Eyləyirsən yenə qiyamət, Şuşa!

 

Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də səsləndirdiyi  "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözlərindən sonra  çox keçmədi ki, Qarabağın incisi, məğrurluq simvolu, mədəniyyətimizin ocağı, musiqimizin beşiyi, Qarabağ xanlığının mərkəzi sayılan qədim qala şəhəri Şuşa, sözün gerçək mənasında, ayağa durdu.

30 ilə yaxın erməni işğalında qalan Şuşanın  siması bu iki il yarımda çox dəyişib. 2020-ci ilin Şuşası ilə bu günün Şuşası arasındakı fərqi görməmək mümkün deyil. Dağıdılmış evlər, uçurulmuş inzibati binalar,  yerləyeksan olmuş məscidlər, məhv olmuş  tarixi abidələr, güllələnmiş heykəllər  işğaldan əvvəlki vəziyyətinə qaytarılaraq bərpa edilib. Yollar çəkilib, infrastruktur qurulub, enerji təsərrüfatı yenilənib, su təchizatı yoluna qoyulub, bir sözlə, Şuşa normal həyata qayıdıb.

Vətən müharibəsi zəfərlə başa çatandan cəmi iki ay  sonra - 2021-ci il yanvar ayının 14-də Şuşaya səfər edən  Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzulidə hava limanının təməlini qoymuş yolun yeni işlənmiş layihəsində körpü tunellərin inşasının nəzərdə tutulduğunu bildirmişdi. Elə həmin vaxt Füzuli Hava Limanı ilə əlaqələndiriləcək bu yoldan İsa bulağına yeni yolun çəkiləcəyinin nəzərdə tutulduğunu qeyd edən dövlət başçısı Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra  turistlərin Şuşaya xarici qonaqların Füzulidən Şuşaya çox rahatlıqla gedə biləcəklərini demişdi. Artıq bu, reallıqdır. İndi Şərqi Zəngəzura Qarabağa təkcə rahat, müasir avtomobil yolu ilə yox, təyyarə ilə getmək mümkündür.

Elə həmin səfər zamanı Şuşadakı Saatlı, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa məscidlərində  olan Azərbaycan Prezidenti bu müqəddəs inanc yerlərimizə Məkkədən gətirdiyi "Qurani-Şərif"i bağışlamış işğal dövründə ermənilər tərəfindən dağıdılmış tarixi-dini abidələrin hər birinin əsaslı təmirinin Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcəyini söyləmişdi. Ali Baş Komandan özü ilə Şuşaya Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin Bülbülün 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan büstlərini gətirmişdi. Çox keçmədi ki, həmin büstlər yeniləndi, əvvəlki görkəmində yerinə qoyuldu. İndi Şuşaya gələnlər həmin büstləri qürurla ziyarət edirlər.

Zəfər yolu ilə Şuşaya növbəti dəfə səfər edən Ali Baş Komandan  1992-ci ildə şəhərin işğalı zamanı  ermənilər tərəfindən dağıdılmış   Molla Pənah Vaqifin  məqbərəsinin Heydər Əliyev Fondu tərəfindən bərpasına başlanıldığını, Şuşa məscidlərinin, buradakı bulaqların  bərpa olunması ilə bağlı müvafiq göstərişlərin verildiyini diqqətə çatdırmışdı.  Səfər zamanı İlham Əliyevlə birlikdə  Birinci  vitse-prezident Mehriban Əliyeva qızları Leyla Əliyeva vaxtilə  Pənahəli xanın sarayı, Karvansara Tarix-Memarlıq Kompleksi, Rəsm Qalereyası yerləşən, amma dağıdılaraq viran qalmış ərazilərdə olmuş, "Qarabağ" mehmanxanasında görüləcək təmir-bərpa işləri ilə tanışlıqdan sonra Şuşa Xalça Muzeyinə Şuşa sanatoriyasına baş çəkmişlər. Sonrakı səfərlərində dövlət başçısı Şuşanın tezliklə tam bərpa olunacağını, quruculuq abadlıq işlərinin qısa zamanda başa çatacağını vurğulamışdır.

Bu gün Prezidentin söylədikləri gerçəkliyə çevrilib. Artıq şəhərdə "Xarıbülbül" "Qarabağ" kimi mehmanxanalar tikilib istifadəyə verilmiş, Şuşanın simvollarından biri olan, 1873-cü ildə Xurşidbanu Natəvanın vəsaiti hesabına tikilmiş Xan qızı bulağı, eləcə "Saatlı", Yuxarı Gövhər ağa Aşağı Gövhər ağa məscidləri bərpa edilmişdir. Şəhərin yeni tikilən obyektləri arasında 1 saylı orta məktəb, Əhmədbəyli-Füzuli-Şuşa yolunda tunel, yeni hotel konfrans mərkəzi var.  "Qoç ət" restoranı,  "Bravo" supermarketi,  xalça muzeyi,  parklar, "Şuşa" hoteli, Üzeyir bəy Hacıbəylinin heykəli, Ağa Qəhrəman Mirsiyab oğlunun Şuşadakı karvansarası, Şuşa Şəhər İcra Hakimiyyətinin binası, çoxlu sayda müasir qədim üslubda tikilmiş  yaşayış evi şəhəri ziyarət edənlərin sevinə-sevinə fotoaparatlarına köçürdükləri obyektlərdir.

Zəfər Günü Azərbaycan əsgərinin  Şuşanın  Yuxarı Gövhər ağa məscidinin minarəsindən Allah dərgahına ucalan azan səsi Milli  Ordumuzun  dünyaya  ismarıcı idi. Bəli, dünyanın gözü önündə tarixi gerçəklik bərpa olunmuşdur. İndi qalib Azərbaycan vətəndaşı Cıdır Düzündə "Yallı" oynayır, İsa bulağından su içir, can dərmanı olan tərtəmiz hava ilə nəfəs alır. Səməd Vurğun demişkən:

 

Xırdaca-xırdaca yağışın yağar,

Çən-çiçək içindən günəşin doğar,

Bir ağız bir bulaq suyunu içər,

Eyləyirsən yenə qiyamət, Şuşa!

 

Məhz  Azərbaycan əsgərinin və Ali Baş Komandanın qətiyyəti və  siyasi iradəsi sayəsində  dünənə kimi Şuşaya virtual səyahət layihəsi bu gün real səyahət turları ilə əvəzlənib. Artıq hər kəs Şuşanı ziyarət edə bilir. İlin bütün fəsillərində qədim şəhərdə həyat qaynayır. "Xarıbülbül" Musiqi Festivalı əsrarəngiz gözəlliyi, qonaqpərvərliyi ilə seçilən Şuşanın simvoluna çevrilib.

Şuşa dünənki qaranlığından bugünkü işığına qovuşmaq üçün 30 ilə yaxın gözlədi. Gözlədi ki, işğalçılar rədd olub getsinlər və o, işıqlı günə qovuşsun. Bilirdi ki, bu işıq bütün Qarabağı, Azərbaycanı nuruna qərq edəcək və bir də dünyanın bəzi kor olmuş gözlərinə nur verəcək. Verəcək ki, açılan gözlər haqqı, ədaləti görə bilsin.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 14 iyul.- S.8.