Region Ermənistanın ekoloji terroru ilə üz-üzədir

 

 

Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində ekoloji terror törətməyə hazırlaşır. Belə ki, Arazdəyəndə iri metallurgiya zavodu inşa etməyi planlaşdıran Ermənistan bununla bütün regionun ekoloji durumunu təhlükə altına alır.

İyulun 11-də keçirilən 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu məsələ ilə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev Ermənistanın beynəlxalq ekoloji normaları kobud şəkildə pozduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın baş naziri Nikol Paşinyana bu ölkənin dağ-mədən sənayesinin Cənubi Qafqazda ekoloji sabitliyi pozması barədə açıq məktub ünvanlayıblar. Məktubu ünvanlayan QHT nümayəndələrindən bir neçəsinin mövzu ilə bağlı fikirlərini öyrəndik.

 

Ermənistanın məsuliyyətsizliyi fəlakətə yol aça bilər

 

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, Ermənistanın dağ-mədən sənayesi təkcə Azərbaycanın yox, bütövlükdə Cənubi Qafqazın ekoloji mühitinə ciddi təhdid yaradıb: "Bir müddət öncə Ermənistanın sərhədyanı bölgədə, Arazdəyəndə iri metallurgiya zavodu inşa etməsinə dair xəbər yayıldı   Azərbaycanın vətəndaş cəmiyyəti institutları buna dərhal etiraz səsini ucaltdı. Ermənistan bu zavodu inşa etməklə beynəlxalq konvensiyaları kobud şəkildə pozur. Buna görə biz haqlı olaraq etirazımızı bildirdik".

E.Cəfərli qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir: "BMT- üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda BMT təmiz, sağlam davamlı ətraf mühiti əsas insan hüququ hesab edir. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir. Bundan başqa, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasına da ziddir. Həm Azərbaycan, həm Ermənistan bu konvensiyanı imzalayan dövlətlərdəndir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Bu barədə Prezident İlham Əliyev ötən günkü müşavirədə fikirlərini qətiyyətlə ifadə etdi".

Müsahibimizin sözlərinə görə, məlum olub ki, bütövlükdə Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ətraf mühitinə, su resurslarına qarşı ekoloji təhlükə yaradır. "Qacarandakı Zəngəzur mis-molibden kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı Araz çayını çirkləndirir. Əkərək mis-molibden kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. Göyçə vilayətindəki ildə təxminən 10 min unsiya qızıl hasil edən Daşdəm Qızıl Mədəni yerli suları aramsız şəkildə çirkləndirir. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını zəhərləyir. Bərgüşad çayı isə Araza tökülür", - deyə o bildirib.

E.Cəfərli həmçinin əlavə edib ki, Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis qurğuşun istehsal edir. Mədənin çirkab suları yaxınlıqdakı Tona çayını çirkləndirir. Həmin çay Kür çayına tökülür. Qafan Manqan Zavodu isə Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir. Göründüyü kimi, Ermənistanın dağ-mədən sənayesinin tullantıları birbaşa dolayısı ilə Azərbaycanın əsas içməli su qaynağı olan çaylarına ziyan vurur, tullantılar çayların flora faunasını məhv edir. Bu azmış kimi çay kənarında yaşayan əhalinin sağlamlığına da ciddi təhdid yaradır.

İctimai Birliyin sədri qeyd edib ki, rəsmi İrəvan Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya səhiyyə sahəsində ixtisaslaşmış ekspertlərin, Azərbaycanın bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının üzünə açmalıdır: "Bizim Arazdəyən metallurgiya zavodu layihəsi ilə bağlı etirazlarımızdan sonra Ermənistanda belə bir rəy yaradıldı ki, guya biz onların iqtisadi inkişafını istəmirik. Amma bu, qərəzli yanaşmadır. Əlbəttə, ölkə daxilində hər hansı zavodu tikmək onların müstəsna hüququdur. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşəcək o zavoddan ağır sənaye tullantıları  transərhəd çaylarına axıdılacaqsa, bu, həm bizim məsələmizdir".

E.Cəfərli vurğulayıb ki, QHT təmsilçiləri olaraq Ermənistana, beynəlxalq təşkilatlara müraciət ediblər. Lakin Ermənistana təsir gücünə malik olar digər beynəlxalq qurumlara da müraciət etmək lazımdır: "Müraciətimizdən sonra bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm sakinlərə, həm planetimizə potensial zərərli təsirlərinə baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat yayıblar. Yəni artıq başqa dövlətlərin vətəndaş cəmiyyəti fəalları Ermənistanın törətdiyi ekosidlə bağlı ciddi narahatdırlar. Ekofəallar anlayırlar ki, Ermənistanın bu məsuliyyətsiz davranışı regionda bütövlükdə dünyada ciddi ekoloji fəlakətə yol aça bilər".

 

Müsbət nəticələr əldə olunana qədər fəaliyyətimizi davam etdirəcəyik

 

"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin direktoru Çingiz Ramazanlı bildirib ki, Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma standartların kobud şəkildə pozulması nəticəsində yaranmış ciddi ekoloji böhranla əlaqədar gözlənilən problemlər Azərbaycanda qeyri-hökumət təşkilatlarını çox narahat edir.

Onun sözlərinə görə, BMT- üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su kanalizasiya kimi amilləri sağlamlığa təsir edən ekoloji vasitələr kimi qəbul edirlər. Eyni zamanda BMT təmiz, sağlam davamlı ətraf mühiti insanların əsas hüququ kimi tanıyır. "Lakin belə olan halda, Ermənistanın mədən emal sənayesi təbiət üçün geridönməz problemlər yaradacaq fəaliyyətlə məşğuldur. Bununla Ermənistan hökuməti həm BMT-nin 2014-cü ildə qüvvəyə minmiş "Beynəlxalq su axarlarının qeyri-naviqasiya istifadəsi haqqında qanun" Konvensiyasını -Transsərhəd Çaylar Konvensiyasını kobud şəkildə pozur. Nəzərə almaq lazımdır ki, bu konvensiyanın məqsədi transsərhəd su axarlarından ədalətli davamlı istifadəni təmin etməkdir", - deyə direktor bildirib.

Ç.Ramazanlı əlavə edib ki, bu sənəd su ehtiyatlarının sosial-iqtisadi ekoloji inkişaf üçün risk yaradacağı halda, təsirə məruz qala biləcək icmalarla sıx əməkdaşlığı onların fikirlərini nəzərə almağı vacib bilir: "Lakin Ermənistan rəhbərliyi regionun şirin su ehtiyatlarına mənfi təsir göstərəcək mədən sənayesini təşkil edərkən qonşu kəndlərdə yaşayan gürcülərin, azərbaycanlıların hətta ermənilərin özlərinin belə ətraf mühitin çirkləndirilməsi prosesində fikirlərini nəzərə almayıb. Bütün dünyanın qlobal ekoloji problemlərin həlli ilə məşğul olduğu bir vaxtda bədnam qonşumuzun bu qeyri-insani siyasəti ölkəmizin ictimai təşkilatları tərəfindən daim tənqid olunur. Real müsbət nəticələr əldə olunana qədər fəaliyyətimizi davam etdirəcəyik".

 

Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti qanunsuzdur

 

"Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva qeyd edib ki, Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktublarının əsas məqsədi ermənilərin ekosidlərinə son verilməsinə nail olmaqdır: "Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti qətiyyən şəffaf deyil hesabatlılıq yoxdur. Ətraf mühit üzrə norma standartlara, ümumiyyətlə, əməl edilmir. BMT-nin Espo Konvensiyasının tələbləri ciddi şəkildə pozulur. Əslində isə sərhəd ərazilərdə ətraf mühiti təhdid edəcək hansısa tikintidən söhbət gedirsə, qonşu ölkənin razılığı mütləq alınmalı, eyni zamanda ictimaiyyət həmin tikinti barədə məlumatlandırılmalıdır. Konvensiyanın tələblərindən biri təsirə məruz qalacaq insanların fikirləri öyrənilməli, onlarla dialoq aparılmalı qərar qəbuletmə prosesinə sakinlər cəlb edilməlidirlər".

P.Vəliyeva deyib ki, konvensiyanın şərtlərinə məhəl qoymayan Ermənistan Azərbaycan tərəfi ilə heç bir razılıq əldə olunmadan Arazdəyəndə iri metallurgiya zavodu tikməyə qərar verib: "Onların qanunsuz ekoloji fəaliyyətləri çərçivəsində bizim çaylarımız dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilir. Bu, hazırda davam edir. Bu mənada Ermənistan təkcə Espo Konvensiyasının deyil, Transsərhəd Çaylar Konvensiyasının tələblərini kobud şəkildə pozur".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 13 iyul.- S.10.