Hərbi
qüdrətimizin artırılması
və Böyük qayıdış proqramının
icrası əsas prioritetlərdir
Hazırda beynəlxalq
aləmdə hökm sürən gərginlik İkinci Dünya müharibəsindən sonra
ən kritik həddə çatmışdır.
Siyasi, hərbi, iqtisadi və digər sahələrdə
yaranmış çətinliklər
ayrı-ayrı ölkələrin
həyatında öz
mənfi təsirlərini
buraxmaqdadır. Vəziyyətdən
çıxış və
həll yolları isə hələlik mümkün görünmür.
Şübhəsiz, dünya
sivilizasiyasının bir
parçası olan Azərbaycan da bu böhranlı vəziyyətin və dünyada böyük hərbi qarşıdurmaların
baş verdiyi bir dövrdə müxtəlif
çağırışlarla üzləşir. Prezident,
Müzəffər Ali
Baş Komandan
İlham Əliyevin
apardığı uğurlu
daxili və xarici siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə
sabitlik və dayanıqlı inkişaf hökm sürür, dünyada baş verən gərginliklər,
qlobal maliyyə və iqtisadi böhranlar fonunda müsbət sosial-iqtisadi göstəricilər əldə
olunur. Bunu Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində
bu ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədə
məzmunlu çıxışı
zamanı verdiyi mühüm bəyanatlardan
və istinad etdiyi statistik rəqəmlərdən aydın
görmək olar.
2023-cü ilin ötən
altı ayının yekunlarına əsasən,
ölkəmizin uğurları
ilk növbədə qeyri-neft sektorunun inkişafı, işğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda
aparılan irimiqyaslı
bərpa və yenidənqurma işləri,
davamlı sosial və iqtisadi islahatların aparılması
və nəticələrində
əks olunur. Ümumilikdə qeyri-neft sektoru 3 faizdən çox artmış, qeyri-neft sənayesində isə artım 6,5 faiz olmuşdur. Bu il rekord,
yəni 33 milyard manat səviyyəsində
olan dövlət büdcəsinə ilin ilk yarısında daha 3 milyard manat əlavə daxil olması nəticəsində dövlət
büdcəsi 36 milyard
manata yüksəlmişdir.
3 milyard əlavə vəsait ölkədə
aparılan islahatlar nəticəsində maliyyə
intizamının gücləndirilməsi,
şəffaflığın yüksəldilməsi, vergi
və gömrük yığımlarının artması
hesabına əmələ
gəlmişdir.
Dövlət büdcəsinə
daxil edilmiş əlavə 3 milyard manatın iki əsas prioritet istiqamətə yönəldilməsi
qərara alınmışdır.
1.8 milyard manat Qarabağ və Şərqi Zəngəzurda
aparılan bərpa və yenidənqurma işlərinə xərclənəcəkdir.
Ümumiyyətlə, Qarabağ
və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə bu ilin sonuna qədər
12 milyard manat xərclənməsi nəzərdə
tutulmuşdur. Büdcəyə
daxil olan əlavə vəsaitin 1.1
milyard manatı hərbi potensialımızın
gücləndirilməsinə sərf olunacaq. Hərbi qüdrətimizin artırılması
bu günün reallıqlarından və
gələcək təhlükəsizliyimizin
təmin edilməsi zərurətindən irəli
gəlir. Bu gün biz Vətən
müharibəsində böyük
qələbə qazanmışıq.
Amma Ermənistan və havadarları bunu həzm edə bilmirlər.
Beynəlxalq hüququn
işləmədiyi, gücün
hakim rol oynadığı bugünkü
dünyada hərbi qüdrətin daimi artırılması zərurətdir.
Eləcə də hərbi qüdrətimizin
gücləndirilməsi və
ordumuzun döyüş
hazırlığının yüksək səviyyədə
saxlanması Ermənistan
üçün sülhə
məcburedici rol oynamalıdır. Ermənistan
bilməlidir ki, sülh müqaviləsini imzalamasa, onun aqibəti Vətən müharibəsində olduğundan
daha ağır olacaq.
Son günlər
"Arbat" adlı
erməni batalyonun Ermənistan bayrağı
altında erməni kilsəsinin və keşişinin xeyir-duası
ilə Ukraynaya qarşı döyüşəcəyi
barədə xəbərlər
mediada geniş yayılmışdır. Ukrayna ərazisində real döyüş təcrübəsi
toplayan bu dəstənin gələcəkdə
Azərbaycana qarşı
təxribatlara və terror aktlarına cəlb edilməyəcəyinə
heç kəs təminat verə bilməz. Digər tərəfdən,
Qarabağ və Şərqi Zəngəzura
Böyük qayıdışın
rəvan baş verməsi, vətəndaşlarımızın
orada təhlükəsiz
və əmin-amanlıq
şəraitində yaşaması
üçün də
ordumuzun hərbi qüdrəti yüksək
səviyyədə olmalıdır.
Beləliklə, dövlət
büdcəsində xüsusi
önəm verilən
həmin iki prioritet istiqamət bir-biri ilə əlaqəlidir və onların həyata keçirilməsi Azərbaycanın
daha qüdrətli dövlət kimi inkişaf etməsi üçün mühüm
zəmin yaradır.
2023-cü ilin ilk altı ayının nəticələri hər
iki prioritet istiqamətdə nəzərdə
tutulan fəaliyyətlərin
uğurla və səmərəli şəkildə
həyata keçirildiyinə
sübutdur.
Adil ƏLİYEV,
Milli Məclisin
Sədr müavini
Azərbaycan.-2023.-
14 iyul.- S.7.