Prezident İlham Əliyev bu ilin altı
ayının yekunları
ilə bağlı müşavirədə qətiyyətli
mövqeyini bir daha ortaya qoydu
Prezident İlham
Əliyevin sədrliyi
ilə keçirilən
cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət
başçısı həyata
keçirilmiş sosial-iqtisadi
layihələr, islahatlar
barədə məlumat
verdi. Ölkə rəhbəri həmçinin
gələcək dövr
üçün planlardan
danışdı və
ümumilikdə baş
vermiş hadisələrlə
bağlı mövqeyini
qətiyyətli şəkildə
ortaya qoydu.
Prezident ilin əvvəlində verdiyi tapşırıqların yerinə
yetirilməsi ilə bağlı bir çox addımlar atıldığını və
ilin sonuna qədər ölkəmizin
uğurlu inkişafının
təmin ediləcəyinə
əminliyini ifadə etdi. "Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı
inkişafının təmin
edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun
bərpası, iqtisadi
və sosial sahələrdə islahatların
davam etdirilməsi idi", - deyən dövlət başçısı
bütövlükdə son
altı ay ərzində iqtisadiyyatımızın
inkişaf etdiyini qeyd etdi.
İlham Əliyev
Gədəbəyin Söyüdlü
kəndində baş
vermiş hadisə ilə bağlı da qətiyyətli mövqeyini bildirdi. Ölkəmizin böyük
hissəsinin artıq rəsmən "yaşıl
enerji" zonası elan edildiyini xatırladan dövlət başçısı bunun
fonunda Gədəbəy
rayonunda baş vermiş hadisəni tamamilə qəbuledilməz
hesab etdi.
Müşavirədə Ermənistanla münasibətlər,
sülh sazişi məsələsinə də
toxunan ölkə rəhbəri bir daha vurğuladı ki, bizim sülh
danışıqları ilə
bağlı mövqeyimiz
aydındır, məntiqlidir,
beynəlxalq hüquqa
əsaslanır.
Prezident hesab edir ki, beynəlxalq
hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər: "Hər halda mən hesab edirəm ki, belə imkanlar
var. Son danışıqlar raundları
və bir neçə gündən
sonra nəzərdə
tutulan yüksəksəviyyəli
təmaslar bir məqsədi güdür
ki, biz sülh
anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq,
bunu təşəbbüskar
kimi irəli sürmüşük. Ancaq
yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır
olmalıdır və
sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə
də keçirməlidir".
Azərbaycanı inkişafa
Prezidentin düzgün
daxili və xarici siyasəti aparır
Milli Məclisin
deputatı Aydın Mirzəzadə qəzetimizə
açıqlamasında deyib
ki, Prezident İlham Əliyevin müşavirədə söylədiyi
fikirləri həm indiyə qədər görülən işlərə
yekun, həm də bundan sonrakı fəaliyyət üçün proqram hesab etmək olar.
Deputat qeyd edib ki, dövlət
başçısı bütün
məsələlərə - iqtisadiyyat, işğaldan azad olunmuş ərazilərin bərpası,
keçmiş məcburi
köçkünlərin torpaqlarına qayıtması,
xarici iqtisadi əlaqələr, Azərbaycanın
beynəlxalq birlikdəki
fəaliyyəti məsələlərinə,
hətta bir müddət əvvəl Gədəbəydə baş
vermiş hadisəyə
münasibət bildirib:
"Hər bir məsələ üzrə
Azərbaycan dövlətinin,
onun liderinin konkret mövqeyi var və bu
mövqeyi milli maraqlarımıza, bundan sonrakı inkişafımıza
dəstək olacaq məsələ
kimi qəbul etmək olar. Aparılan düzgün iqtisadi siyasət büdcənin bu il ən yüksək
həcmə - 33 milyard
manata çatmasına
və yenidən baxılması nəticəsində
10 faiz artırılmasına
gətirib çıxartdı.
Ümumi daxili məhsul bu gün ən yüksək rəqəmə
çatıb. Cənab
Prezidentin tapşırığı
əsasında görülən
işlər xarici borcun həcminin ÜDM-in 10 faizindən aşağı düşməsinə
gətirib çıxarıb
və bu tendensiya davam edir. Eyni zamanda
dövlət başçısı
inflyasiyanın Azərbaycan
üçün yüksək
olmasından da narahatlığını ifadə
etdi və bunun birrəqəmli həddə salınması
üçün əlavə
tədbirlərin görülməsinin
vacibliyini vurğuladı".
Aydın Mirzəzadə
bildirib ki, görülən işlər
qeyri-neft sektorunun, əsasən da qeyri-neft sənaye sektorunun artmasına gətirib çıxarıb.
Bu onu göstərir
ki, Azərbaycan neft-qaz faktorundan tədricən qeyri-neft sektorunun inkişafına uğurlu keçid edir. Bunu büdcəyə
daxilolmaların həcmində
də görə bilərik. Ölkə rəhbəri Azərbaycana
investisiya qoyan şirkətlər üçün
lazımi şərait
yaradıldığını, bununla belə, həmin şirkətlərin
ölkəmizin qanunlarına
riayət etməsinin vacibliyinə, ekologiyanı
və ətraf mühiti qorumağa məcbur olmaları məsələsinə də
toxundu. Qaydalara əməl edilməməsi
Söyüdlüdə məlum
hadisənin baş verməsinə gətirib çıxarıb. Cənab
Prezident burada da özünün prinsipial mövqeyini ortaya qoydu və
insanlarla işləməyin,
əldə edilən qazancın müəyyən
hissəsinin həmin ərazinin sosial-iqtisadi inkişafına və əhalinin rifahının
yaxşılaşdırılmasına yönəldilməsinin, baş
vermiş hadisələrə
operativ reaksiyanın verilməsinin vacibliyinə
toxundu.
Dövlət başçısının
Qarabağ və Şərqi Zəngəzurda
görülən böyük
quruculuq işlərindən
danışdığını xatırladan deputat bildirib ki, bərpa
işləri iki məktəb istisna olmaqla, ancaq Azərbaycanın öz hesabına aparılır.
"Beynəlxalq maliyyə
qurumları və təşkilatlar Azərbaycanla
Ermənistan arasında müharibə bitdikdən sonra bərpa işlərinə
böyük vəsait
ayıracaqları barədə
bəyanatlar verirdi. Bu gün ortada
olan odur ki, Azərbaycan bütün işləri
özü görür.
Bu il işğaldan
azad olunmuş ərazilərdə 12 milyard
manata qədər vəsaitin xərclənəcəyi
gözlənilir. Prezident
İlham Əliyev Böyük qayıdışın
birinci mərhələsində
100-ə qədər yaşayış
məntəqəsinə keçmiş
məcburi köçkünlərin
qayıdacağı xəbərini
verdi. Bildirdi ki, şəxsən 8 şəhər, 22 kəndin
əsasını qoyub",
- deyə o əlavə
edib.
A.Mirzəzadə dövlət
başçısının Ermənistanla münasibətlərdən
danışdığını vurğulayaraq bu məsələdə Azərbaycanın
milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini bir daha bildirdiyini
qeyd edib. Ermənistan Azərbaycanın
ərazi bütövlüyünü
sözdə tanısa
da, hələ sənəddə tanımayıb. Dövlət başçısı Ermənistanla
ancaq beynəlxalq hüquq normaları əsasında münasibətlərin
qurulmasını dəfələrlə
bəyan edib.
"İyulun 15-də Azərbaycan və Ermənistan rəhbərləri
görüşəcəklər. Ümid edirik ki, Ermənistan axır ki, sülh
müqaviləsinin bağlanmasının
ilk növbədə onun maraqlarına da cavab verdiyini
anlayar.
Cənab Prezidentin
müşavirədəki çıxışını
dinlədikcə Azərbaycanda
böyük quruculuq işlərinin getdiyinin, ölkə qarşısında
duran problemlərin həlli üçün böyük işlər görüldüyünün və
hər bir məsələnin onun diqqətində olduğunun,
problemlərin tez və səmərəli həlli üçün ciddi tapşırıqlar verdiyinin şahidi oluruq. Azərbaycan inkişafının düzgün
xəttindədir. Bu inkişafa ölkəmizi cənab prezidentin düzgün daxili və xarici siyasəti aparır",
- deyə deputat bildirib.
İlham Əliyevin
bu çağırışı
kifayət qədər
ciddi məqamları özündə ehtiva edir
Milli Məclisin
deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, Prezident
İlham Əliyev müşavirədə bir
sıra mühüm məsələlərə toxunub.
Dövlət başçısı
hər şeydən əvvəl Azərbaycanda
sosial-iqtisadi inkişafda
və bu istiqamətdə gözləntilərlə
bağlı fikirlərini
söyləyib. Diqqət
yetirdiyi vacib məsələlər əsasən
ondan ibarət oldu ki, Azərbaycanın
müxtəlif
sahələrdə inkişafı
kifayət qədər dinamik gedir. Bu həm
nəqliyyat logistika, həm enerji, həm də ümumi sosial-iqtisadi inkişaf sahələrini əhatə
edir. Ölkə rəhbəri Azərbaycanın
sürətlə artmaqda
olan logistika imkanlarına da diqqəti cəlb etdi. "Azərbaycanın
yük ötürücülük
qabiliyyətinin ən
ciddi tələblərə
uyğun formalaşdırıldığını
vurğuladı. Gələcəkdə
Azərbaycanın bu istiqamətdə daha böyük imkanlara sahib olacağını qeyd etdi", - deyə deputat əlavə edib.
E.Mirbəşiroğlu bildirib ki, işğaldan
azad olunmuş ərazilərdə dinamik
tikinti və quruculuq işləri sürətlə aparılır,
soydaşlarımız öz
doğma yurdlarına qayıdırlar. Dövlət bu
istiqamətdə sistemli
şəkildə effektiv
addımlar atır. Ölkə rəhbəri bu məsələyə də xüsusi diqqət yetirdi.
Söyüdlüdə baş verənlərlə
bağlı dövlət
başçısının sərt mövqe sərgilədiyini vurğulayan
deputat hesab edir ki, Prezidentin
xəbərdarlığı məmurların gələcəkdə
öz işlərinə
məsuliyyətlə yanaşmalarını
şərtləndirmiş oldu.
Ölkə rəhbəri
Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılması məsələsinə də
toxundu. Nəzərə
almaq lazımdır ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması istiqamətində hər zaman təşəbbüs
göstərib, öz
şərtlərini irəli
sürüb. Prezident vurğuladı ki, Ermənistanın ötən
ilin oktyabrında Azərbaycanın ərazi
bütövlüyünü tanıması müsbət
haldır. Ermənistanın
bu il isə
anklavlarla bağlı
mövqeyini də müsbət hal kimi qiymətləndirdi. Ermənistanın davranışları
əksər hallarda imitasiya xarakteri daşıdığı üçün
dövlət başçısı
xüsusi vurğuladı
ki, səsləndirilən mövqelərin
artıq kağız üzərində öz əksini tapması vacibdir.
Deputat hesab edir ki, Prezident
İlham Əliyevin son çağırışı
kifayət qədər
ciddi məqamları özündə ehtiva edir. Bu, həm
də Ermənistanın
bundan sonra imitasiyalarla məşğul
olmamasına dəlalət
edir.
Ümumiyyətlə, Prezident İlham Əliyev müşavirə
çərçivəsində həm bugünkü vəziyyəti təsvir etdi, həm də gələcəyə
münasibətini ifadə
etdi.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
15 iyul.- S.5.