Diplomatik
xidmət orqanları rəhbərlərinin müşavirəsi
“Ağdamın dirçəlişi”
adlı tədbirlə
yekunlaşıb
İyulun 13-də Azərbaycan
Respublikasının diplomatik
xidmət orqanlarının
rəhbərlərinin müşavirəsi
çərçivəsində Xarici İşlər Nazirliyinin rəhbər heyətinin və xarici ölkələrdə
akkreditə olunmuş
diplomatik nümayəndəliklərimizin
rəhbərlərinin Ağdam
şəhərinə səfəri
təşkil olunub.
AZƏRTAC xəbər verir ki, səfərdə
iştirak edən xarici işlər naziri Ceyhun Bayramov,
Birinci vitse-prezidentin köməkçisi Elçin
Əmirbəyov, Xarici
İşlər Nazirliyinin
rəhbər heyəti,
xaricdəki diplomatik missiyalarımızın rəhbərləri
ilk öncə Ağdam Şəhidlər
xiyabanını ziyarət
edib, vətən uğrunda canından keçmiş şəhidlərin
məzarlarının üzərinə
gül dəstələri
qoyublar.
Sonra "Ağdamın
dirçəlişi" adlı
tədbir keçirilib.
Tədbirdə açılış
nitqi ilə çıxış edən
nazir Ceyhun Bayramov Ağdamın, Qarabağın Azərbaycan
xalqı üçün
əhəmiyyətindən bəhs edərək, bir zamanlar ölkəmizin
ən inkişaf etmiş bölgələrindən
biri olan bu gözəl şəhərin Ermənistan
tərəfindən məqsədyönlü
şəkildə dağıdılmasının
Ermənistanın Azərbaycana
qarşı etnik nifrət və dözümsüzlük siyasətinin
tərkib hissəsi olduğunu bildirib. Bu gün Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qayğısı nəticəsində
bütün işğaldan
azad olunmuş ərazilərimizin, o cümlədən
Ağdamın qarış-qarış
bərpa edilməsinin
diqqət mərkəzində
olduğu bildirilib. Mövcud çətinliklər,
dağıntıların miqyası
və mina təhdidinə baxmayaraq, Azərbaycanın işğaldan
azad olunmuş ərazilərin bərpası
və məcburi köçkünlərimizin öz
yurdlarına layiqli qayıdışı prosesin
irəlilədilməsində qərarlı olduğu bildirilib.
Vətən müharibəsi
nəticəsində torpaqlarımızın
işğalına son
qoyulmasından sonra diplomatiyamız qarşısında
duran ən vacib məsələnin azad edilmiş ərazilərimizdə təhlükəsizliyə
hədə ola biləcək addımların
qarşısının alınması
və bərpa-quruculuq
işləri istiqamətində
bütün səylərin
səfərbər edilməsi
olduğu bildirilib.
Daha sonra çıxış edən
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəsi
Emin Hüseynov aparılan genişmiqyaslı
bərpa və quruculuq işləri barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin
İdarə Heyətinin
sədri Vüqar Süleymanov işğaldan
azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi məqsədilə
görülən işlər
barədə təqdimat
edib.
Tarix üzrə
elmlər doktoru, professor, A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan
mədəniyyəti tarixi
şöbəsinin müdiri
Mais Əmrahov isə Ağdamın, Qarabağın tarixi ilə bağlı mühazirə ilə çıxış edib.
Tədbirdə, eyni
zamanda, işğaldan
azad olunmuş ərazilərimizdə aparılan
bərpa və quruculuq işlərinə
həsr olunmuş videoçarx nümayiş
olunub.
Səfər çərçivəsində,
müşavirə iştirakçıları
Ağdamda aparılan bərpa və quruculuq işləri, ərazilərimizin minalardan
təmizlənməsi ilə
bağlı fəaliyyətlə
tanış olublar. Tədbir iştirakçıları
mina partlayışı
tədbirində iştirak
ediblər. İştirakçılar
Ağdamın tarixi və mədəni irs nümunələri ilə tanış olublar.
Ağdama səfər və “Ağdamın dirçəlişi” tədbiri ilə iyulun 11-də öz işinə başlayan diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşıb.
Azərbaycan.-2023.- 14 iyul.- S.6.