Heydər
Əliyevin titanik fəaliyyəti müasir Azərbaycanın hərtərəfli
inkişafında müstəsna
rol oynayıb
Mingəçevir Dövlət
Universitetində (MDU) "Heydər
Əliyev İli" çərçivəsində "14 iyul 1969-cu il: müstəqil və qüdrətli Azərbaycanın
təməlinin qoyulduğu
gün" mövzusunda
"dəyirmi masa"
keçirilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə
həsr edilən tədbirdə universitetin bir qrup professor-müəllim
heyəti üzvü,
tələbə və
magistrantlar iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli
Liderimizin və qəhrəman şəhidlərimizin
əziz xatirəsi birdəqiqəlik sükutla
yad olunub.
Tədbirdə çıxış
edən MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi
1969-cu ilin 14 iyul tarixini ölkəmizi tərəqqiyə aparan yolun başlanğıc günü kimi dəyərləndirib və
bu əlamətdar tarixi hadisənin böyük ictimai-siyasi əhəmiyyətindən bəhs
edib. Bildirib ki, sovet dönəmində
milli maraqlara uyğun fəaliyyətlərin
böyük çətinlikləri
və həyati riskləri fonunda o zaman respublikamızda hökm sürən ağır tənəzzül
şəraitinə baxmayaraq,
qısa müddət ərzində sosial, iqtisadi və mədəni yüksəlişin
əldə edilməsi,
milli özünüdərkin
oyanması və milli intibaha nail olunması məhz Heydər Əliyev dühasının
nəticəsidir. Vurğulanıb
ki, rəhbərliyinin
bütün dövrlərində
dünyaşöhrətli siyasətçi
Heydər Əliyevin titanik fəaliyyətinin nəticələri müasir
Azərbaycanın hərtərəfli
inkişafında və
qüdrətlənməsində müstəsna rol oynayıb.
Sonra MDU-nun Humanitar fənlər kafedrasının müdiri
Esmira Cəfərova məruzə ilə çıxış edib.
Məruzədə Ulu
Öndər Heydər
Əliyevin birinci siyasi hakimiyyəti dövründə Azərbaycanda
ictimai həyatın bütün sahələrində
baş verən əhəmiyyətli kəmiyyət
və keyfiyyət dəyişikliklərindən, həyata
keçirilmiş kompleks
və sistemli islahatlardan, milli müstəqilliyimizə hədəflənən
uzaqgörən və
cəsarətli addımlardan
bəhs edilib.
Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra "dəyirmi masa"nın mövzusu ilə bağlı çıxışlar edilib, dahi şəxsiyyətin zəngin irsinin davamlı öyrənilməsi və təbliğinin önəmi diqqətə çatdırılıb.
Azərbaycan.-2023.- 14 iyul.- S.5.