Müstəqil qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün Ağstafada da qeyd olunmuşdur

 

 

Ağstafada "14 iyul 1969-cu il: müstəqil qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" mövzusunda tədbir keçirilmişdir. Şəhid ailələri üzvlərinin, qazilərin, eləcə ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Ümummilli Liderin  zəngin mənalı həyatından, siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Sonra tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Seymur Orucov xalqımızın taleyində misilsiz yer tutan Ulu Öndərin Azərbaycana rəhbər seçildiyi 1969-cu ilin 14 iyul tarixinin əhəmiyyətindən söz açmışdır. Diqqətə çatdırmışdır ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illər müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı parlaq səhifələrini yazmış, bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, respublikanı bütün sahələr üzrə inkişaf etdirmişdir.

Zəlimxan Tatlı kənd tam orta məktəblərinin direktorları Qalib Cəfərov Fəridə Həsənova isə 1969-1982-ci illəri Azərbaycanın intibah dövrü adlandırmışlar. Bildirmişlər ki, Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm müstəqil  dövlətimizin qurucusudur.

Tədbir mədəniyyət incəsənət ustalarının təqdimatında geniş konsert proqramı ilə yekunlaşmışdır.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2023.- 14 iyul.- S.5.