Sosial
müavinətlər haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 881-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin Sosial müavinətlər
haqqında Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə 2006-cı il
24 fevral tarixli 373 nömrəli, Sosial müavinətlərin məbləğinin
artırılması haqqında
2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Sosial müavinətlər haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 881-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin:
1.1. "Sosial müavinətlər
haqqında" Azərbaycan
Respublikası Qanununun 7.0.10-5-ci, 7.0.15-ci, 9.1.12-ci,
9.6-cı, 10.2-2-ci və 11.1.9-cu maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
7.0.10-5-ci, 7.0.15-ci, 9.1.12-ci, 9.6-cı, 10.2-2-ci və
11.1.9-cu maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Sosial müavinətlər
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
881-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. "Sosial müavinətlər
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 2, maddə
90, ¹ 12, maddə 1034; 2007, ¹ 1, maddə 7, ¹ 10, maddə
942; 2008, ¹ 5, maddələr 373, 374, ¹ 8, maddə 727; 2011, ¹ 7, maddə
633, ¹ 12, maddə 1143; 2016, ¹ 9, maddə 1466; 2019, ¹ 7, maddə
1220; 2020, ¹ 12 (I kitab), maddə
1498; 2021, ¹ 8, maddə 918; 2023, ¹ 1, maddə 84) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
"2.1. "Sosial müavinətlər
haqqında" Azərbaycan
Respublikası Qanununun
4.0.1.6-cı, 7.0.3-cü, 7.0.6-cı, 7.0.7-ci, 7.0.10-5-ci,
7.0.15-ci, 8-ci, 9.1.5-ci, 9.1.6-cı, 9.1.12-ci, 9.6-cı, 10.2-2-ci,
11.1.5-ci, 11.1.6-cı və 11.1.9-cu maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;";
3.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
"2.1-1. həmin Qanunun
7.0.10-5-ci, 7.0.15-ci, 9.1.12-ci, 9.6-cı, 10.2-2-ci və
11.1.9-cu maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;".
4. "Sosial müavinətlərin
məbləğinin artırılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 8, maddə
916; 2014, ¹ 3, maddə 251; 2016, ¹ 1, maddə 69; 2018, ¹ 7 (I kitab),
maddə 1454; 2019, ¹ 4, maddə
640; 2020, ¹ 11, maddə 1361; 2021, ¹ 8, maddə 922, ¹ 12, maddə
1361; 2022, ¹ 12, maddə
1448; 2023, ¹ 1, maddə 54) 1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 1.1.12-ci yarımbəndin 2-ci abzasının
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
1.1.13-cü yarımbənd əlavə edilsin:
"1.1.13. himayədar ailəyə verilmiş uşağın, o cümlədən
18 yaşınadək əlilliyi
müəyyən edilmiş
uşağın tərbiyə
edilməsinə görə
müavinət:
1. himayədar ailəyə
verilmiş uşağa
(bu Fərmanın
1.1.13-cü yarımbəndinin 2-ci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə: 0-6 yaş arası uşağa görə - 355 manat,
7-13 yaş arası uşağa görə -
375 manat, 14-18 yaş arası uşağa görə - 395 manat;
2. himayədar ailəyə
verilmiş 18 yaşınadək
əlilliyi müəyyən
edilmiş uşağa
görə: 0-6 yaş
arası uşağa görə - 395 manat, 7-13 yaş arası uşağa görə -
415 manat, 14-18 yaş arası uşağa görə - 435 manat.";
4.2. 1.2.4-cü yarımbəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 1.2.5-ci yarımbənd
əlavə edilsin:
"1.2.5. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət
- 200 manat.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 iyul 2023-cü il
Azərbaycan.-2023.-
13 iyul.- S.4.