Madər Əliəsgər oğlu
Musayev
Azərbaycan ictimaiyyətinə
ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Madər Əliəsgər
oğlu Musayev
2023-cü il iyulun 14-də
ömrünün 76-cı ilində
vəfat etmişdir.
Madər Musayev
1947-ci il noyabrın
26-da Bakı şəhərində
anadan olmuşdur. O,
1975–1982-ci illərdə Moskva
Kooperativ İnstitutunun
Bakı filialının
sənaye əmtəəşünaslığı
və ticarətin təşkili fakültəsində
ali təhsil almışdır.
Əmək fəaliyyətinə
1964-cü ildə Bakı
şəhərində ticarət
sahəsində başlayan
Madər Musayev 1995-ci ilədək bu sahədə müxtəlif
vəzifələrdə çalışmış,
iri ticarət mərkəzlərinə rəhbərlik
etmiş, ticarətin təşkili və təkmilləşdirilməsi işində
mühüm xidmətlər
göstərmişdir. O, uzun
illər ərzində
tutduğu vəzifələrdən
asılı olmayaraq yüksək təşkilatçılıq
qabiliyyəti nümayiş
etdirmiş, insanlara münasibətdə həssaslığı
və dərin məsuliyyət hissi sayəsində böyük
hörmət və rəğbət qazanmışdır.
Madər Musayevin
ictimai fəaliyyəti
də zəngin olmuşdur. O, XII çağırış
Azərbaycan Respublikası
Ali Sovetinin və I–VI çağırışlar
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan Respublikası
Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının üzvü
kimi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşdırılması istiqamətində nailiyyətlərin
əldə olunmasında
Madər Musayevin xidmətləri təqdirə
layiqdir. O, həmçinin
Türkiyə, Rusiya,
İran, Pakistan, Səudiyyə
Ərəbistanı, Tunis,
Gürcüstan və
Tacikistan parlamentləri
ilə əlaqələr
üzrə işçi
qruplarının üzvü
olmaqla parlamentlərarası
qarşılıqlı əməkdaşlığın
inkişafına töhfələr
vermişdir.
Madər Musayev
milli dövlətçiliyə
sədaqəti və xalqımızın adət-ənənələrinə
xüsusi ehtiramı sayəsində çoxsaylı
seçiciləri arasında
həqiqi nüfuz sahibi olmuşdur. Xeyriyyəçilik fəaliyyəti
onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlərdən
idi.
Madər Musayevin
ölkəmizin ictimai-siyasi
həyatında fəal
iştirakı daim lazımınca qiymətləndirilmiş
və o, uzunmüddətli
səmərəli fəaliyyətinə
görə müstəqil
Azərbaycan Respublikasının
ali mükafatlarına
layiq görülərək,
2007-ci ildə “Şöhrət”,
2017-ci ildə “Şərəf”
və 2022-ci ildə
1-ci dərəcəli “Vətənə
xidmətə görə”
ordenləri ilə təltif edilmişdir.
Tanınmış ictimai
xadim, xeyirxah və səmimi insan Madər Əliəsgər oğlu
Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət
eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli
Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar
Əzizov
Ədalət Vəliyev
Əhliman Əmiraslanov
Ziyafət Əsgərov
Hicran Hüseynova
Eldar
İbrahimov
Eldar Quliyev
Ağalar Vəliyev
Azərbaycan.-2023.- 15 iyul.- S.3.