Beynəlxalq
Ədalət Məhkəməsi
Ermənistanın 12 may
tarixli tələbini yekdilliklə rədd edib
Beynəlxalq Ədalət
Məhkəməsinin iyulun
11-də dərc edilmiş
2023-cü il 6 iyul tarixli qərarında qeyd edildiyi kimi,
məhkəmə İrqi
Ayrı-seçkiliyin Bütün
Formalarının Ləğv
Edilməsi üzrə
Beynəlxalq Konvensiyanın
tətbiqi ilə bağlı Ermənistanın
Azərbaycana qarşı
məhkəmə işi
üzrə 22 fevral
2023-cü il tarixli Qərarında dəyişiklik
edilməsi məqsədilə
Ermənistanın 2023-cü il 12 may tarixli
tələbini yekdilliklə
rədd edib.
Bu barədə
AZƏRTAC-a Xarici İşlər
Nazirliyindən məlumat
verilib.
Beləliklə, məhkəmə,
Qərarı ilə bir daha təsdiq
edib ki, “2023-cü il aprelin 23-dən etibarən Laçın dəhlizində və ya onun boyunca
yerləşdirilən hər
hansı bir və bütün şəxsi heyəti geri çəkməyi və belə şəxsi heyətin Laçın dəhlizi üzərində və ya Laçın dəhlizi boyu yerləşdirilməsindən çəkinməyi
Azərbaycandan tələb
edən əlavə müvəqqəti tədbiri
daxil etməklə”
2023-cü il 22 fevral tarixli Qərara dəyişiklik etmək barədə Ermənistanın
tələbi əsassızdır.
Ermənistanın yalanlarının
əksinə, Beynəlxalq
Ədalət Məhkəməsi
nəzarət-buraxılış məntəqəsinin Laçın
yolu boyunca hərəkətə mane
olduğunu və Azərbaycanın 22 fevral Qərarını pozduğunu
müəyyən etməyib.
Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək barədə məhkəmənin Qərarına əməl etməyə və Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinə maneə törədən davranışa son qoymağa çağırırıq.
Azərbaycan.-2023.- 13 iyul.- S.8.