Baş
nazir Əli Əsədov TBMM-in Sədri Numan Kurtulmuşla görüşüb
İyulun 12-də Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov ölkəmizdə
rəsmi səfərdə
olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.
Nazirlər Kabinetinin
Mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüş zamanı
2023-cü ilin hər iki ölkə üçün xüsusilə
əlamətdar olduğu
bildirilərək cari
ildə həm Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin
yaradılmasının 100 illiyinin
qeyd olunduğu vurğulanıb.
Azərbaycan ilə
Türkiyə arasında
dostluq və qardaşlıq münasibətlərinin
"Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla
inkişaf etdiyi bildirilib.
İki ölkə
arasında əlaqələrin
dövlət başçılarının
səyləri nəticəsində
strateji tərəfdaşlığın
və müttəfiqliyin
ən yüksək zirvəsinə çatdığı
qeyd olunub.
İkitərəfli münasibətlərin inkişafında
parlamentlərarası əlaqələrin
rolu yüksək qiymətləndirilib, Milli
Məclislə Türkiyə
Böyük Millət
Məclisi arasında həm ikitərəfli, həm də beynəlxalq müstəvidə
qarşılıqlı faydalı
əməkdaşlığın mövcud olduğu vurğulanıb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin ticarət-iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan.-2023.- 13 iyul.- S.2.