NATO Ukraynaya yalnız vəd verdi
Bu ölkənin
alyansa qoşulması
üçün dəqiq
müddət açıqlanmadı
NATO-nun Vilnüsdə
keçirilən növbəti
zirvə toplantısı
başa çatıb.
Sammitin yekununa əsasən "Böyük
yeddilik" (G7) ölkələri
Ukrayna üçün
təhlükəsizlik təminatları
ilə bağlı birgə bəyanat qəbul edib və ona Rusiyanın
gələcək silahlı
hücumu zamanı
"daimi" təcili
hərbi və maliyyə yardımı göstərəcəklərini vəd ediblər. NATO-nun Vilnüs toplantısında Ukraynanın
alyansa qoşulması
üçün dəqiq
müddət açıqlanmayıb.
Ukrayna Avropa ölkələrindən "F-16" qırıcıları alacaq
Britaniyanın "Financial
Times" qəzeti yazır
ki, konkret olaraq söhbət Qərbin Ukrayna ordusu, donanması və hərbi hava qüvvələri üçün müasir
avadanlıqların tədarükündən,
kəşfiyyat məlumatlarının
mübadiləsinin gücləndirilməsindən,
Ukrayna hərbçilərinin
və onların hərbi qüvvələrinin
hazırlığının genişləndirilməsindən, birgə hərbi təlimlərdə iştirak
üzrə öhdəliklərindən
gedir. Bundan əlavə, ABŞ-nin milli təhlükəsizlik
müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna yüksək
ehtimalla Avropa ölkələrindən "F-16" qırıcıları alacaq.
Bundan əvvəl
NATO-nun baş katibi Yens Stoltenberq
alyansa üzv ölkələri Ukraynaya
uzunmüddətli dəstək
verməyə çağırıb.
Stoltenberq bu barədə NATO-nun Vilnüs sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. Buna cavab olaraq Zelenski
Vilnüs sammitindən
sonra ölkəsinin
NATO-ya dəvət edilməməsindən narazılığını
ifadə edib.
Vilnüsdə keçirilən
sammitdə Ukraynaya alyansa dəvət və NATO-ya daxil olmaq üçün
proqramlar təqdim olunmayıb. Stoltenberqin sözlərinə görə,
ilk növbədə münaqişəni dayandırmadan
bu məsələlərin
həlli mümkün
deyil.
Bu arada, gözlənildiyi kimi, Moskva G7-nin Kiyevə təhlükəsizlik zəmanəti
vermək qərarına
mənfi reaksiyasını
gecikdirməyib. Prezident
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu
qərarın təhlükəsizliyin
bölünməzliyi prinsipini
pozduğunu bildirib. Onun fikrincə, onlar Ukraynaya təhlükəsizlik zəmanəti
verməklə Rusiya Federasiyasının təhlükəsizliyinə
qəsd edirlər. Bu cür hərəkətlərin
nəticələri çox
neqativ ola bilər.
"Valday" Beynəlxalq
Diskussiya Klubunun proqram direktoru Oleq Barabanov deyib ki, Amerika
Birləşmiş Ştatları
NATO üzvü olmayan
Ukraynaya İsrail modeli üzrə təhlükəsizlik zəmanəti
verməyə hazır
olduğunu dəfələrlə
bildirib.
Ekspertin dediyinə
görə, Vilnüs
sammitindəki qərar
kifayət qədər
simvolikdir. Kiyev uzun müddətdir ki, alyans üzvlərindən
Ukraynanı hərbi təcavüzdən qorumaq
üçün uzunmüddətli
hüquqi öhdəliklər
almağa çalışır.
Barabanovun fikrincə, bu öhdəliklər Ukrayna hakimiyyətinin nöqteyi-nəzərindən münaqişənin
mümkün dondurulması
halında Rusiya ilə danışıqlarda
müsbət rol oynaya və gələcəkdə hərbi
əməliyyatların bərpa
olunmayacağına zəmanət
verə bilər.
MDB Ölkələri İnstitutunun Ukrayna şöbəsinin rəhbəri
İvan Skorikov isə hesab edir ki, "Böyük yeddilik" liderlərinin birgə bəyanatı Kiyevin NATO-ya üzvlüyü üçün yol xəritəsi təqdim etmədən tələblərini
təmin etmək cəhdidir. Bu, Ukraynaya hərbi texnika, o cümlədən
uzaqmənzilli silahlar,
"F-16" qırıcıları, kəşfiyyat məlumatlarının
ötürülməsi və
digər məsələlərlə
bağlı alyans dövlətlərinin öhdəliklərinin
təsbit edilməsi deməkdir.
ABŞ-nin Ukraynaya
dəstəyi zəifləməyəcək
ABŞ Prezidenti Co Bayden
isə iddia edib ki, Birləşmiş
Ştatlar təhlükəsiz
Avropa olmadan inkişaf edə bilməz. O, bu barədə Vilnüsdə
Qərbin Kiyevə dəstəyinə həsr
olunmuş çıxışında
bildirib. "Son illər ərzində biz trans-Atlantik tərəfdaşlığı yeni zirvələrə qaldıraraq, qlobal sabitliyin lövbəri olan Avropa ilə
ABŞ arasında münasibətlərin
vacibliyini sübut etdik. ABŞ-nin təhlükəsiz Avropa olmadan çiçəklənə
biləcəyi ideyası
əsassızdır", - deyə Co Bayden söyləyib.
ABŞ Prezidenti Qərbin
Ukraynaya dəstəyinin
heç zaman zəifləməyəcəyini bildirib. Onun sözlərinə görə,
Birləşmiş Ştatlar
Ukraynanın indi və gələcəkdə
özünü müdafiə
edə bilməsini təmin etmək üçün 50-dən çox
ölkədən ibarət
koalisiya yaradıb:
"Bizim Ukraynaya dəstəyimiz zəifləməyəcək.
Biz bu gün,
sabah və nə qədər lazımdırsa, azadlığı
və müstəqilliyi
müdafiə edəcəyik".
NATO Çinə xəbərdarlıq
etdi
NATO-nun baş katibi Yens Stoltenberq
Çinin 2035-ci ilə
qədər 1500 nüvə
başlığına sahib
olacağını təxmin
etdiklərini bildirib. Stoltenberq Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitinin
sonunda keçirdiyi mətbuat konfransında sualları cavablandırarkən
belə deyib.
O bildirib ki, həmin ildə Çin bütün Şimali Amerika və Avropaya çata biləcək raketlərə də sahib ola bilər.
Təhlükəsizliyin təkcə
regional deyil, qlobal xarakter daşıdığını vurğulayan Stoltenberq Çinin hərbi sahəyə böyük sərmayə qoymasına işarə edib. Çinin 2035-ci ilə qədər bütün Şimali Amerika və Avropaya, yəni NATO ərazisinə
çata biləcək
raketlərdə 1500 nüvə
başlığına sahib
olacağını gözləyirik.
Biz Çinin buna nə qədər
yaxınlaşdığını görürük", - deyə
Stoltenberq bildirib.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2023.-
14 iyul.- S.12.