Azərbaycan
ilə Ermənistan arasında delimitasiya üzrə komissiyaların
dördüncü görüşü
keçirilib
İyulun 12-də Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası
arasında sərhəddə
Azərbaycanın Baş
nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin
delimitasiyası üzrə
Dövlət Komissiyasının,
Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin
delimitasiyası və
sərhəd təhlükəsizliyi
məsələləri üzrə
komissiyanın dördüncü
görüşü keçirilib.
Nazirlər Kabinetinin
Mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
tərəflər Azərbaycanın
və Ermənistanın
rəhbərləri səviyyəsində
müxtəlif formatlarda
əldə edilən razılaşmaları nəzərə
alaraq, delimitasiya məsələlərinin müzakirəsini
davam etdirib, bir sıra təşkilati
və prosedur məsələləri nəzərdən
keçiriblər.
Tərəflər həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Azərbaycan.-2023.- 13 iyul.- S.7.