Azərbaycan
Respublikasında biznes
mühitinin əlverişliliyinin
artırılması və
beynəlxalq reytinqlərdə
ölkəmizin mövqeyinin
daha da yaxşılaşdırılması
ilə bağlı əlavə tədbirlər
haqqında Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. "Azərbaycan Respublikasında
biznes mühitinin əlverişliliyinin artırılması
və beynəlxalq reytinqlərdə ölkəmizin
mövqeyinin daha da yaxşılaşdırılması
ilə bağlı əlavə tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 7, maddə
1288; 2018,
№ 8, maddə 1765) 1-ci hissəsi ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və Komissiyanın Katibliyinin tərkibi aşağıdakı redaksiyada
verilsin:
"Komissiyanın
sədri
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Komissiyanın
üzvləri:
Azərbaycan Respublikasının
iqtisadiyyat naziri
Azərbaycan Respublikasının
maliyyə naziri
Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsinin sədri
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
sədri
İqtisadi İslahatların
Təhlili və Kommunikasiyası Mərkəzinin
icraçı direktoru
Hüquqi Ekspertiza
və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin
icraçı direktoru
Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının prezidenti
Komissiyanın Katibliyinin
rəhbəri
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin
İqtisadi islahatların
monitorinqi, koordinasiyası
və qiymətləndirilməsi
sektorunun müdiri.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 iyul 2023-cü il
Azərbaycan.-2023.-
14 iyul.- S.2.