Hayastan
sülh müqaviləsi
imzalamağa məcburdur
Erməni siyasi ekspertlər artıq reallıqları etiraf edirlər
Hayastanla Azərbaycan
arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son
qoyulsa da, hələ də tərəflər arasında
sülh müqaviləsinin
imzalanmaması regionda
sabitliyin təmin olunmasına rəvac vermir. Bunun da
yeganə səbəbi
cəmi 44 günə
Azərbaycan qarşısında
diz çöküb savaşın dayandırılmasını
xahiş edən Hayastanın cəfəng iddiaları, bəhanələri
və hərbi təxribatlarıdır.
Son günlərdə
erməni siyasi ekspertlərin verdiyi açıqlamalar göstərir
ki, Hayastanın rifahı, ümumiyyətlə,
xalq olaraq varlıqları isə Azərbaycanla normal münasibətlərdən keçir.
Buna görə də, düşdükləri
ağır durumdan xilas olmağın yollarını axtarırlar.
Çünki artıq
xaricdəki diasporları
da onların imdadına çata bilmir.
Politoloq Stepan Danielyan deyib ki, daha əvvəlki
zaman keçib, köhnə dünyanın
nizamı çoxdan dağılıb. İndi
regionda mühüm hadisələr baş verir. Azərbaycanın iradəsi regionda mühüm rol oynayır. Yeni dünya düzəninin formalaşması zamanı
bütün münaqişələr
həll edilməlidir.
Həmin münaqişələr
arasında Qarabağ məsələsi və Hayastan-Azərbaycan münasibətləri
də var.
Siyasi şərhçinin
fikrincə, Rusiya Avropa ilə əlaqəni kəsdiyi üçün Cənubi
Qafqazda sülhməramlı
kontingetini saxlamaq istəyir ki, bütün mümkün marşrutlara, o cümlədən
İranla quru əlaqəsinə nəzarət
edə bilsin. Qərb isə öz növbəsində
regionda mövcudluğunu
təmin etməkdə
israrlıdır. Qərb
Qarabağda mövcudluğunu
təmin etməyə
çalışır. Onlar
Qarabağ ermənilərinin
təhlükəsizliyini təmin
etmək istəyirlər.
Əks halda Qarabağda erməni qalmayacaq. Qarabağ tamamilə Azərbaycana keçəcək.
İyulun 15-də Brüsseldə
Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan
arasında baş tutacaq görüşə
toxunan erməni politoloq bildirib ki, Hayastan Azərbaycanın
bütün tələblərini
kağız üzərində
qəbul edir və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, anklavların
mövcudluğunu qəbul
edir. Zəngəzur dəhlizi də mühüm müzakirə
mövzusu olacaq: "Başqa sözlə, Hayastan sülh müqaviləsi imzalamağa
məcburdur. Digər varianta gəlincə, Paşinyan hakimiyyəti məsələni yenidən
uzatmağa çalışacaq.
Düşünürəm ki, Qərb də
tələsir. Onlar Rusiyanın zəifləməsindən
maksimum istifadə edib Hayastanı yenidən təslim olmağa vadar edəcəklər".
Beləliklə, sosial-iqtisadi
çətinliklər məngənəsində
boğulan Hayastanda müharibədən üç
il ötməsinə baxmayaraq, sosial-iqtisadi və siyasi vəziyyət getdikcə daha da ağırlaşmaqdadır.
Dərin ruh düşkünlüyünə qərq olan əhali çıxış
yolunu mühacirətdə
görür. Əhalinin
sayı yenə sürətlə azalmaqda davam edir, çünki
xaricə köçənlərin
sayı artır. Əhalinin təbii artım səviyyəsinin
get-gedə aşağı
düşməsi isə
erməni sosioloqlarının
hakimiyyətə ünvanlanmış
xəbərdarlıqlarının çoxalmasına səbəb
olub. Real vəziyyət
Ermənistanın faktiki
olaraq demoqrafik böhran yaşadığını,
bu problemin həlli perspektivinin olmadığını göstərir.
Erməni sosioloq Samvel Manukyan deyib ki, bir
il içində 200 mindən çox erməni mühacirət edə bilər. Köç edənlərin
əksəriyyəti isə
Rusiya istiqamətini seçəcək. Çünki
Rusiya onlara yeni həyat qurmaq üçün daha çox imkanlar vəd edir. Asan sosiallaşma,
mövcud məşğulluq
imkanları Rusiyada daha böyükdür. Üstəlik, bu ölkədə dil maneəsi yoxdur.
Bütövlükdə bütün bunlar Hayastanın böyük tənəzzül yaşadığını
göstərir. Görünən
budur ki, sülh müqaviləsinin
imzalanmasının uzadılması
fonunda İrəvan üzləşdiyi problemlərdən
hələ uzun müddət xilas ola bilməyəcək.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
15 iyul.- S.7.