Qurucu lider İlham Əliyev indiyə qədər Qarabağ və Şərqi Zəngəzurda 30 yaşayış
məntəqəsinin təməlini
qoyub
"Bütövlükdə nəzərdə tutulmuş
investisiya proqramı əsasında bu ilin sonuna qədər
Qarabağ və Şərqi Zəngəzura
biz təqribən
12 milyard manata qədər vəsaitin xərclənməsini təmin
edəcəyik".
İyulun 11-də Prezident
İlham Əliyevin sədrliyi ilə
2023-cü ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirə
keçirildi və sözügedən müşavirədəki
çıxışında dövlət başçısı
qeyd etdi ki, gələn ilin investisiya proqramı hazırlananda Qarabağın və Şərqi Zəngəzurun
investisiya xərclərinə
də baxılacaq və elə etməliyik ki, maliyyə qıtlığı
ucbatından vaxt itirməyək.
Prezidentin də
söylədiyi kimi, dövlətimiz qarşısına
qoyduğu milli prioriteti - Böyük qayıdışı layiqincə
və sürətli şəkildə həyata
keçirmək üçün
Qarabağ və Şərqi Zəngəzurda
nəhəng layihələr
həyata keçirir.
Tarixi torpaqlarda
gerçəkləşdirilən bütün işləri öz maliyyə hesabına reallaşdıran
ölkəmizin büdcə
siyasətinin qarşısında
duran əsas çağırış da
azad edilən ərazilərimizin bərpasıdır.
İlin sonunda zabuxlular və suslular da doğma
yurdlarına dönəcəklər
Vətən müharibəsinin
üzərindən ötən
müddət ərzində
Azərbaycan dövləti
işğaldan azad edilən ərazilərdə
bərpa və quruculuq prosesləri ilə bağlı mühüm işlər həyata
keçirib.
Prezident İlham
Əliyevin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası"nın
icrasını təmin
etmək məqsədilə,
"Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük qayıdışa
dair I Dövlət Proqramı"nın təsdiq
edilməsi bu istiqamətdə görüləcək
işlər üçün
mühüm yol xəritəsidir. Tədbirlər
planına əsasən,
tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin
köçürülməsi planlaşdırılır. Həmçinin
2025-ci ilədək 10270, 2026-cı ilədək isə 34500 ailənin köçürülməsi
nəzərdə tutulur.
Yol, enerji, su və digər
kommunikasiya layihələrinin
uğurla həyata keçirildiyi Qarabağ və Şərqi Zəngəzura artıq Böyük qayıdış
gerçəkləşib, yüzlərlə keçmiş
məcburi köçkün
ailəsi Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndlərinə
və Laçın şəhərinə qaytarılıblar.
"Ağıllı kənd" konsepsiyası
ilə yenidən qurulmuş Ağalı kəndinə üç mərhələdə 86 ailə
- 420 nəfər daimi
məskunlaşma üçün
köçürülüb. Ağalıya köçün
dörd mərhələdə
həyata keçirilməsi
planlaşdırılıb.
Tərtərin Talış
kəndinə isə bu il martın
16-da ilkin mərhələdə
20 məcburi köçkün
ailəsi - 90 nəfər
köçürülüb.
Laçın şəhərinə
ilk 20 ailə bu il mayın
27-də qayıdıb. Daha
sonra mərhələli
şəkildə ailələrin
Laçına köçü
davam edib. İlin sonuna qədər Laçın
rayonunun Zabux və Sus kəndlərinə
də keçmiş məcburi köçkünlərin
geri dönüşü
təmin ediləcək.
Birinci mərhələdə
100 yaşayış məntəqəsi
yenidən qurulacaq
"Qayıdış proqramı ardıcıllıqla
aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir
şəhər və
dörd kəndimizdə
vətəndaşlar öz
dədə-baba torpaqlarında
tam məskunlaşacaqlar",
- deyən dövlət
başçısı iyulun
11-də keçirilən müşavirədə
məlumat verdi ki, bütövlükdə
Böyük qayıdış
proqramının birinci
mərhələsində 100 yaşayış məntəqəsinin
yenidən qurulması
nəzərdə tutulur.
30 yaşayış məntəqəsinin - 8 şəhər,
22 qəsəbə və
kəndin təməlinin
qoyulmasında iştirak
etdiyini deyən Prezident məlumat verdi ki, baş
planlar hazırlanıb
təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır.
İlk növbədə
infrastruktur layihələri
icra olunur. Eyni zamanda yaşayış
evlərinin inşası
sürətlə gedir.
Cəmi səkkiz
ay ərzində Laçın şəhərinin
böyük hissəsi
tamamilə bərpa edilib və burada yeddi yüzdən
çox ailə üçün həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Həmçinin Laçın
şəhərinin gələcək
inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq.
Qarabağ və
Şərqi Zəngəzurda
görülən bütün
işlər, iki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın öz büdcəsi hesabına və dövlət şirkətləri tərəfindən
həyata keçirilir.
Xatırladaq ki,
Qarabağ iqtisadi zonasına daxil olan Füzuli rayonunda Özbəkistan tərəfindən tam orta məktəb binası, Qazaxıstan tərəfindən isə
Kurmanqazı adına Yaradıcılıq İnkişaf
Mərkəzi inşa
edilir.
Eləcə də
Heydər Əliyev Fondu tərəfindən tarixi ərazilərimizdə
ondan çox məscid yenidən inşa edilir, yaxud da ki,
onlar əsaslı şəkildə bərpa
edilir.
Elə mayın
10-da - Ulu Öndərin
100 illik yubileyində Şuşada Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin açılışı
da fond tərəfindən
bu istiqamətdə gerçəkləşdirilən və xalqımıza töhfə olan möhtəşəm işlərə
nümunələrdir.
Doğma yurdlarda
əbədi həyat
Qarabağ və
Şərqi Zəngəzurda
həyata keçirilən
bütün quruculuq və bərpa işləri birbaşa dövlət başçısının
şəxsi nəzarəti
altında həyata keçirilir. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə
mütəmadi səfərlər
edərək görülən
işlərlə yerindəcə
tanış olur.
2021-ci ildə Şərqi
Zəngəzura və
Qarabağa 32 dəfə,
2022-ci ildə isə
21 dəfə səfər
edərək tarixi yurdlarımızda yeni-yeni
layihələrin əsasını
qoyan İlham Əliyev cari ildə də bu ənənəni davam etdirir.
Mart ayında Tərtərin
Talış kəndinə
yollanaraq bayram tonqalını məhz Qarabağ torpağında,
doğma kəndlərinə
qaytardığı talışlılarla birgə alovlandıran qalib lider İlham Əliyev mayın 2-dən
etibarən 10 gün müddətində
Qarabağ və
Şərqi Zəngəzuru,
sözün həqiqi
mənasında, qarış-qarış
gəzdi, bu ərazilərdə həyata
keçirilən quruculuq
işləri ilə tanış oldu, yeni açılışlar
etdi, təzə bünövrələr qoydu.
Müstəqillik Günündə
- Mayın 28-də isə
Prezident İlham Əliyev yolunu Şərqi Zəngəzurun
məğrur qalası
Laçından saldı,
bu əsrarəngiz şəhərə qaytarılan
sakinlərlə görüşdü.
2023-cü ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədəki
çıxışında ölkə rəhbəri söylədi ki, biz bu sahədə
görüləcək işləri
daim diqqət mərkəzində saxlamalıyıq:
"Deyə bilərəm
ki, mənim gündəlik fəaliyyətimdə
bu məsələ bu gün birinci
yerdə dayanan məsələdir və biz daim bütün
işlərə nəzarət
edirik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm
olaraq azad edilmiş bölgələrə
ezam olunurlar. Biz hər şeyi
planlı şəkildə
edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir".
Göründüyü kimi, birbaşa Prezident İlham Əliyevin rəhbərliyi
və şəxsi nəzarəti altında
"Böyük qayıdışa
dair I Dövlət Proqramı" sürətlə
və uğurla icra edilir.
Bütün bunlar
isə xalqımıza,
keçmiş məcburi
köçkünlərə çox tezliklə Qarabağ və Şərqi Zəngəzurda
əbədi həyatın
başlayacağına dair
xoş müjdələrdir.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2023.- 14 iyul.- S.1;7.