Hayastan
həm də ekologiya terrorçusudur
Hayastan bu dəfə Azərbaycanın
Naxçıvan Muxtar
Respublikası ilə sərhədində ekoloji
terror törətməyə
hazırlaşır. Belə
ki, Sədərək rayonu ilə sərhədyanı bölgədə,
Arazdəyəndə inşa
olunan iri metallurgiya zavodunun zəhərli maddələri
Araz çayına töküləcək. Bu,
Naxçıvanın flora
və faunasına da mənfi təsir
göstərəcək.
Mövzu ilə
bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Zavodun Naxçıvanla
sərhəddə inşası
məqsədlidir
Milli Məclisin
deputatı Ceyhun Məmmədov qeyd edib ki, Hayastan
Azərbaycana qarşı
müxtəlif formalı
təxribatlarını və
ekoloji cinayətlərini
davam etdirir: "Ermənilər Azərbaycanla
sərhəddə iri
metallurgiya zavodu inşa etməyə hazırlaşırlar. Zavodun
başqa ərazidə
yox, məhz Naxçıvanla sərhəddə
inşa edilməsinin planlaşdırılması məqsədlidir.
Hayastan çalışır
ki, Azərbaycana bacardığı qədər
çox ziyan vursun. Nəzərə almaq lazımdır ki, ərazidə belə bir zavodun
tikilməsi ekoloji tarazlığı pozacaq.
Zavodun yerləşəcəyi
Arazdəyən kəndi
Araz çayının
yaxınlığında olduğuna
görə tullantılar
da həmin çaya axıdılacaq.
Bu, sözsüz ki, orada yaşayan
sakinlərin sağlamlıqlarını
təhlükə altına
ala bilər".
Deputat Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşündəki
çıxışına diqqət çəkib. Qeyd edib ki,
dövlət başçısı
həmin iclasda bu mövzu ilə
bağlı mövqeyini
bir daha nümayiş etdirdi: "Prezident bildirdi ki, ermənilərin növbəti ekoloji terroru beynəlxalq hüquqa və konvensiyalara ziddir və ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq
üçün bir-biriləri
ilə məsləhətləşmələr
aparması olduqca vacibdir. Hayastan bunu mütləq nəzərə almalıdır.
Həmçinin beynəlxalq
ictimaiyyət və xarici dövlətlər də məsələyə
sərt reaksiya verməlidirlər. Əks
halda Hayastan xarici güclərə güvənərək özünə
bəraət qazandırmağa
davam edəcək. Bir sözlə, Azərbaycana qarşı ekosid siyasətinə birdəfəlik son qoyulmalıdır".
Ceyhun Məmmədov
vurğulayıb ki, Transsərhəd kontekstdə
Ətraf Mühitə
Təsirin Qiymətləndirilməsi
Konvensiyasının şərtlərinə
görə, Azərbaycan
və Ermənistan həmin konvensiyanın tərəfləri olduğu
üçün hazırlanan
qiymətləndirmə sənədinə
yalnız Hayastanın
deyil, eyni zamanda Azərbaycanın müvafiq qurumları da baxmalıdırlar. Həmçinin bölgəyə
yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr
keçirilməlidir. Nəzərə
almaq lazımdır ki, zavodun inşası
geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə
səbəb ola bilər.
Bu qanunsuz fəaliyyət regionun ekoloji mühitini təhlükə altına
alır
Milli Məclisin
deputatı Arzu Nağıyev bildirib ki, Hayastanın Naxçıvanla həmsərhəd
ərazidə metallurgiya
zavodu inşa etməsi onu göstərir ki, bu ölkə beynəlxalq səviyyədə
Birləşmiş Millətlər
Təşkilatının Transsərhəd
kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının
müddəalarını ciddi
şəkildə pozur.
Belə bir zavodun tikilməsi təkcə Azərbaycana deyil, bütün regiona ciddi ekoloji
təhlükə yaradacaq.
Ona görə də bunun qarşısı
mütləq şəkildə
beynəlxalq səviyyədə
alınmalıdır.
Hayastanın da
sözügedən konvensiyanın
üzvü olduğunu
diqqətə çatdıran
deputat deyib ki, bədnam qonşumuz beynəlxalq ekoloji hüquqazidd davranışlar sərgiləyir:
"Dəfələrlə "Metsamor" Atom-Elektrik Stansiyası ərazisində
yeni nüvə reaktoru tikintisi ilə bağlı da açıqlamalar verib. Bu isə
təkcə Azərbaycan
üçün deyil,
bütün region üçün irimiqyaslı
təbii fəlakətə
gətirib çıxara
bilər".
Arzu Nağıyev
əlavə edib ki, Hayastan ictimaiyyətinin
bu məsələyə
səssiz qalacağını
hesab etmir. Xatırlayırsınızsa, mis-molibden
zavodu və Qafan Mis Emalı
Kombinatının istehsalında
da sularımız zəhərləndi, onların
Oxçuçaya axıtdıqları
tullantılar fəsadlar
verdi. Bu, müəyyən ərazidə
flora və faunanın dağılmasına
gətirib çıxardı".
Deputat vurğulayıb
ki, beynəlxalq ictimaiyyət Hayastana bu qanunsuz fəaliyyətini
dayandırması üçün
təzyiq göstərməlidir:
"Ümumilikdə regionun
ekoloji mühitini təhlükə mənbəyinə
çevirə biləcək
bu fəaliyyətə
son qoyulmalıdır".
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
14 iyul.- S.7.