ABŞ-dən İlham Əliyevin sülh gündəliyinə tam dəstək

 

Ev Azərbaycanla Ermənistan arasındakı danışıqlarda müsbət dinamikanın əldə edilməsini olduqca əhəmiyyətli hesab edir

 

Bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə  Azərbaycan Ermənistan rəhbərliyi arasında sülh müqaviləsi üzrə aparılan danışıqların növbəti raundu keçiriləcək.

Ümumiyyətlə, son 3 ayda həm Azərbaycanın Ermənistanın liderləri, həm XİN başçıları arasında Vaşinqtonda, Brüsseldə, Moskvada Kişinyovda keçirilən görüşlərdəki müzakirələr, əldə olunan razılıqlar onu deməyə əsas verir ki, tərəflər sülhə bir qədər yaxınlaşıblar. Bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümidlər böyükdür. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir beynəlxalq hüquqa əsaslanır. İlham Əliyev hesab edir ki, bu prinsiplə, beynəlxalq hüququn norma prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda belə bir imkan yaranıb: "Son danışıqlar raundları bir neçə gündən sonra nəzərdə tutulan yüksəksəviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf buna hazır olmalıdır sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə keçirməlidir".

Müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər məğlub ölkə keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq ölkəmizin ərazisinin parametrlərini , o cümlədən Qarabağ anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu da təbii ki, müsbət hal kimi qiymətləndirilməlidir.

Prezidentin söylədyi kimi, indi sıra eyni sözlərin kağız üzərində öz təsdiqini tapmasındadır. Hər halda Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək.

Əlbəttə ki, İlham Əliyevin müəyyənləşdirdiyi sülh gündəliyi regionda ilk növbədə təhlükəsizliyin qarantıdır. Bunu beynəlxalq təşkilatlar, böyük dövlətlər sülh sazişinin imzalanması üçün çalışan vasitəçilər etiraf edirlər. İyulun 13-də ABŞ Dövlət katibi Entoni Blinken İlham Əliyevə zəng edərək məsələ ilə bağlı bir daha ölkəsinin mövqeyini səsləndirib. Telefon danışığı əsnasında Entoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlət başçısı Antoni Blinkenin ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib ki, Azərbaycan Ermənistan bir sıra məsələlərdə mühüm irəliləyiş əldə ediblər. Onun sözlərinə görə, Amerika tərəfi Azərbaycan Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü səbirsizliklə gözləyir: "Azərbaycan Ermənistan bir sıra məsələlərdə ciddi irəliləyiş əldə ediblər. Son görüşdə həll edilməyən məsələlərin dairəsinin azalmasına nail olublar. Beləliklə, biz hesab edirik ki, həll edilməyən məsələlərin dairəsinin azalması ilə sülh müqaviləsi əlçatan olacaq".

Əlavə edək ki, bu il Entoni Blinken İlham Əliyevə yanvar ayının 23-də, mart ayının 21-də, aprel ayının 30-da, may ayının 1-də telefon zəngi edərək ABŞ-nin dəyişməyən mövqeyini bildirib İlham Əliyevin sülh üçün irəli sürdüyü təklifləri dəstəklədiyini söyləyib. Həmin telefon danışıqları zamanı dövlət katibi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın yarandığını vurğulayıb.

Ən mühüm məqam isə odur ki, ABŞ İkinci Qarabağ müharibəsidən sonra regionda yaranmış yeni reallığı, sülhün təhlükəsizliyin təminatını Ermənistanla sülh sazişinin bağlanması prosesində İlham Əliyevin atdığı addımları, irəli sürdüyü qlobal təşəbbüsləri birmənalı dəstəkləyir.

Bunu ABŞ Prezidenti Co Baydenin İlham Əliyevə 28 May Müstəqillik Günü münasibətilə ünvanladığı məktubdakı fikirlər təsdiq edir. ABŞ Prezidenti qeyd edir ki, indi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır.

Göründüyü kimi dünyanın super dövləti olaraq ABŞ İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir. Qalib Ali Baş Komandan kimi bölgədə sülhün bərqərar olunmasını, yeni nəqliyyat-tranzit qovşağının həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olan İlham Əliyevin təklifləri Avropa İttifaqı, BMT ilə yanaşı, ABŞ tərəfindən təqdir edilir. 

ABŞ ilə münasibətlərin yüksək səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır.

Hazırda Azərbaycanın ən prioritet məsələsi işğaldan azad edilən ərazilərimizin bərpası, Böyük qayıdışın daha da sürətlənməsi regionda sülhün, təhlükəsizliyin təmin olunmasıdır. Yalnız öz iqtisadi gücünə arxalanaraq, yəni heç kimdən maddi yardım almadan Qarabağ Şərqi Zəngəzuru yenidən quran qalib Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üçün vacib addımlar atır.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.2023.- 15 iyul.- S.1;3.