Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 880-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 386 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 880-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan
Respublikası Mülki
Məcəlləsinin 35.1-ci maddəsinin üçüncü
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
880-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. "Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (III kitab),
maddə 609; 2001,
¹ 10, maddə 640; 2003, ¹ 8, maddə 435, ¹ 10, maddə
552; 2004, ¹ 6, maddə 435; 2005, ¹ 2, maddə 64, ¹ 5, maddə
403; 2006, ¹ 7, maddə 590, ¹ 12, maddə 1034; 2007, ¹ 3, maddə
228, ¹ 6, maddə 606, ¹ 11, maddə
1110, ¹ 12, maddə 1246; 2008, ¹ 6, maddə 493; 2009, ¹ 3, maddə
163, ¹ 5, maddə 324; 2010, ¹ 5, maddə 399, ¹ 7, maddələr
610, 628; 2011, ¹ 8, maddə 751; 2012, ¹ 6, maddə 535; 2014, ¹ 6, maddə
626; 2016, ¹ 9, maddə 1464, ¹ 12, maddə 2071; 2017, ¹ 2, maddə
186; 2018, ¹ 1, maddə 43, ¹ 2, maddə 171, ¹ 7 (I kitab), maddə 1448; 2019, ¹ 4, maddə
617, ¹ 7, maddə 1239; 2020, ¹ 5, maddə 540, ¹ 7, maddə
891; 2022, ¹ 8, maddə 863) aşağıdakı
məzmunda 3.2-1-ci bənd
əlavə edilsin:
"3.2-1. həmin Məcəllənin
35.1-ci maddəsinin üçüncü
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 iyul 2023-cü il
Azərbaycan.-2023.- 13 iyul.-
S.3.