Mədəniyyət
naziri Lənkəranda
vətəndaşları qəbul
edib
Mərkəzi icra
hakimiyyəti orqanları
və digər idarəetmə qurumları
rəhbərlərinin şəhər
və rayonlarda vətəndaşların qəbulu
cədvəlinə əsasən,
mədəniyyət naziri
Adil Kərimli iyulun 14-də Lənkəran
şəhərində vətəndaşları
qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Lənkəran şəhər
Heydər Əliyev Mərkəzinə baxış
keçirilib. Ümummilli
Lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış
abidəsi önünə
gül dəstələri
qoyularaq xatirəsi ehtiramla yad olunub.
Mədəniyyət Mərkəzində keçirilən
qəbulda əsasən
Lənkəran şəhəri,
Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da
iştirakı ilə
keçirilən görüşdə
vətəndaşların müxtəlif
mövzularda müraciətləri
dinlənilib. Müraciətlər
əsasən işlə
təmin olunma, mədəniyyət sahəsi
və şəhid adına parkın qeydiyyata alınması ilə bağlı təkliflər, ortaya çıxan problemlərin
həlli və digər məsələlərlə
bağlı olub.
Vətəndaşları ayrı-ayrılıqda dinləyən
nazir bütün müraciətlərin araşdırılması,
qaldırılan məsələlərin
qanunvericiliyə uyğun
həlli barədə
müvafiq tapşırıqlar
verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb
Azərbaycan.-2023.- 15 iyul.- S.3.