Ombudsman
Ermənistanın mina
terrorunun dayandırılması
ilə bağlı beynəlxalq təşkilatları
qəti addımlar atmağa çağırıb
Ermənistan tərəfindən
Azərbaycan ərazilərində
basdırılmış minalar
və partlamamış
hərbi sursatlar mülki şəxslərin
həyatına ciddi təhlükə yaratmaqda
davam edir.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə
müvəkkili (ombudsman)
Səbinə Əliyevanın
iyulun 13-də Kəlbəcər
rayonunun Seyidlər kəndi ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı mülki
şəxsin mina partlayışı nəticəsində
xəsarət alması
bağlı reaksiyasında
qeyd edilib.
Ombudsman qeyd edib ki, Ermənistanın
ölkəmizə qarşı
törətdiyi mina terroru hərbi qulluqçularımızın və
mülki şəxslərin
həyatını itirməsinə
və ya yaralanmasına səbəb
olur, eyni zamanda, keçmiş məcburi köçkünlərin
öz doğma torpaqlarına qayıdışını
ləngidir, sahibkarlıq
subyektlərinin fəaliyyətinə,
bölgədə həyata
keçirilən bərpa
və yenidənqurma işlərinə maneə
yaradır.
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində minaların
basdırılması və
minalanmış ərazilərin
dəqiq xəritələrinin
verilməməsi Ermənistanın
beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə
hörmətsizliyinin açıq
nümayişidir.
“Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili olaraq, aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qəti addımlar atmağa çağırıram”, - deyə Səbinə Əliyeva vurğulayıb.
Azərbaycan.-2023.- 15 iyul.- S.5.