Ceyhun
Bayramov BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin
rəhbəri ilə görüşüb
İyulun 14-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı
Nümayəndəliyinin rəhbəri
Draqana Kojiç arasında görüş
keçirilib.
Xarici İşlər
Nazirliyindən AZƏRTAC-a bildirilib
ki, görüşdə
Azərbaycanla BQXK arasında
əməkdaşlıq məsələləri,
Laçın sərhəd
buraxılış məntəqəsində
yaranmış son vəziyyət, habelə
BQXK-nın Azərbaycanın
Xankəndi şəhərində
fəaliyyəti məsələləri
müzakirə olunub.
Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış
məntəqəsinin fəaliyyəti
ilə bağlı yaranmış son vəziyyətlə əlaqədar
bildirib ki, iyunun 15-də məntəqənin
atəşə tutulması
ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq
Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində
qaçaqmalçılıq məhsullarını Azərbaycana
gətirmək səyləri
Ermənistan tərəfinin
Azərbaycanın suverenliyinə
müdaxilə edən
cəhdlərdən və
qeyri-qanuni fəaliyyətlərdən
əl çəkmək
niyyətinin olmadığını
göstərir.
BQXK-nın 11 iyul
tarixli açıqlamasında
bəyan edilməmiş
məhsulların keçirilməsi
fəaliyyətlərini dəstəkləmədiyini
diqqətə çatdırmasının
və belə yükləri daşıyan
nəqliyyat vasitələrinin
sürücülərinin xidməti
müqavilələrinə xitam verilməsinin qeydə alındığı
və təqdirəlayiq
olduğu bildirilib.
Gələcəkdə bu kimi halların
qarşısının alınmasının
zəruri olduğu vurğulanıb.
Aparılmış müzakirələr
zamanı, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə
erməni sakinlərin
tibbi məqsədlər
üçün sərhəd
məntəqəsindən keçidinin
davam etməsinin mümkünlüyü nazir
Ceyhun Bayramov tərəfindən bildirilib.
Erməni sakinlərin tədarük ehtiyaclarına
gəldikdə, Azərbaycan
tərəfinin Ağdam-Xankəndi
yolundan istifadə etməklə yardım göstərmək imkanının
mövcud olduğu bir daha xatırlanıb.
Görüş zamanı, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.-
15 iyul.- S.4.