Gədəbəyin
Söyüdlü kəndində
vəziyyətin araşdırılması
üçün yaradılmış
Komissiyanın ikinci iclası keçirilib
İyulun 13-də Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində
vəziyyətin araşdırılması
üçün Nazirlər
Kabinetinin 2023-cü il
21 iyun tarixli Sərəncamı ilə
yaradılmış Komissiyanın
ikinci iclası keçirilib.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata
görə, Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyulun 11-də 2023-cü ilin
altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy
rayonunun Söyüdlü
kəndində iyunun
20-də yaranmış narahatedici
və xoşagəlməz
hadisə ilə əlaqədar monitorinqlərin
aparılması və
mövcud vəziyyətin
qiymətləndirilməsi üzrə
Komissiyanın fəaliyyətinə
dair iradlar bildirərək müvafiq
tapşırıq verib.
Həmin tapşırığın
təxirə salınmadan
icrası ilə əlaqədar Komissiyada aşağıdakı məsələlərə
baxılıb.
Komissiyanın sədri,
ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana
sahəsində və
ətraf ərazilərdə
aparılmış monitorinqlərin
nəticələri barədə
geniş məlumat verib.
Baş nazir Ə.Əsədov Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
tərəfindən şirkətin
fəaliyyət göstərdiyi
ərazidə 2018-ci ildən
bəri monitorinqin aparılmamasını ciddi
nöqsan adlandırıb.
Bildirilib ki, nazirlik öz səlahiyyətlərinə aid
olan dövlət nəzarət funksiyalarını
layiqincə yerinə yetirməyib.
Baş nazir icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı
anbarında müxtəlif
illərdə üç
dəfə inşaat işlərinin aparılması,
tullantı su anbarının tikintisinə
dair layihə sənədlərinin ekspertizadan
keçirilməməsi, bəndin
dayanıqlığının qiymətləndirilməsinin aparılmaması,
tullantı anbarının
istismar imkanlarının
artırılması ilə
əlaqədar şirkət
qarşısında heç
bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonasının
müəyyənləşdirilməməsi,
məhdudlaşdırıcı hasarların çəkilməməsi,
boru xətti boyu və tullantıxana
sahəsində məlumatverici
və qadağanedici lövhələrin quraşdırılmaması
və digər nöqsanların ciddi araşdırılması və
aradan qaldırılması
ilə bağlı Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar
verib.
Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən
müəssisədə ekoloji
və geoloji auditin aparılması məqsədilə beynəlxalq
şirkət müəyyənləşdirilərək
dəvət edilib və onun nümayəndələrinin
yaxın günlərdə
ölkəmizə səfəri
gözlənilir. Bu şirkət tərəfindən
ətraf mühit, təhlükəsizlik və
sağlamlıq məsələləri
qiymətləndiriləcək.
İclasda, həmçinin
Komissiya üzvlərinin
aparılan monitorinqlərin
nəticələrinə dair
məruzələri dinlənilib.
Səhiyyə nazirinin
müavini Nadir Zeynalov bildirib ki, Söyüdlü kəndində və müəssisə ətrafında
yerləşən yaşayış
məntəqələrində müvafiq müayinələr
və monitorinqlər aparılır.
Kənd təsərrüfatı
nazirinin müavini Sarvan Cəfərov qeyd edib ki,
Söyüdlü kəndində
və ətraf ərazilərdə heyvan sağlamlığı, arıçılıq,
bitkiçilik, bitki mühafizəsi və torpaq münbitliyi sahələrində monitorinqlər
həyata keçirilib,
kompleks müşahidələr
aparılıb, örüş-otlaq
sahələrinin və
təsərrüfatların mövcud vəziyyəti qiymətləndirilib.
Baş nazir aparılan monitorinqlərin
daha da sərtləşdirilməsi
və mütəmadi qaydada keçirilməsi ilə bağlı tapşırıqlarını verib.
Ə.Əsədov Söyüdlüdə
təbiətə, insanların
sağlamlığına yaranmış
təhlükəni nəzərə
alaraq şirkətin fəaliyyətinin müvəqqəti
olaraq dayandırılması
ilə bağlı qərar qəbul etdiyini deyib.
Cəlb edilmiş
beynəlxalq şirkət
tərəfindən aparılacaq
qiymətləndirilmənin nəticələrinə və
veriləcək tövsiyələrə
uyğun olaraq işini təşkil edəcəyi təqdirdə
müəssisənin fəaliyyətinin
bərpası məsələsinə
baxıla bilər.
Baş nazir qeyd edib ki,
ərazidə fəaliyyət
göstərən şirkət
tərəfindən növbəti
dövrdə istehsalatda
müasir texnika və yeni texnologiyaların
tətbiqi təmin edilməlidir. Bildirilib ki, bu müddət
ərzində müəssisə
müəyyən edilən
bütün nöqsanları
aradan qaldırmalı,
fəaliyyətini müvafiq
qanunvericiliyin tələblərinə
uyğun qurmalı, o cümlədən işçilər
qarşısında sosial
öhdəliklərini yerinə
yetirməlidir.
Vurğulanıb ki,
beynəlxalq şirkətlər
cəlb edilməklə
mövcud tullantı anbarı və gölün bəndinin dayanıqlığının yoxlanılması
və istifadə imkanlarının qiymətləndirilməsi,
həmçinin ərazidə
fəaliyyət göstərən
şirkətin sosial-korporativ
öhdəlikləri çərçivəsində
yerli icmalarla münasibətlərin yaxşılaşdırılması,
habelə bütün
digər məsələlərin
həllində Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
rəhbərliyi və
Komissiyaya üzv olan dövlət qurumlarının iştirakı
ilə əlaqələndirilmiş
şəkildə ciddi
və mütəmadi iş aparılmalıdır.
Eyni zamanda, Səhiyyə Nazirliyinə
aidiyyəti üzrə
daimi nəzarətin həyata keçirilməsi
və kənd əhalisinin, o cümlədən
müəssisədə çalışan
əməkdaşların vaxtaşırı
dispanzerizasiya olunmalarının
təmin edilməsi ilə bağlı göstəriş verilib.
Baş nazir Komissiya üzvlərinin yaxın günlərdə Söyüdlü kəndinə bir daha səfər etmələri ilə bağlı tapşırıq verib, kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan.-2023.- 14 iyul.- S.2.