Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır

 

 

İyulun 12-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə parlament sədrləri arasında təkbətək görüş olub.

Sonra TBMM-in sədri Milli Məclisin Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Sahibə Qafarova TBMM sədrini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da sevinclə qarşılandığını bildirib.

Dövlət başçılarımızın şəxsi dostluq münasibətlərinin Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rolu qeyd olunub.

Milli Məclisin sədri dövlətlərimizin xalqlarımızın xoş gündə , çətin gündə bir-birinin yanında olduğunu vurğulayıb.

Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlər səviyyəsində geniş əlaqələrin qurulduğunu xatırladan S.Qafarova qanunverici orqanlarımızın həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiklərini vurğulayıb. Bu ilin aprelində Milli Məclislə TBMM arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.

TBMM-in sədrinə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, sülh prosesinin gedişi barədə məlumat verilib.

TBMM sədri kimi ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən Numan Kurtulmuş qardaş Azərbaycan dövlətinin xalqının mühüm tarixi dövr yaşadığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsi tarixi Zəfərdir Cənubi Qafqaz regionunda bu ölkənin gücünün göstəricisidir.

N.Kurtulmuş diqqətə çatdırıb ki, bu gün Türkiyə mühüm hədəflərə doğru irəliləməkdədir 100 ildə böyük inkişaf yolu keçib. TBMM sədri bu ilin fevralında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin xalqının qardaş dəstəyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2023.- 13 iyul.- S.2.