Polşanın
Krakov şəhərində
keçirilən III Avropa
Oyunlarında ən yüksək nəticələr
göstərmiş Azərbaycan
Respublikası idmançılarının,
onların məşqçilərinin
və idmançıların
oyunlara hazırlığı
prosesində iştirak
etmiş digər mütəxəssislərin mükafatlandırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Polşanın Krakov
şəhərində keçirilən
III Avropa Oyunlarında
ən yüksək nəticələr göstərmiş
Azərbaycan Respublikası
idmançılarının, onların məşqçilərinin
və idmançıların
oyunlara hazırlığı
prosesində iştirak
etmiş digər mütəxəssislərin mükafatlandırılması
üçün Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyinə 900
000 (doqquz yüz min) manat vəsait
ayrılsın.
2. Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi:
2.1. idmançılar arasında rəqabətin
səviyyəsi, yarışların
çətinlik dərəcəsi,
ən yüksək nəticələrə görə
medalların sayı nəzərə alınmaqla
idmançıların, onların
məşqçilərinin və idmançıların
oyunlara hazırlığı
prosesində iştirak
etmiş digər mütəxəssislərin mükafatlandırılması
üçün nəzərdə
tutulmuş vəsaitin
bölgüsünə, habelə
vəsaitin idmançılara
hissə-hissə ödənilməsinə
dair qaydanı on beş gün
müddətində hazırlayıb
təsdiq etsin;
2.2. bu Sərəncamın
1-ci hissəsi ilə ayrılmış vəsaitin
bu Sərəncamın
2.1-ci bəndində nəzərdə
tutulmuş qaydaya uyğun olaraq hər bir idmançıya
ödənilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 iyul 2023-cü il
Azərbaycan.-2023.-
13 iyul.- S.4.