Sosial
xidmət haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 884-VIQD nömrəli
Qanununun tətbiqi və Sosial xidmət haqqında Azərbaycan Respublikasının
2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli
Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər
haqqında Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 884-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. "Sosial xidmət
haqqında" Azərbaycan
Respublikasının 2011-ci il
30 dekabr tarixli 275-IVQ nömrəli
Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 11, maddə
1118; 2023, ¹ 1, maddə 51, ¹ 3, maddə 361) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1.2.1-ci yarımbənddən "(valideynlərini
itirmiş və ya valideyn himayəsindən
məhrum uşaqlar istisna olmaqla)" sözləri çıxarılsın
və həmin yarımbəndə "18 yaşınadək
uşaqlar;" sözlərindən
sonra "valideynlərini
itirmiş və ya valideyn himayəsindən
məhrum olmuş uşaqlar;" sözləri
əlavə edilsin;
1.2. 1.2.4-cü yarımbənddən "valideynlərini
itirmiş və ya valideyn himayəsindən
məhrum olmuş uşaqlar;" sözləri
çıxarılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Sosial xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
884-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 iyul 2023-cü il
Azərbaycan.-2023.-
13 iyul.- S.3.