Brüsseldə
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişellə görüşü
olub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına
işgüzar səfərə
gəlib.
AZƏRTAC xəbər verir ki, Avropa
İttifaqı Şurasının
mənzil-qərargahında Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel dövlətimizin başçısı
İlham Əliyevi qarşılayıb.
Birgə foto çəkdirilib.
Sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişellə
görüşü olub.
Prezident İlham
Əliyev işgüzar
səfərə dəvətə
görə Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelə minnətdarlığını
bildirdi.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması
istiqamətində Şarl
Mişelin göstərdiyi
səylərə görə
təşəkkürünü ifadə edən dövlətimizin başçısı
Brüssel formatının
səmərəli olduğunu
vurğuladı.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sabah keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2023.- 15 iyul.- S.1.