Azərbaycanı
xilas etmək üçün gəlmişdi
Ulu Öndər 33 il əvvəl Moskvadan Bakıya dönmüşdü
Dahilər Tanrı
payıdırlar. Xalqımızın
böyük oğlu Ulu Öndər Heydər Əliyev də Tanrı tərəfindən seçilənlərdən
idi. Bir xalqın tarixini yaratmaq, dövlətini qurmaq, gələn bəlalardan qoruyub xilas etmək sanki İlahi bir qüvvə tərəfindən ona həvalə edilmişdir.
Azərbaycan xalqı,
dövləti üçün
ən çətin məqamlarda biz Ümummilli Lideri həmişə öndə
görmüşük.
Hakimiyyətə gəlişinin
birinci mərhələsi
Azərbaycanın ən
ağır, keşməkeşli
dövrünü əhatə
edirdi. O zaman Azərbaycan ittifaq respublikaları sırasında
geridə qalmış,
sahibsiz aqrar bir respublika idi. 1941-1945-ci illər müharibəsində sovet
ordusunu yanacaqla təmin edən, qələbənin əsas
təminatçısı olan,
təbii sərvətləri
"mərkəzləşdirilmiş"
qaydada talan olunan bir respublikaya
ittifaq büdcəsindən
ən az maddi vəsait ayrılırdı. Respublikada
sənaye müəssisələri
yox dərəcəsində
idi. İnşaat sektorundan söhbət belə gedə bilməzdi. Belə bir məqamda xalqımızın böyük
oğlu respublikaya rəhbərlik etməyə
başladı. Qısa
zamanda Azərbaycan ittifaq miqyasında tanınan, nüfuz, söz sahibi olan bir respublikaya
çevrildi. Paytaxt Bakıdan respublikanın ən ucqar kəndinə
kimi quruculuq işlərinə start verildi. Yeni məktəblər,
uşaq bağçaları,
kitabxanalar, klublar, mədəniyyət obyektləri
tikildi. Aqrar respublika olan Azərbaycan SSRİ-nin sənaye mərkəzlərindən
birinə çevrildi.
Ölkədə yeni ali məktəblər, texnikumlar yaradıldı. Respublikanın kadr potensialını daha da yaxşılaşdırmaq
üçün azərbaycanlı
gənclər ittifaqın
ən nüfuzlu ali məktəblərinə
göndərildi...
O zaman SSRİ-yə
rəhbərlik edən
şəxslər də
Ulu Öndərin təşkilatçılıq, idarəetmə qabiliyyətini,
tükənməz enerjisini
görüb bu dahi şəxsiyyətin bir respublikanın çərçivəsinə sığmayan kadr olduğunu dərk edərək ittifaq rəhbərliyinə dəvət
etdilər.
1982-ci ilin dekabrından
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
Siyasi Bürosunun üzvü seçilən
Ulu Öndər
SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsinə
təyin olundu. Bu vəzifədə Heydər
Əliyevə SSRİ-nin
iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə
rəhbərlik etibar edildi. O zaman SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz
xalqımızın böyük
oğlu Heydər Əliyevin adı ilə bağlı idi.
Heydər Əliyevin
SSRİ rəhbərliyində tutduğu mövqe, gündən-günə artan
nüfuzu, milli mənsubiyyəti əleyhdarlarını
narahat etməyə bilməzdi. Bir tərəfdən də erməni lobbisinin vasitəçiliyi və dəstəyi ilə Mixail Qorbaçovun
SSRİ rəhbərliyinə gətirilməsi fürsət
gözləyən erməni
millətçilərinə daha geniş əl-qol açmağa imkan vermişdi.
Ermənilər Ulu
Öndəri daha yaxşı tanıyır,
gücünü dəyərləndirir,
aydın zəkası,
fitri istedadı, fövqəladə qabiliyyəti
və uzaqgörənliyi
qarşısında duruş
gətirə bilməyəcəklərini
yaxşı bilirdilər.
Elə ona görə də hər addımda, hər məqamda separatçılıq niyyətlərini
həyata keçirmək
məqsədilə Heydər
Əliyevi tutduğu yüksək vəzifədən
uzaqlaşdırmaq üçün
çirkin oyunlar qurur, onu aradan
götürməyə çalışırdılar.
Nəhayət, 1987-ci ilin oktyabrında Ulu Öndər SSRİ rəhbərliyinin ikiüzlü
siyasətinə etiraz
olaraq SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsindən, Siyasi
Büro üzvlüyündən
istefa verdi.
İllərdir məqam
gözləyən erməni
lobbisi və erməni separatçıları
Ulu Öndərin hakimiyyətdən getməsindən
istifadə edərək
öz bəd niyyətlərini reallaşdırmaq
üçün hərəkətə
keçdilər. Elə
bununla da xalqımızın əsl
bəlalı günləri
başladı. İlk
növbədə ermənilər
200 minə yaxın soydaşımızı öz
dədə-baba yurdlarından
didərgin saldılar.
Cəzasızlığı görən və SSRİ
rəhbərliyindən dəstək
alan ermənilər daha da azğınlaşaraq
bir qədər də irəli gedərək Qarabağı
Ermənistana birləşdirmək
niyyətinə düşdülər.
Xalqımız bu özbaşınalığa, Mixail
Qorbaçovun ermənipərəst
mövqeyinə etiraz olaraq küçələrə
çıxıb etiraz
edəndə ittifaq rəhbərliyi xalqımızın
gözünü qorxudub,
bizə "dərs"vermək
istədi. 1990-cı il
yanvarın 20-də Bakıda
qanlı qırğın,
əsl faciə törədildi.
Xalqımız üçün
bu ağır günlərdə Heydər
Əliyevi hadisələrin
mərkəzində gördük.
Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükədə
qoyaraq Azərbaycanın
daimi nümayəndəliyinə
gedərək SSRİ rəhbərliyinə
kəskin qəzəb
və etirazını
bildirdi. Ürəyi Azərbaycanla döyünən
bu böyük şəxsiyyət Azərbaycan
xalqına başsağlığı
verərək sovet ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər
törətdiyini, çoxlu
insan qırğını
ilə nəticələnən
hərbi müdaxiləsini
pislədi. O, bu faciənin ölkənin ali dövlət və partiya rəhbərliyinin səhv
qərarı ucbatından
baş verdiyini bildirdi və qırğın törədənlərin
hamısının layiqincə
cəzalandırılmasını istədi.
Artıq Heydər
Əliyevin Moskvada qalması mümkün deyildi. Erməni lobbisinin əlində oyuncağa dönmüş
Mixail Qorbaçovdan və onun əlaltılarından
hər cür fitnəkarlıq gözlənilən
idi. Odur ki, Ulu Öndər
doğma vətənə,
Azərbaycana qayıtmaqda
qərarlı idi. Əslinə qalsa, xalq da bunu
istəyirdi, gözləyirdi.
Xalq yaxşı dərk edirdi ki, onu düşdüyü
ağır bəladan
yalnız böyük
şəxsiyyət Heydər
Əliyev xilas edə bilər. Nə yazıq ki, o zaman Bakıda
vəzifə tutan kreslo düşkünləri
ona qarşı çirkin kampaniya aparır, SSRİ rəhbərliyinin
göstərişlərini sözsüz icra edərək hər cür rəzillik etməkdən çəkinmirdilər.
Nəhayət, Ulu Öndər 33 il öncə, Moskvadan Bakıya, oradan da təyyarə ilə Naxçıvana yola düşdü...
Bacısının evində
məskunlaşan Ulu Öndər ilk gündən böyük xalq sevgisi, ümumxalq
məhəbbəti ilə
qarşılandı. İnsanlar
onu görmək üçün dəstə-dəstə
axışıb ziyarətinə
gəlirdilər. 22 iyul
1990-cı il tarixdə
axşamüstü Naxçıvan
şəhərinin mərkəzi
hissəsi insan selinə qərq olmuşdu. Şahidlərin
dediyinə görə,
indiyə kimi Naxçıvanda belə izdiham olmamışdı.
Ağır müharibə,
iqtisadi böhran şəraitində yaşayan
naxçıvanlılar bu
böyük şəxsiyyətə
özlərinin nicatı
və son ümidi kimi baxırdılar.
O zaman Naxçıvan
da ağır günlərini yaşayırdı.
Muxtar respublikada vəziyyət
olduqca gərgin idi. Sərhədyanı kəndlər ermənilər
tərəfindən işğal və qarət olunurdu.
Naxçıvanda hər mənada böhran
yaranmışdı. Respublikanın Azərbaycanla nəqliyyat-kommunikasiya
əlaqələri kəsilmişdi. İqtisadi-siyasi və
hakimiyyət böhranı Naxçıvanı məngənəsində
sıxırdı. Naxçıvanın belə bir vəziyyətində
Ulu Öndər onlara ümid, təsəlli, yol göstərən,
məsləhət verən bir ünvan oldu.
Heydər
Əliyevin Naxçıvanda yenidən siyasətə
qayıdışı Naxçıvan MR Ali Məclisində
yeni bir epoxanın başlanğıcı oldu. Ulu Öndərin
təşəbbüsü ilə 20 Yanvar faciəsinə
siyasi qiymət verildi, Dağlıq Qarabağ Muxtar Vilayətində,
onun ətrafında yaranmış ağır vəziyyətə
münasibət bildirildi və tarixi əhəmiyyətli qərarlar
qəbul edildi.
Onu bütün
Azərbaycan gözləyirdi. İnanırdı. Xalq bilirdi ki,
Naxçıvanda onun ucaltdığı bayraq bir gün Azərbaycanın
hər guşəsində, Qarabağda da daha qürurla
dalğalanacaq. Elə də oldu. Ulu Öndərin siyasi irsinin
layiqli davamçısı ata vəsiyyətini şərəflə
yerinə yetirərək Azərbaycan ərazisində
bayrağımızı ucaltdı. Bu, həm də şəhid
qanından güc alan zəfər bayrağı oldu.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
20 iyul.- S.1;10.