Azərbaycan
beynəlxalq hüquq müstəvisində də
Ermənistanı küncə
sıxışdırır
"Miatsum
kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası
statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım
olan yerə".
Qalib Lider
İlham Əliyevin qətiyyətlə
bəyan etdiyi kimi, aprelin 23-də Azərbaycanın Laçın
yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaratmaqla
suveren ərazilərinə
nəzarəti bərpa
etməsi, həm də elə Ermənistanın onilliklərdir
həyata keçirmək
istədiyi "Miatsum"
layihəsini iflasa uğratdı.
İyulun 6-da Beynəlxalq
Ədalət Məhkəməsinin
Ermənistanın Laçında
Azərbaycana məxsus
sərhəd nəzarət-buraxılış
məntəqəsinin aradan
qaldırılması ilə
bağlı tələbini
yekdilliklə rədd etməsi isə ölkəmizin separatizm üzərində qəti
qələbəsinin beynəlxalq
hüquqla təsdiqlənməsi
oldu.
Həmin ərazidə
nəzarət-buraxılış məntəqəsi yaratmağı
Azərbaycanın suveren
hüququ kimi təsdiq edən BƏM, Ermənistanın ölkəmizə
qarşı qaldırdığı
növbəti əsassız iddianı
rədd etdi.
Hay saxtakarlığının iflası
44 günlük müharibədə
döyüş meydanında
Ermənistanı məğlub
edərək onu kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan zəfərdən ötən
iki il yarım müddət ərzində
öz qələbəsini
hüquqi baxımdan
da möhkəmləndirdi. Ermənistanı
beynəlxalq hüquq müstəvisində məğlub
edən Azərbaycan təcavüzkar ölkənin
dünyanı aldatmağa
yönəlik yalan iddialarının üzərindən
davamlı olaraq xətt çəkir.
Ermənistanın soydaşlarımızın
insan hüquqlarını
məqsədyönlü şəkildə
pozmasına cavab olaraq, "İrqi ayrı-seçkiliyin bütün
formalarının ləğv
edilməsi haqqında"
Beynəlxalq Konvensiya
(CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə
ölkəmizin Beynəlxalq
Ədalət Məhkəməsinə
müraciət etməsi
də bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Xatırladaq ki,
bu il fevralın
22-də BƏM-in "İrqi
ayrı-seçkiliyin bütün
formalarının ləğv
edilməsi haqqında"
Beynəlxalq Konvensiyanın
tətbiqi ilə bağlı məhkəmə
işləri üzrə
müvəqqəti tədbirlərə
dair qərarı da Ermənistanın soydaşlarımızın hüquqlarını
qəsdən pozmasının
beynəlxalq hüquq çərçivəsində daha bir təsdiqi
oldu.
Həmin zaman Ermənistan əsas 3 məsələyə baxılması
üçün Beynəlxalq
Ədalət Məhkəməsinə
müraciət etmişdi
ki, bunlardan biri də ötən
ilin 12 dekabrında Laçın yolunda azərbaycanlı ekofəalların
keçirdiyi dinc aksiya ilə bağlı idi. Ermənistan məhkəməyə
müraciətində aksiyanın
süni şəkildə
təşkil olunmasının
təsdiqini istəyirdi.
Lakin Azərbaycan tərəfi həmin aksiyaların həqiqətən
ekofəallar tərəfindən
keçirildiyi barədə
sübutları məhkəməyə
təqdim etmiş, məhkəmə isə fevralın 22-də açıqlanan
qərarında Ermənistanın
iddiasını rədd
etmişdi.
Həmin tarixdəki
məhkəmə prosesi
zamanı işğaldan
azad olunmuş ərazilərimizdə Ermənistanda
2021-ci ildə istehsal edilmiş minaların aşkarlanması haqda Azərbaycan tərəfdən
ortaya qoyulan faktların heç birini Ermənistan təkzib edə bilməmişdi.
İyulun 6-da isə
Beynəlxalq Ədalət
Məhkəməsi Ermənistanın
12 may 2023-cü ildə
məhkəməyə təqdim
etdiyi və 23 aprel 2023-cü ildə Laçın yolunun başlanğıcında sərhəd
nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasının
"qanunsuz" olduğuna
dair vəsatətini də yekdilliklə rədd etdi.
Beləliklə, bu
dəfə də Azərbaycan tərəfinin
BƏM-ə təqdim etdiyi
çoxsaylı sübutlarla
Ermənistanın yalanları
iflasa uğradıldı.
Azərbaycanın beynəlxalq
hüquq sahəsində
Ermənistanı uğratdığı
ardıcıl məğlubiyyətlər,
eləcə də 6 iyulda BƏM məhkəməsində
əldə etdiyi qələbə siyasi nəticələr baxımından
xüsusi əhəmiyyət
kəsb edir.
Ermənilər dünyanı
aldatmağa çalışırlar
Azərbaycanın suveren
ərazilərini üç
onillik boyu işğal altında saxlayan Ermənistan Qarabağ və Şərqi Zəngəzurda
bütün yaşayış
yerlərini talayıb
dağıtmış, xalqımıza
məxsus tarixi, dini, mədəni irsi məhv etmiş, ekoloji terror törətmişdir.
Birinci Qarabağ
müharibəsindən etibarən
erməni silahlı qüvvələri tərəfindən
azərbaycanlı hərbçilərə,
eləcə də mülki şəxslərə
qarşı qırğınlar törədilib,
1992-ci ildə Xocalıda
soyqırımı həyata
keçirilib. Bu günədək Ermənistan
Birinci Qarabağ müharibəsi nəticəsində
itkin düşmüş
4000-ə yaxın azərbaycanlının
taleyi barədə heç bir məlumat verməyib. Ermənistanın Qarabağ
və Şərqi Zəngəzurda basdırdığı
minaların düzgün
xəritəsini ölkəmizə
təqdim etməməsi
insanlarımızın həyatını
təhlükə altında
saxlayır.
Vətən müharibəsindən
sonra Azərbaycanın
təkmil sülh modelindən yayınmağa
çalışan, xarici
havadarlarına güvənərək
vaxtı uzatmaqla ölkəmizə qarşı
xəbis planlar düşünən Ermənistan
30 il ərzində etdiyi kimi indi
də "quzu" cildinə girib dünyanı aldatmaq istəyir. Azərbaycanın
beynəlxalq hüquqa
dayanaraq milli maraqlarını təmin etməsini dünya ictimaiyyətinə yanlış
formada göstərməyə
çalışır.
Ermənistanın hay-şüvən
qopardığı, nəticəsi
ilə barışmaq
istəmədiyi növbəti
məsələ isə
Laçın yolunda ölkəmizin yaratdığı
sərhəd nəzarət-buraxılış
məntəqəsidir. Bunu
Laçın yolunun
"bağlanması", Qarabağda
yaşayan erməni sakinlərin "blokadası"
kimi beynəlxalq ictimaiyyətə təqdim
edən və hələ də Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyən
Ermənistan özü
də yaxşı başa düşür ki, artıq bu yerlərdə bir daha separatizm
at oynada bilməyəcək.
Özünü Qarabağda
yaşayan ermənilərin
"təəssübkeşi" kimi göstərən Ermənistanı əgər
onların halı maraqlandırsaydı, ötən
30 il ərzində bu ərazilərdəki insanlar səfalət içində yaşamazdılar...
Ermənistanın Laçın
yolu ətrafında manipulyasiya etməsinin sadəcə bir məqsədi var: bu yol vasitəsilə
separatizmə dəstək
vermək, 1988-ci ildən
etibarən arxasınca
düşdükləri sərsəm
və özlərinin
sonu olacaq "Miatsum" ideyasını
yaşatmaq...
Haqq da, hüquq da Azərbaycanın
tərəfindədir
Azərbaycan aprelin
23-də üçrəngli, ay-ulduzlu bayrağını
öz sərhəddində
yüksəldib dalğalandırmaqla
Ermənistanın Laçın
yolu vasitəsilə separatizmə uzatdığı
əlini qırmış
oldu.
Beynəlxalq Ədalət
Məhkəməsinin iyulun
6-dakı qərarı göstərdi
ki, məhkəmə Azərbaycanın Ermənistanla
şərti dövlət
sərhədlərində nəzarət-buraxılış
məntəqəsini qurmaqla
bağlı beynəlxalq
hüquq əsasında
suveren hüquqa malik olduğunu rəsmi tanıyır.
Göründüyü kimi, haqq da
hüquq da Azərbaycanın tərəfindədir
və ölkəmizin
beynəlxalq hüququn
norma və prinsipləri çərçivəsində
həyata keçirdiyi
milli maraqlarını
Beynəlxalq Ədalət
Məhkəməsi də
qəbul edir.
Ədalətin təntənəsi
olan məhkəmənin
bu qərarları, beynəlxalq hüquqi gücə malik sənədlər kimi Azərbaycanın qarşıda
da öz milli maraqlarını qətiyyətlə təmin
etməsində mühüm
rol oynayacaq.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.- 15 iyul.-
S.5.