Vaqif
Poeziya Günləri çərçivəsində “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçasının
təqdimatı olub
Şuşada Vaqif
Poeziya Günləri çərçivəsində müasir Azərbaycanın
memarı, Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası”
unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası-müəllif
əsərinin təqdimatı
olub.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondu, İqtisadiyyat Nazirliyi və “Azərxalça”
ASC tərəfindən həyata
keçirilən layihənin
həmmüəllifləri Əməkdar incəsənət
xadimi, “Azərxalça”
ASC İdarə Heyətinin
sədri Emin Məmmədov, Əməkdar
rəssam Rəşad
Ələkbərov, icraçıları
isə “Azərxalça”nın
yaradıcı komandasıdır.
2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsində
“Azərxalça”nın
İsmayıllı emalatxanasında
çalışan 11 toxucunun
əməyi olub.
Üç hissədən
ibarət əsərin
hər bir hissəsində Ümummilli
Liderin əsas həyat fəlsəfəsi,
daim diqqətdə saxladığı məsələlər,
önəm verdiyi dəyərlər ilk dəfə “xalça dili”ndə çatdırılır.
İlk hissədə
xalçanın kompozisiyasına
uyğun olaraq xalqın birliyini və əzəmətini əks etdirən rəmzlər yer alıb. Ulu Öndərin ötən əsrin 90-cı illərində
respublikamızın məruz
qaldığı xarici
və daxili qarşıdurmalarla mübarizədə
məhz xalqla birlikdə olmasını,
xalqın inam və gücünə arxalanmasını nəzərə
alaraq, xalça üzərində Heydər
Əliyev–xalq birliyi öz əksini tapıb. Xalçanın kənar haşiyəsinin konturları
isə Ümummilli Liderin ad və
soyadının baş
hərflərini əks
etdirir.
Heydər Əliyev
və təhsil mövzusu xalçanın
birinci hissəsinin əsas mövzularından
biridir. Bundan əlavə, həmin hissədə Ulu Öndərin milli musiqimizə olan sevgisi, ən sevdiyi gül – zoğalı rəngli qızılgül, mənəvi
zənginlik hesab etdiyi kitablar, onun səyləri nəticəsində və
bilavasitə təşəbbüsü
ilə inşa olunmuş milli memarlıq nümunələri,
mədəniyyətimizin stilizə
olunmuş simvolları
– tar, kaman, qaval, yallı, armudu stəkanda çay və s. elementlər də öz əksini tapıb.
Ulu Öndərin
Azərbaycana rəhbərliyi
dövründə respublikamızda
ixtisaslı milli hərbçilərin yetişdirilməsi
üçün Bakıda
Cəmşid Naxçıvanski
adına hərbi məktəb açılıb,
ali və orta ixtisas məktəblərində
müasir tələblərə
uyğun mütəxəssis
hazırlamaq üçün
müvafiq fakültələr
və şöbələr
yaradılıb. Milli Ordu quruculuğunun təməlini qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində əksini tapıb.
Ümummilli Liderin
qətiyyəti, iradəsi
və cəsarəti sayəsində Azərbaycan
regionda sülhün dayağına, paytaxt Bakı isə beynəlxalq əməkdaşlıq
platformasına çevrilib.
Bu baxımdan Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” mövzusu da xalça üzərində
həkk olunub.
Ulu Öndər
həm hakimiyyətə
birinci gəlişi zamanı, həm də müstəqil Azərbaycana rəhbərlik
etdiyi dövrdə iqtisadiyyatın aparıcı
sahələrindən olan
kənd təsərrüfatına
böyük önəm
verib, aqrar sektorun inkişafı və regionlarda əhalinin rifahı üçün əhəmiyyətli
zəmin yaradıb. Xatirə xalçasının
üzərində Ümummilli
Liderin məhz bu sahədə olan fəaliyyəti əksini tapıb.
Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) portreti əks olunmuş “Keçmiş və gələcək – düşüncələr ayrıcında” adlanır. Burada firavan gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi xalqının önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yüksək bir zirvədən ölkənin bu gününü böyük fəxrlə, gələcəyini isə inamla seyr edir. Xalçanın sərhədlərini müəyyən edən, “Birlik, qardaşlıq və güc” rəmzi sayılan əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində Ulu Öndərin timsalında “İdeal cəmiyyətin simvolu” – ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər, bitkilər – bolluq və firavanlıq, qızılgül isə gələcək nəsillərə qayğı və dəstək elementi kimi öz əksini tapıb.
Azərbaycan.-2023.- 15 iyul.- S.4.