XXI əsrin qlobal
sosial problemlərindən
biri olan narkomaniya sərhəd tanımır. O, dilindən,
dinindən, irqindən
asılı olmayaraq, hər kəs üçün təhlükəlidir.
Bu dəhşətli bəla cinayətkarlığı
və zorakılığı
artırmaqla cəmiyyətlərin
tədricən məhv
olmasına gətirib çıxarır.
Hazırda dünyada
milyonlarla insan "ağ ölüm"ün
əsirinə çevrilib.
Statistikaya nəzər
yetirdikdə vəziyyətin
nə qədər acınacaqlı olduğunun
şahidi oluruq. Ekspertlərin fikrincə isə, qeydiyyata düşməyən narkomanların
sayı daha çox olduğuna görə, statistik rəqəmlər də vəziyyəti
tam əks etdirmir.
Bu bəla ölkəmizdən də
yan keçməyib. Lakin bu istiqamətdə
aparılan davamlı mübarizə tədbirləri
nəticəsində son
illərdə mühüm
uğurlar əldə
olunub.
Mübarizə tədbirləri
effektiv nəticələr
verir
Respublikamızda narkomanlığa
və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə tədbirləri
effektini verir. Bu işdə əsas yük hüquq-mühafizə orqanlarının
payına düşür.
Son dövrlər müvafiq dövlət qurumları tərəfindən
narkomanlığa və
narkotik vasitələrin
qanunsuz dövriyyəsinə
qarşı mübarizə
daha da gücləndirilib.
2022-ci ildə həyata
keçirilmiş kompleks
əməliyyat-axtarış tədbirləri nəticəsində
ümumilikdə 10640 cinayət
faktı aşkarlanıb.
Onlardan 3441-i narkotik vasitələrin qanunsuz satışı, 6711-i narkotik
vasitələrin qanunsuz
əldə edilib saxlanılması, 392-si qanunsuz
olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi,
96-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə
bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən
ümumilikdə təxminən
5,5 ton narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Bu isə 2021-ci illə müqayisə edildikdə 1ton 137 kq daha azdır.
Ötən ilin
5-6 may tarixlərində
Narkomanlığa və
Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə
üzrə Dövlət
Komissiyasının daimi
fəaliyyət göstərən
İşçi Qrupunun
təşkilatçılığı sayəsində 1430 məhkəmə
hökmü ilə barəsində məhvetmə
qərarı çıxarılan
2,5 tondan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən
27628 ədəd çətənə
bitkisi aidiyyəti təşkilatların və
kütləvi informasiya
vasitələrinin nümayəndələrinin
iştirakı ilə
yandırılaraq məhv
edilib.
2023-cü ilin ilk
yarımilində isə
hüquq-mühafizə orqanları
tərəfindən narkomanlığa
və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə nəticəsində
5881 cinayət faktı
aşkarlanıb. Onlardan
2048-i narkotik vasitələrin
qanunsuz satışı,
3638-i narkotik vasitələrin
qanunsuz əldə edilib saxlanılması,
166-sı qanunsuz olaraq
narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 29-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlıdır.
Bu zaman ümumilikdə 4 ton 623 kq narkotik vasitə
və psixotrop maddə müsadirə olunub.
Hesabat dövründə
298,98 hektar sahədən
çəkisi 147 ton
477 kq 276,98 qr olan 438018 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Cinayətkarlar məsuliyyətə
cəlb edilir
Narkomaniya ilə
mübarizə istiqamətində
mütəmadi olaraq praktik və preventiv tədbirlər həyata keçirilir.
2022-ci ildə narkotiklərin
qanunsuz dövriyyəsi
ilə bağlı
8177 nəfər cinayət
məsuliyyətinə cəlb
edilib. Məsuliyyətə
cəlb edilmiş xarici ölkə vətəndaşlarından 48-i İran İslam Respublikası,
19-u Rusiya, 15-i Türkiyə,
10-u Gürcüstan, 2-si Ukranya,
2-si Türkmənistan, 1-i Qazaxıstan,
1-i Pakistan və 1-i Maldiv vətəndaşıdır.
Onlardan təxminən
1 ton 38 min kq və 4548 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, həmçinin 16759 ədəd
narkotik tərkibli çətənə bitkisi
götürülüb.
2022-ci il ərzində
hüquq-mühafizə orqanları
tərəfindən narkotik
vasitələrin qaçaqmalçılıq
yolu ilə ölkəyə gətirilməsi
ilə bağlı
276 fakt aşkar edilib. Bu faktlar
üzrə dövriyyədən
təxminən 3 ton narkotik vasitə çıxarılıb.
Güc birlikdədir
Ölkəmizdə narkomaniyaya
qarşı mübarizə
dövlət siyasətinin
prioritet istiqamətlərindəndir.
Mütəmadi görülən
tədbirlər, atılan
addımlar bu sosial bəlaya qarşı prinsipial və barışmaz mövqenin göstəricisidir.
Azərbaycan dövlətinin
bu problemlə bağlı müəyyənləşdirdiyi
strategiya uğurla reallaşdırılır, bu
istiqamətdə qətiyyətli
addımlar atılır.
"Ağ ölüm"lə
mübarizə üçün
hər kəs məsuliyyət daşıyır.
Narkomaniya və onun fəsadları ilə bağlı yeniyetmə və gənclərin maarifləndirilməsi,
sağlam həyat tərzinin təbliği davamlı olaraq həyata keçirilməlidir.
İnsanlığı təhdid
edən, sağlamlığa
qənim kəsilən,
əxlaqi və mənəvi dəyərləri
sarsıdan bu bəlaya qarşı birlikdə mübarizə aparmaq çox vacibdir.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2023.-
13 iyul.- S.10.