Laçına növbəti köç: daha 23 ailə doğma yurduna çatıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. İyulun 13-də növbəti köç karvanı Laçın şəhərinə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhərinə doğma sakinlərinin geri dönüşü davam edir.

Növbəti köç karvanında 23 ailə olmaqla 85 nəfər Laçına çatıb. Laçına qədəm qoyan ailələr şəhərdə qarşılanıb. Onlar sevinc göz yaşları ilə Laçının havasını udub mənzərəsini seyr ediblər. Daha da gözəlləşən abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Bununla da, Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

 

Azərbaycan.-2023.- 14 iyul.- S.6.