Erməni
vandalizmi: insanlığın
və təbiətin düşməni
İşğal zamanı Qarabağın və Şərqi Zəngəzurun 60 min hektar meşə fondu məhv edilib
Xəbər verildiyi
kimi, iyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə
keçirilib. Tədbirdə
dövlət başçısı
iqtisadi və sosial məsələlərlə
yanaşı, mövcud
ekoloji vəziyyət barədə də geniş şəkildə
fikrini bildirmişdir.
Tarixdən məlumdur
ki, erməni vəhşiliyinin hədd-hüdudu
yoxdur. Onlar fürsət ələ keçən kimi qadın, uşaq, qoca, xəstə demədən bütün
dinc əhalini qətlə yetirirlər. Biz bunun Birinci
Qarabağ müharibəsi
zamanı da şahidi olduq. Onlar çirkin məqsədlərinə çatmaq
üçün Xocalıda
və digər yaşayış məntəqələrində
minlərlə dinc vətəndaşımızı yaşına baxmadan güllədən keçirmişlər.
Amma 44 günlük Vətən müharibəsində
torpaqlarımız işğaldan
azad olunarkən ermənilərin təbiət
düşməni olduğunu
da gördük.
Prezident İlham
Əliyev adıçəkilən
müşavirədə düşmən
tərəfindən törədilən
ekogenosid barədə
demişdir: "Bir məsələyə də mən toxunmaq istərdim. Bu da ekoloji
tarazlıqla bağlı
olan məsələdir.
Qarabağ və Şərqi Zəngəzur
ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan
həm Ermənistandakı
müəssisələrin fəaliyyəti
nəticəsində, eyni
zamanda o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə
istismarı nəticəsində
təbiətimizə böyük
zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan
çox meşə fondu ermənilər tərəfindən dağıdılıb,
talan edilib, çıxarılıb, satılıb,
yaxud parket düzəldiblər və
satıblar".
30 illik işğal
dövründə ermənilər
təbii sərvətlərimizi
vəhşicəsinə istismar
edərək ekologiyamıza
böyük ziyan vurmuşlar. Buradakı mədənləri istismar
edərkən heç
bir ekoloji normaya əməl etməyərək torpağa
və su hövzələrinə qənim
kəsilmişlər. Onlar
bu qanunsuz fəaliyyətlərinə xarici
şirkətləri də
ortaq etmişlər. Prezident İlham Əliyev dəfələrlə
bəyan etmişdir ki, ermənilərin bu qanunsuz əməllərinə
ortaq olub ölkəmizin təbii sərvətlərini talan
edən və ətraf mühitə zərər vuran şirkətlər cəzasız
qalmayacaq, məhkəmə
qarşısında cavab
verəcəklər.
Yeri gəlmişkən,
qeyd edək ki, Ermənistanın ekologiyaya düşmən
münasibəti hələ
sovetlər dönəmindən
məlumdur. Ermənistan
SSR ərazisindəki Qacaran
mis-molbid mədəni
o illər respublikamızın
ekologiyasına ciddi ziyan vurur, ortaq
çaylar zərərli
maddələrlə çirkləndirilirdi
ki, bu da
hətta əhalinin səhhətinə mənfi
təsir edirdi.
İndi də Ermənistan düz sərhədimizin 500 metrliyində metallurgiya
zavodu tikdirir. Bununla bağlı beynəlxalq qaydalar mövcuddur. Həmin qaydalara görə, daha dəqiqi, Espo Konvensiyasına əsasən, transsərhəd
zolanarda ekologiyaya mənfi təsir göstərə biləcək
müəssisələr tikilərkən
qonşu ölkələrə
məlumat verilməli
və müəyyən
məsələlərdə razılığa gəlinməlidir.
Lakin nə xeyri?! Ermənistan həmişə olduğu
kimi, bu dəfə də beynəlxalq qaydalara arxa çevirir.
Dövlət başçısı
da müşavirədə
sözügedən məsələyə
toxunarkən bildirmişdir
ki, Azərbaycan ictimaiyyəti, qeyri-hökumət
təşkilatları bununla
bağlı Ermənistanın
rəsmi dövlət
orqanlarına müraciət
ünvanlayıblar. Ekologiya
sahəsində fəaliyyət
göstərən beynəlxalq
ekspertlər və qeyri-hökumət təşkilatlarının
nümayəndələri bu
müraciətə qoşulublar. Prezident həmçinin vurğulamışdır
ki, qeyri-hökumət təşkilatları
ilə yanaşı, dövlət qurumları da hansı təşkilatlara
müraciət etməli
olduqlarını müəyyənləşdirməlidir.
Məqsəd Ermənistanın
bu təhlükəli
əməlinə son qoymaqdır.
Biz Ermənistanın
öz ərazisində
hansısa müəssisə
tikməsinə etiraz etmirik, təbii ki, həmin müəssisə sərhədimizin
500 metrliyində tikilməsəydi.
Qeyd etdiyimiz Espo Konvensiyasının tələbləri bir yana, dəqiq bilirik ki, həmin
müəssisədə təhlükəli
maddələrdən istifadə
ediləcək və onlar Araz və
Oxçu çaylarına
töküləcək. Bu
iki çayın suyu Ermənistandan sonra axdığı yeganə ölkə Azərbaycandır. Buna görə də etirazımız ədalətlidir
və Ermənistan bununla razılaşmalıdır.
Bu yerdə bildirək ki, Prezident İlham Əliyevin ekoloji sahədə apardığı
siyasət dünyada təqdir olunur. Dövlətimizin başçısının
təşəbbüsü ilə neft-qazla zəngin olan ölkəmizin
"yaşıl enerji"
zonasına çevrilməsinin
qarşıya məqsəd
qoyulması sıradan
fakt deyil. Hətta bu istiqamətdə
nəhəng layihələrin
icrası üçün
müqavilələr imzalanıb.
Məqsəd "yaşıl
enerji" ilə ölkənin daxili tələbatını ödəməklə
yanaşı, onun ixracına da nail olmaqdır.
Dövlət başçısı
müşavirədə həmçinin
ölkəmiz üçün
qəbulolunmaz bir hadisəyə kəskin tənqidi münasibətini
bildirmişdir. Bu, xeyli vaxtdır cəmiyyətdə müzakirə
olunan Gədəbəy
rayonunda baş verən məlum hadisədir. Həmin məsələyə münasibət
bildirən dövlət
başçısı qeyd
etmişdir: "Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
ən azı səhlənkarlığa yol
verib, nəzarətsizlik
nümayiş etdirib, passiv müşahidəçi
kimi çıxış
edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar
haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir
gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi?
Bilmirdimi ki, belə
problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər
ikisi qəbul edilən deyil".
Dövlət
başçısı hadisə ilə bağlı dövlət
qurumlarına iradını bildirməklə yanaşı, bəzi
vətəndaşların qanunazidd hərəkətlərinə
də obyektiv qiymət vermiş, hadisədən sui-istifadə
edib ölkədə xaos, dövlət orqanları ilə
qarşıdurma yaratmaq istəyənlərə sərt xəbərdarlıq
etmişdir. Sözsüz ki, dövlət
başçısının bu ədalətli mövqeyi Gədəbəy
rayon sakinləri, eləcə də Azərbaycan ictimaiyyəti
tərəfindən rəğbətlə qarşılanıb.
Rüstəm KAMAL,
Azərbaycan.-2023.- 14 iyul.-
S.7.