Sosial
müavinətlər haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
"Sosial müavinətlər
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 2, maddə 76; 2007, ¹ 10, maddə 933; 2008, ¹ 6, maddələr
464, 475; 2013, ¹ 1, maddə 19, ¹ 6, maddə 618, ¹ 11, maddələr
1240, 1306; 2017, ¹ 7, maddə 1278; 2018, ¹ 3, maddə 400, ¹ 5, maddə
869; 2019, ¹ 3, maddə 380, ¹ 12, maddə 1893; 2020, ¹ 7, maddə
829, ¹ 11, maddə 1331, ¹ 12 (I kitab), maddə 1452; 2021, ¹
8, maddə 895; 2022, ¹ 6, maddə
584, ¹ 12, maddə 1391; 2023, ¹ 2, maddə 196; Azərbaycan Respublikasının 2022-ci il
9 dekabr tarixli 683-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1. 4.0.1.14-cü, 4.0.2.4-cü, 7.0.10-4-cü, 7.0.14-cü
və 11.1.8-ci maddələrin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və müvafiq olaraq aşağıdakı məzmunda
4.0.1.15-ci, 4.0.2.5-ci, 7.0.10-5-ci, 7.0.15-ci və
11.1.9-cu maddələr əlavə
edilsin:
"4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən
18 yaşınadək əlilliyi
müəyyən edilmiş
uşağın tərbiyə
edilməsinə görə
müavinət.";
"4.0.2.5. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət.";
"7.0.10-5. himayədar ailəyə verilmiş uşağın, o cümlədən
18 yaşınadək əlilliyi müəyyən edilmiş
uşağın tərbiyə
edilməsinə görə
müavinət - himayədar
valideynlərlə müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən
18 yaşınadək əlilliyi
müəyyən edilmiş
uşağın himayədar
ailəyə verilməsinə
dair müqavilə bağlanıldıqda.";
"7.0.15. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət
- himayədar valideynlərlə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) arasında uşağın
himayədar ailəyə
verilməsinə dair müqavilə bağlanıldıqda.";
"11.1.9. himayədar ailəyə verilmiş uşağın, o cümlədən
18 yaşınadək əlilliyi
müəyyən edilmiş
uşağın tərbiyə
edilməsinə görə
müavinət - himayədar
valideynlərlə müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) arasında uşağın himayədar
ailəyə verilməsinə
dair bağlanılmış
müqavilə ləğv
edildikdə.".
2. 5.1-1-ci maddədə "maddəsində" sözü
"və ya
4.0.1.15-ci maddələrində" sözləri ilə əvəz edilsin.
3. 9.1.11-ci maddədən "təyin edilir" sözləri çıxarılsın,
həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
9.1.12-ci maddə əlavə
edilsin:
"9.1.12. himayədar ailəyə verilmiş uşağın, o cümlədən
18 yaşınadək əlilliyi
müəyyən edilmiş
uşağın tərbiyə
edilməsinə görə
müavinət - himayədar
valideynlərlə müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) arasında uşağın himayədar
ailəyə verilməsinə
dair bağlanılmış
müqavilənin qüvvədə
olduğu müddətə.".
4. aşağıdakı məzmunda 9.6-cı və
10.2-2-ci maddələr əlavə
edilsin:
"9.6. Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət
himayədar valideynlərlə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) arasında uşağın
himayədar ailəyə
verilməsinə dair müqavilə bağlanıldıqdan
sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə,
həmin müqavilənin
qüvvədə olduğu
müddətə təyin
edilir.";
"10.2-2. Bu Qanunun
4.0.1.15-ci və 4.0.2.5-ci maddələrində
nəzərdə tutulan
müavinət himayədar
valideynlərlə müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) arasında uşağın himayədar
ailəyə verilməsinə
dair bağlanılmış
müqavilə əsasında
himayədar valideynlərdən
birinə təyin edilir.".
5. 10.2-ci maddəyə
"4.0.1.14-cü," sözlərindən
sonra "4.0.1.15-ci, 4.0.2.5-ci," sözləri əlavə
edilsin.
6. 12-ci maddə üzrə:
6.1. 12.1-ci maddəyə "müavinətlərin" sözündən
sonra "(himayədar
ailəyə verilmiş
uşağın, o cümlədən
18 yaşınadək əlilliyi
müəyyən edilmiş
uşağın tərbiyə
edilməsinə görə
müavinət istisna olmaqla)" sözləri əlavə edilsin;
6.2. 12.2-ci maddəyə "Müavinətlərin" sözündən
sonra "(himayədar
ailəyə verilmiş
uşağın, o cümlədən
18 yaşınadək əlilliyi
müəyyən edilmiş
uşağın tərbiyə
edilməsinə görə
müavinət istisna olmaqla)" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 may 2023-cü il
Azərbaycan.-2023.-
13 iyul.- S.4.