Sosial
xidmət haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
"Sosial xidmət
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, № 3, maddə 191; 2019, № 11, maddə 1685; 2020, № 7, maddə
831; 2021, № 8, maddə 895; 2023, № 2, maddələr 197, 207; Azərbaycan
Respublikasının 2023-cü il 17 fevral tarixli
812-VIQD nömrəli Qanunu)
17.1-ci maddəsindən "himayədar ailə," sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 may 2023-cü il
Azərbaycan.-2023.-
13 iyul.- S.3.