AzerGold
QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvana səfər
edib
"AzerGold" Qapalı
Səhmdar Cəmiyyətinin
(QSC) İdarə Heyətinin
sədri Zakir İbrahimovun rəhbərlik
etdiyi nümayəndə
heyəti Naxçıvan
Muxtar Respublikasında səfərdə
olub.
Nümayəndə heyəti
əvvəlcə xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin
mərkəzində ucaldılmış
abidəsini ziyarət
edib, abidənin önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.
Səfər çərçivəsində
Naxçıvan Muxtar
Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi
Fuad Nəcəfli ilə görüş keçirilib. Qonaqları salamlayan Fuad Nəcəfli görüşdən
məmnunluğu dilə
gətirərək, son
dövrlər Naxçıvanda
bütün sahələr,
xüsusilə də iqtisadiyyatın inkişafı
istiqamətində atılan
addımlardan, köklü
islahatlardan bəhs edib. Görüşdə
ötən ay dövlət başçısının
müvafiq sərəncamı
ilə təsdiq edilən "Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər
üçün Dövlət
Proqramı"nın muxtar
respublikanın iqtisadiyyatının
davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması,
əhalinin məşğulluğunun
və maddi rifahının yüksəldilməsinə
böyük təkan verəcəyi vurğulanıb.
Səmimi qəbula
görə təşəkkür
edən "AzerGold"
QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar Cəmiyyətin
fəaliyyət istiqamətləri
üzrə əldə
olunan müsbət nəticələr və gələcək planlar haqqında ətraflı məlumat verib. Zakir İbrahimov "AzərGold"un Naxçıvanda
hazırkı fəaliyyəti
və planlaşdırılan
işlərlə bağlı
danışıb. Qeyd
edilib ki, Səhmdar Cəmiyyət tərəfindən muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən və perspektivli hesab edilən 2 yataq, 2 təzahür sahəsində
müxtəlif mərhələlər
üzrə kəşfiyyat
və tədqiqat işləri aparılır.
Sözügedən yataq
və təzahür sahələrinə "Ortakənd"
qızıl, "Başkənd"
mis-qızıl, "Paradaş"
mis təzahür, eləcə də "Göydağ" mis-molibden
təzahür sahələri
daxildir. "Ortakənd"
qızıl yatağında
2018-dən ildən etibarən
mərhələli şəkildə
buruqqazma, çoxprofilli
geofiziki tədqiqat işləri yerinə yetirilib. Hazırda yatağın istismara hazırlığı prosesi
çərçivəsində ilkin texniki-iqtisadi hesablama parametrləri üzrə araşdırmalar
davam etdirilir. Texniki-iqtisadi əsaslandırmanın
daha sonrakı mərhələlərində yatağın
mövcud resurslarının
həcmi və tətbiq ediləcək texnoloji metodologiya müəyyən ediləcək.
Əlavə edilib ki, indiki mərhələdə
nəticələr çox
ümidvericidir.
Z.İbrahimov, həmçinin
ənənəvi olaraq,
nəzərdə tutulan
fəaliyyətin ətraf
mühitə və insan sağlamlığına
təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsinin qanunvericiliyin
tələblərinə uyğun
qaydada beynəlxalq norma və standartlar
əsasında aparılacağını
vurğulayıb. Bildirilib
ki, "Ortakənd"
qızıl yatağının
qarşıdakı, digər
yataqların növbəti
illərdə istismara
verilməsi, hər bir yataq üzrə
təqribən 500 nəfərlik
daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da yeni
mədənlərin işə
salınması ilə
muxtar respublikada məşğulluğun artırılmasına
ciddi töhfə verilməsi planlaşdırılır.
İdarə Heyətinin
sədri 2023-cü ilin
avqust ayından etibarən Naxçıvanda
ilk dəfə olaraq innovativ kəşfiyyat metodlarından
sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin
həyata keçiriləcəyini
qeyd edib. Beləliklə, Naxçıvan
MR-in şimal-şərq
hissəsini əhatə
edən 2,566 km2 sahədə
məsafədən peyk
üsulu ilə hiperspektral zondlama tipli tədqiqatların aparılmasına başlanılacaq
və tədqiqatlar nəticəsində perspektivli
lokal sahələr müəyyən olunacaq.
Z.İbrahimov Səhmdar
Cəmiyyətin korporativ
sosial məsuliyyət
missiyasına uyğun
olaraq digər hasilat sahələrinə
qonşuluqda yerləşən
şəhər, qəsəbə
və kəndlərdə
icra edilən ənənəvi sosialyönümlü
proqramların Naxçıvanda
da həyata keçiriləcəyini qeyd
edib. Hazırda sözügedən regionda
yerləşən yataqlarda
aparılan fəaliyyətin
geoloji kəşfiyyat
və tədqiqat mərhələsində olmasına
baxmayaraq, regionun spesifik xüsusiyyətləri,
yerli icmaların ehtiyac meyarları nəzərə alınmaqla
sosial dəstək layihələrinin hazırlanaraq
icra ediləcəyini bildirib. Z.İbrahimov yeni yataqların istismara verilməsi ilə ölkə iqtisadiyyatına, xüsusilə
də Naxçıvanın
sosial-iqtisadi inkişafına,
məşğulluq səviyyəsinin
artırılmasına, həmçinin
əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına
böyük töhfə
verəcəyinə əmin
olduğunu diqqətə
çatdırıb.
Prezidentin səlahiyyətli
nümayəndəsi Fuad
Nəcəfli "AzerGold"
QSC-nin səmərəli
fəaliyyətində uğurlar
arzu edib, əməkdaşlıq imkanlarının
genişləndirilməsi üçün
zəruri addımların
atılacağını, dövlət
şirkətinin muxtar
respublikada fəaliyyətinin
təşkilinə aidiyyəti
üzrə hərtərəfli
dəstək göstəriləcəyini
vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Azərbaycan.-2023.- 15 iyul.- S.7.