoruyur".
Prezident Daxili Qoşunların İkinci Qarabağ müharibəsində
də şəhid verdiyini xatırladaraq bildirdi ki, kiminsə
Azərbaycan polisinə
ləkə yaxmasına
heç vaxt imkan verilməyəcək.
Məsələ ilə
bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Polisi gözdən
salmaq aksiyası milli mənafelərə uyğun deyil
Milli Məclisin
İnsan hüquqları
komitəsinin sədri
Zahid Oruc qəzetimizə açıqlamasında
deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə yarım ilin sosial-iqtisadi yekunlarına dair keçirilən müşavirə
respublikamızda həm
daxili iqtisadi-sosial idarəetmə, həm də regional və beynəlxalq münasibətlər sistemi
ilə bağlı çox fundamental və gələcək milli həyatımızı
təyin edən məsələlərin geniş
şəkildə açıqlanması
ilə yadda qaldı.
Ölkə rəhbərinin
çıxışının mühüm hissəsi Gədəbəyin Söyüdlü
kəndində bir ay əvvəl baş vermiş hadisə ilə bağlı oldu. Prezident təbiətə vurulmuş ekoloji ziyan, aidiyyəti dövlət qurumlarının
fəaliyyətsizliyinə, keçirilən etiraz aksiyasına və onun müxtəlif məqamlarına geniş şəkildə münasibət
bildirərək qəti
tapşırıqlar verdi.
Zahid Oruc dedi ki, ali
səviyyədə məhz
birinci şəxsin dilindən verilən rəy cəmiyyətdə
konsensus yaradıb:
"Çünki yalnız
bir parametr üzərində məsələyə
baxılmadı. Burada
hansısa xarici şirkətin maraqlarını
əldə əsas götürən mövqelərə
yuvarlansaydıq, aylar əvvəl Laçın-Xankəndi
yolunda ərazilərimizi
istismar edən, təbiətə, cəmiyyətə
böyük zərbə
vuran qüvvələrə
qarşı həyata
keçirdiyimiz tədbirlərin
məramı, arqument bazası zəifləmiş
olardı. Ölkə
rəhbərinin masası
üzərinə qoyulmuş
bütün informasiyalar
onu deməyə əsas verir ki, Prezident həm
ölkə daxilində,
həm də xaricində baş verən əksər proseslərin milli mənafelər kontekstində
dəyərləndirilməsinə qadir məlumatlara sahibdir. Bu, çox önəmli məsələdir.
Verilən reaksiyalar bütün prosesin önəmli məqamlarını
özündə ifadə
edirdi. Ona görə də sadə vətəndaşların,
qanunu pozmayan, dövlətə, hakimiyyət
orqanlarına qarşı
hörmətsizlik göstərməyən,
amma təbiətinə
və cəmiyyətinə
qarşı olan hər hansı ziyanları vətəndaş
hüquqları ilə
dilə gətirənlərin
mövqeyi müdafiə
olundu. Bu, xalqla dövlət arasındakı birlikdir".
Komitə sədrinin
sözlərinə görə,
məsələyə ətraflı
yanaşıldığı üçün yerli hakimiyyət orqanlarının,
həmçinin polislərin
davranışları, onların
üzərindən xarici
dairələrin bu məsələ ətrafında
apardıqları fəaliyyətlər,
daxili işlər orqanları ilə bəzi
ölkələrdə ictimai
sabitliyin, asayişin qorunması yönündə
fəaliyyət aparan qüvvələrin davranışları
ilə müqayisələr
aparılmasının şahidi
olduq. Eləcə də məsələ ətrafında hökumətin,
o cümlədən məsul
qurumların fəaliyyətinin
qiymətləndirilməsi də
ölkə rəhbərinin
açıqlamalarının nüvə mərkəzini
təşkil edirdi.
Prezident regional
və beynəlxalq siyasətdə fəal diplomatik, informativ, siyasi mübarizəni necə peşəkarlıqla aparırsa,
daxildə də əsas söz sahibi olduğunu və sabitliyin, əmin-amanlığın, hətta
hər hansı nöqtədə lokal insidentlərin də aradan qaldırılmasında
müstəsna iradəyə,
obyektiv, ədalətli
mövqeyə malik olduğunu nümayiş etdirdi: "Söyüdlü
timsalında cəmiyyətdə
sorğu aparsaq, şahidi olarıq ki, həqiqətən də ölkə rəhbərinin verdiyi mesajlar insanlarda rahatlıq, güvən yaradır, daxili əminliyi artırır. Polis orqanlarının fəaliyyətinin ölkə
rəhbəri tərəfindən
qiymətləndirilməsinə gəlincə, məsələdə
iki prizmanı seçməliyik. Birincisi,
digər hakimiyyət institutları daha aktiv fəaliyyət
aparsaydı,
bir xarici şirkət ölkənin
ucqar dağ bölgəsində özünü
bu qədər sərbəst, təbiətimiz,
cəmiyyətimiz üzərində
hökmran hiss etməzdi. İkincisi, Azərbaycan polisinin davranışı ilə
Fransa və ya digər ölkələrdə
hazırda yaşanan böyük vətəndaş
toqquşmaları, hakimiyyət
orqanları ilə barışmaz üsyan, iğtişaşlar fonunda
müqayisə aparmaq imkanı var. Görürük ki, rezin güllələrin və ya dəyənəklərin,
su şırnaqlarının
yeni növləri yaranıb. Bütün bunlar Strasburqun və ya Brüsselin
titullu salonlarının,
binalarının dünyanı
yönləndirən əsas
mərkəzlərin bir
addımlığında baş
verir", - deyə komitə sədri əlavə edib.
Zahid Oruc dedi ki, Söyüdlüdə
polislər ilk növbədə həmin
şirkətlə vətəndaşlar
arasında daha ağır qarşıdurmanı
cilovlamağa çalışııb.
Hansısa birinin əməlini qabardıb bütövlükdə polis
və hüquq-mühafizə
orqanlarına qarşı
nifrət, qisasçılıq, polis
şiddəti və
s. kimi adlarla cəmiyyətdə
dövlətin qoruyucu,
asayişin keşikçisi
olan polisi gözdən salmaq aksiyası heç bir halda milli
mənafelərə bağlı
mövqe sayıla bilməzdi.
Komitə sədri
bildirdi ki, Prezident İlham Əliyev polisi qorudu. Daxili işlər orqanları, onların timsalında asayişi, əmin-amanlığı
bir daha müdafiə etdi. Cənab Prezident 2003-cü
ildə Azərbaycan vətəndaşlarını meydanlara
çəkən və
ölkəmizi 1990-cı illərə qaytarıb çadırlar məmləkətinə
döndərməyə cəhd
edən qüvvələrə
də o zaman demişdi ki, polislər qəti şəkildə cəzalandırılmayacaqlar:
"İndiki situasiyada
polislər ilk növbədə ikinci göl layihəsini cızan şəxslərlə
etirazçılar arasında
qoruyucu zireh kimi ortada dayanmışdılar.
Buna görə onların
üzərinə daş atılmamalı
idi".
Komitə sədri
deyir ki, ölkə rəhbərinin
bu məsələyə
reaksiyası təkcə
Gədəbəy və
ya lokal ərazi üçün deyil, bütünlükdə
ölkəmiz üçün
çox gərəklidir:
"Azərbaycan polisi,
sözün həqiqi
mənasında, dövlətçilik
mənafelərini çox
yüksək tutur.
Bunu həm də şəhid olmaqla sübut ediblər. Bəzən hansısa siyasi qurumlar, üçüncü
sektor bəzi məsələlərdə ləng
ola bilir, amma polis orqanları
hər yerdə dövlətin milli mənafelərini qoruyur. Onlar fədakardırlar, bəzən
24 saat ağır iş rejimində çalışırlar. Söyüdlü
məsələsi ətrafında
səlib yürüşü,
informasiya kampaniyası
aparanlar var. Bu, düzgün addım deyil. Prezident dövlətin dayağı kimi polisə öz münasibətini ifadə
edərkən obyektiv,
hadisəyə ədalətli
qiymət verən lider kimi o insanların,
doğrudan da, komandanı olduğunu sübut edir".
Azərbaycan polisi
hər zaman xalqın yanındadır
Milli Məclisin
deputatı Arzu Nağıyev bildirib ki, Prezident İlham
Əliyev 6 ayın sosial-iqtisadi yekunları ilə bağlı keçirdiyi müşavirədə
Azərbaycan polisi haqqında yüksək fikirlər söylədi.
Azərbaycan polisi
ölkəmizdə asayişin
qorunmasıyla yanaşı,
dövlətimizə qarşı
olan təhdidlərin qarşısının alınmasında
iştirak edir, həm keşiyimizdə durur, həm də sərhədlərdə
öz vəzifəsini
yerinə yetirir. Bir sözlə, Azərbaycan polisi xalqın rəğbətini
qazanmış hüquq-mühafizə
orqanlarından biridir.
Deputat bildirib ki, Azərbaycan polisi müstəqillik illərində böyük
şərəfli yol keçib: "Polis orqanlarında xidmət edən hər bir şəxs bilir ki, onun
əsas vəzifəsi
xalqının rifahı,
təhlükəsizliyi və
dövlətin müstəqiliyi
üçün atdığı
addımlardır. Bu, onların bir nömrəli işidir. Məhz buna görə də onlara qarşı təxribatlar və ya onlar haqqında
xoşagəlməz məsələləri
qabartmaq heç də düzgün hal deyil".
A.Nağıyevin qənaətincə,
bu kimi hallar
onları gözdən
salmaq üçün
atılan addımlardır.
Təbii ki, burada marağı olan xarici xüsusi
xidmət orqanları və ölkə daxilində müxtəlif
xarici qurumlara qulluq edən şəxslər də var. Azərbaycan polisi bütün bunları gözəl başa düşür. Müxtəlif qurumlar istər Dövlət Yol Polisi, istər
Azərbaycan Respublikasında
İnterpolun Milli Mərkəzi Bürosu, istər mühafizədə,
istərsə də cinayətkarlara qarşı
işləyənlər birmənalı
şəkildə Azərbaycanın
rifahı naminə çalışırlar. Mütəşəkkil
cinayətkarlığa qarşı,
narkotik vasitələrin
qanunsuz dövriyyəsini
təşkil edən şəxslərə qarşı
mübarizə, görülən
tədbirlər göz
qabağındadır. "Bir sözlə, Azərbaycan polisi dövlətin hüquq-mühafizə
orqanlarının içində
öndə gedənlərdəndir.
Öz işini koordinasiyalı şəkildə
Ali Baş Komandanın göstərişi
ilə həyata keçirir. Xaricdə - istər Fransa, istər ABŞ, istərsə
də qonşu ölkələrdə baş
verən hadisələrdə
polisin necə davrandığını görürük.
Azərbaycanda polisin həyata keçirdiyi əməliyyatlar isə təqdirəlayiqdir. Bunlar
Azərbaycan xalqının
rifahı üçün
atılan addımlardır.
Polis orqanlarında, rəhbərliyində peşəkarlar
fəaliyyət göstərir.
Azərbaycan polisi bu gün xalqın
yanında olan, xalqın inandığı
ən etibarlı qurumlardan biridir", - deyə deputat əlavə edib.
Xalq da, polis də İlham
Əliyevin ətrafında
sıx birləşib
Milli Məclisin
deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, Prezident
İlham Əliyevin sədrliyi ilə
2023-cü ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədə
dövlət başçısının
nitqi müvafiq dövr ərzində sosial-iqtisadi göstəricilərin
təhlili ilə yanaşı, həm də daxili və beynəlxalq münasibətlərə dair
məsələlərlə bağlı situasiyanın
dəyərləndirilməsi, artan hərbi güc və imkanlarımızın inikası
baxımından mühüm
hadisə hesab edilməlidir.
Deputat qeyd edib ki, Prezidentin
də ifadə etdiyi kimi, Qarabağın
və Şərqi Zəngəzurun bərpa edilməsi və hərbi potensialımızın
güclənməsi əsas
prioritetlər olaraq qalır və son 6 ayda bu
istiqamətlərdə ciddi
irəliləyişlər var.
Hərbi potensialımızdan
söz açan Bəhruz Məhərrəmov
vurğulayıb ki, dövlət başçısı
açıq formada bir daha bəyan
etdi ki, ilk növbədə özümüzü, müstəqilliyimizi,
seçimimizi, həyat
tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. Bu mənada Müzəffər
Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrini
həm döyüş
qabiliyyəti, həm silah və texnika
ilə təchizat baxımından daha da gücləndirməkdə
qərarlıdır. Azərbaycan
Prezidentinin də ifadə etdiyi kimi, biz yerləşdiyimiz
coğrafiyada özümüzü
tam əmin hiss edəcək gücə çevrilmişik.
Prezident İlham
Əliyevin çıxışında
diqqətçəkən məqamlardan
birinin Gədəbəy
hadisələri fonunda
verdiyi açıqlama
olduğunu deyən deputat qeyd edib
ki, ilk növbədə
dövlət başçısı
milli mənafelərin,
xalqın və dövlətin maraqlarının
onun üçün istisnasız prioritet olduğunu göstərdi:
"Tələb çox
sadədir, dövlət
strukturları vətəndaşla
kommunikasiyasını doğru
qurmağı bacarmalıdır.
Sirr deyil ki, Prezident İlham
Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşla
bu kommunikasiyanı qura bilib. Lakin
proseslər göstərir
ki, bəzi strukturlarda bu sistem hələ də yetərli səviyyədə qurulmayıb
və proseslərə
cənab İlham Əliyev şəxsən
özü müdaxilə
etməli olur".
Bəhruz Məhərrəmov
bildirib ki, dövlət başçısının
ekoloji problemlərə,
xüsusən əhalinin
sağlamlığı məsələsinə
xüsusilə həssas
olduğu və bu diqqəti eyni zamanda aidiyyəti
strukturlardan tələb
etdiyi bir daha aydın oldu. Ən nəhayət,
cənab İlham Əliyev dövlətin dayaqlarını hədəfə
almaq üçün
fürsət güdən,
təxribata meyil edən kəsimə yerini göstərdi. Cənab Prezidentin də ifadə etdiyi kimi, əgər
Azərbaycan polisi dözümlülük göstərirsə,
bu, o demək deyil ki, kim
istəyir polisə daş ata bilər.
Bu, qətiyyən mümkün deyil.
Deputat qeyd edib ki, bu
çıxış vətəndaşı
narahat edən istənilən köklü
problemin cənab İlham Əliyevi də narahat etdiyini bir daha göstərdi.
"Kiminsə özünü
daha "çox xalqyanlı" göstərmək
niyyətinə, problemlərdən
sui-istifadə edərək
iyrənc məqsədinə
çatmasına yol verilməyəcək. Azərbaycan
xalqı da, polisi də cənab İlham Əliyevin ətrafında
sıx birləşərək
bu kimi naqisliklərin,
təxribatların qarşısında
bir yumruq kimi vahid mövqedən
çıxış edir",
- deyə Bəhruz Məhərrəmov əlavə
edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
13 iyul.- S.9.