Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib
İyulun 13-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Yoav
Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı
xahiş etdi.
Söhbət zamanı
dövlətimizin başçısı
ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş
xatırlandı.
İkitərəfli münasibətlərin inkişafından,
o cümlədən hərbi-texniki
sahədə əməkdaşlıqdan
məmnunluq ifadə edildi. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin
inkişafında rolu qeyd olundu.
Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı.
Azərbaycan.-2023.- 14 iyul.- S.1.