Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 882-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa
götürülməsi, o cümlədən Azərbaycan
Respublikasının vətəndaşı
olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa
götürülməsi Qaydasının
təsdiq edilməsi haqqında 2020-ci il 27 fevral tarixli 946 nömrəli, Valideyn himayəsindən məhrum
olmuş uşaqlar və övladlığagötürmə
altsisteminə inteqrasiya
olunacaq dövlət orqanlarının (qurumlarının)
və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısının təsdiq
edilməsi haqqında
2020-ci il 8 dekabr tarixli 1206 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
882-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında" Azərbaycan
Respublikası Qanununun
3-cü maddəsinin dördüncü
hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
882-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 27
fevral tarixli 946 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 2, maddə 104, ¹ 12 (I kitab), maddə 1467; 2021, ¹
4, maddə 315; 2023, ¹ 3, maddə 353) ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa
götürülməsi, o cümlədən Azərbaycan
Respublikasının vətəndaşı
olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa
götürülməsi Qaydası"nda
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.4-cü bəndə "vəzifəli şəxsləri,"
sözlərindən sonra
"yerli icra hakimiyyətlərinin qəyyumluq
və himayə orqanları," sözləri
əlavə olunsun və həmin bənddə "yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına (bundan sonra - qəyyumluq və himayə orqanları)"
sözləri "Nazirliyə"
sözü ilə əvəz edilsin;
3.2. 2.5-ci bənddə "qəyyumluq və himayə orqanları" sözləri "Nazirlik"
sözü ilə əvəz olunsun və həmin bəndə "uşaqlar"
sözündən sonra
", himayədar ailə"
sözləri əlavə
edilsin;
3.3. 4.2-ci bəndin birinci
cümləsində və
4.3-cü bənddə "12" rəqəmləri "12 (on
iki)" sözləri
ilə əvəz edilsin;
3.4. 5.2-ci bəndə "tərkibi" sözündən
sonra "(ailə üzvlərinin sayı, o
cümlədən ailədə
olan uşaqların yaşı və cinsi)" sözləri əlavə edilsin;
3.5. aşağıdakı məzmunda 15.2-1-ci bənd
əlavə edilsin:
"15.2-1. Uşaq onu 3 (üç) aydan az olmayan müddətdə
tərbiyə edən
qəyyumları (himayəçiləri),
habelə himayədar valideynləri tərəfindən
övladlığa götürüldükdə
Azərbaycan Respublikası
Ailə Məcəlləsinin
118.3.3 - 118.3.5-ci maddələrinin tələbləri həmin
şəxslərə şamil
olunmur.".
4. "Valideyn himayəsindən
məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının)
və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 12 (I kitab), maddə
1468; 2023, ¹ 3, maddə 349) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. adına
və 1 - 3-cü hissələrə
"uşaqlar" sözündən
sonra ", himayədar
ailə" sözləri
əlavə edilsin;
4.2. həmin Fərmanla
təsdiq edilmiş
"Valideyn himayəsindən
məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının)
və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın adına
"uşaqlar" sözündən
sonra ", himayədar
ailə" sözləri
əlavə edilsin.
İlham
Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 iyul 2023-cü il
Azərbaycan.-2023.-
13 iyul.- S.3.