Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə,
2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə və
2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsində
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Uşaqların valideyn
himayəsindən məhrum
olmasının qarşısının
alınması və hüquqlarının müdafiəsinin
gücləndirilməsi ilə
bağlı bəzi məsələlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 15
fevral tarixli 1599 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16
fevral tarixli 386 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 2, maddə 90, ¹ 7, maddə
625, ¹ 11, maddə 996; 2012, ¹ 9, maddə 853, ¹ 11, maddə
1084; 2013, ¹ 2, maddə 124, ¹ 12, maddə 1525; 2014, ¹ 7, maddə
789, ¹ 9, maddə 1053; 2015, ¹ 1, maddə 17, ¹ 3, maddələr
263, 264, ¹ 6, maddə 705, ¹ 8, maddə 908, ¹ 10, maddə
1134; 2016, ¹ 3, maddə 437, ¹ 5, maddə 859, ¹ 6, maddələr
1051, 1072; 2017, ¹ 9, maddə 1633; 2018, ¹ 3, maddə 433, ¹ 6, maddə
1245; 2019, ¹ 1, maddə 73, ¹ 2, maddə 245, ¹ 5, maddə
845, ¹ 6, maddə 1036, ¹ 7, maddə
1232, ¹ 8, maddə 1397, ¹ 11, maddə
1718, ¹ 12, maddə 1935; 2020, ¹ 3, maddə 247, ¹ 6, maddə
717, ¹ 8, maddə 1036; 2021, ¹ 4,maddə 318,
¹ 8, maddə 922,¹ 12, maddə
1403; 2022, ¹ 7, maddə 762, ¹ 8, maddə 871; 2023, ¹ 3, maddə
361; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
23 may tarixli 2146 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1.1-ci bəndə "reabilitasiyası"
sözündən sonra
", himayədar ailə
və övladlığagötürmə"
sözləri əlavə
edilsin;
1.2. 2.1.1-1-ci yarımbənddə "övladlığagötürmə
sahəsində" sözləri
"himayədar ailə
və övladlığagötürmə
sahələrində" sözləriilə
əvəz edilsin;
1.3. 3.1.57-1-ci yarımbəndə "vahid"
sözündən əvvəl
", habelə himayədar
ailə (himayədar valideyn) olmaq istəyən ailələrin
(şəxslərin) və
himayədar ailəyə
verilmiş uşaqların"
sözləri əlavə
edilsin;
1.4. aşağıdakı
məzmunda 3.1.57-6-3.1.57-9-cu
yarımbəndlər əlavə
edilsin:
"3.1.57-6. valideyn himayəsindən
məhrum olmuş uşaqların valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün
müəssisələrdə yerləşdirilməsi və
həmin müəssisələri
tərk etməsi ilə bağlı qərar verilməsini təmin etmək;
3.1.57-7. valideyn himayəsindən
məhrum olmuş uşaqların valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün
müəssisələrdən öz ailələrinə
qaytarılması və
ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görülməsini
təmin etmək;
3.1.57-8. valideyn himayəsindən
məhrum olmuş uşaqların valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün
müəssisələrə düşməsinin qarşısının
alınması ilə
bağlı tədbirlər
görülməsini, habelə
həmin müəssisələrdə
olan uşaqlarla bağlı fərdi inkişaf planlarının
hazırlanmasını təmin
etmək;
3.1.57-9. himayədar ailəyə
verilmiş uşaqlar üzərində qəyyumluq
(himayəçilik) orqanının
funksiyalarının həyata
keçirilməsini təmin
etmək;".
2. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 15
aprel tarixli 634 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 4, maddə 634; 2020, ¹ 4, maddə 417; 2021, ¹ 5, maddə
445, ¹ 6 (I kitab), maddə
566, ¹ 8, maddə 919, ¹ 10, maddə
1114, ¹ 12, maddə 1406; 2022, ¹ 5, maddə 462, ¹ 7, maddə
761, ¹ 8, maddə 848; 2023, ¹ 3, maddə 347) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 2.1.15-ci yarımbəndə "uşaqlar"
sözündən sonra
", himayədar ailə"
sözləri əlavə
edilsin;
2.2. 2.3.15-ci yarımbənd
aşağıdakı redaksiyada
verilsin:
"2.3.15. "Valideyn himayəsindən məhrum
olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə"
altsistemi vasitəsilə
Azərbaycan Respublikası
Prezidentinin"Övladlığagötürmə
sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında"
2018-ci il 10 dekabr tarixli 393 nömrəli və "Uşaqların
valideyn himayəsindən
məhrum olmasının
qarşısının alınması
və hüquqlarının
müdafiəsinin gücləndirilməsi
ilə bağlı bəzi məsələlər
haqqında" 2022-ci il
15 fevral tarixli 1599 nömrəli fərmanlarına
uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların,
onları övladlığa
götürməyi arzu
edən şəxslərin,
himayədar ailəyə
verilmiş uşaqların
və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin
(şəxslərin) uçotunun,
həmçinin övladlığagötürmə
və himayədar ailə sahəsində digər xidmətlərin elektron qaydada aparılması;".
3. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 30
iyun tarixli 1077 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 6, maddə 718; 2021, ¹ 5, maddə 446, ¹ 6 (I kitab), maddə 572, ¹ 8, maddə
923, ¹ 9, maddə 987, ¹ 12, maddə
1403; 2022, ¹ 4, maddələr 323, 329; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
17 aprel tarixli 2108 nömrəli Fərmanı)ilə təsdiq edilmiş "Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi"ndə aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 1.1-ci bəndə "habelə" sözündən
sonra "himayədar ailə və" sözləri əlavə
edilsin;
3.2. 2.1.5-ci yarımbənddə
"övladlığagötürmə sahəsində" sözləri
"himayədar ailə
və övladlığagötürmə
sahələrində" sözləri
ilə əvəz edilsin;
3.3. 3.1.22-ci yarımbəndə
"vahid" sözündən
əvvəl ", habelə
himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin)
və himayədar ailəyə verilmiş uşaqların" sözləri
əlavə edilsin;
3.4. aşağıdakı məzmunda 3.1.24-1-3.1.24-5-ci yarımbəndlər
əlavə edilsin:
"3.1.24-1. valideyn himayəsindən
məhrum olmuş uşaqların valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün
müəssisələrdə yerləşdirilməsi və
həmin müəssisələri
tərk etməsi ilə bağlı qərar qəbul etmək;
3.1.24-2. valideyn himayəsindən
məhrum olmuş uşaqların valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün
müəssisələrdən öz ailələrinə
qaytarılması və
ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görmək;
3.1.24-3. valideyn himayəsindən
məhrum olmuş uşaqların valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün
müəssisələrə düşməsinin qarşısının
alınması istiqamətində
tədbirlər görmək,
habelə həmin müəssisələrdə olan
uşaqlarla bağlı
fərdi inkişaf planlarını hazırlamaq;
3.1.24-4. himayədar ailəyə
verilmiş uşaqlar üzərində qəyyumluq
(himayəçilik) orqanının
funksiyalarını həyata
keçirmək;
3.1.24-5. himayədar ailə
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
mənafeyinin müdafiəsi
ilə əlaqədar
Azərbaycan Respublikasının
Ailə Məcəlləsindən
irəli gələn digər vəzifələri
yerinə yetirmək.".
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 iyul 2023-cü il
Azərbaycan.-2023.-
13 iyul.- S.4.