İstanbulda İş dünyası - 100 ilin zirvəsi adlı biznes-forum-sərgi keçirilib

 

İstanbul şəhərində "İş dünyası - 100 ilin zirvəsi" adlı biznes-forum-sərgi keçirilib.

Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Müstəqil Sənayeçi İş Adamları Dərnəyinin (MÜSİAD) tərəfdaşlığı, KOB Subyektləri Klublarının Assosiasiyasının (KOBSKA) "MÜSİAD Azərbaycan"ın təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə Türkiyə Respublikasının 100 illiyinə həsr olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi Azərbaycan Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya imkanlarının təqdim edilməsidir.

Panel müzakirələr formatında təşkil olunan tədbirdə MÜSİAD-ın sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik Orta Müəssisələrin İnkişafı Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Hasan Basri Kurt, Azərbaycanın İxracın İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyə Azərbaycan İş Adamları Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın, "MÜSİAD Azərbaycan"ın sədri Rəşad Cabirli "PWN İstanbul" təşkilatının nümayəndəsi Aylin Olsun Azərbaycan-Türkiyə iqtisadi-ticarət əlaqələri, əməkdaşlıq perspektivləri, potensial investisiya imkanları barədə çıxış ediblər.

Sonra iştirakçılar tədbir çərçivəsində təşkil olunan sərgi ilə tanış olublar. Sərgidə kənd təsərrüfatı, İKT, tikinti inşaat, xidmət, daşınmaz əmlak, turizm hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan Türkiyə şirkətlərinin məhsul xidmətləri nümayiş olunub.

Tədbir adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Sərgi iyulun 14-dək davam edəcək.

 

Azərbaycan.-2023.- 14 iyul.- S.2.