ABŞ mətbuatı
Azərbaycanı “xristianların
sığına biləcəyi
qala” adlandırıb
ABŞ-ın Ermənistandakı
səfiri həqiqəti
söylədiyinə görə
qınanmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu
barədə tanınmış
politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi
və baş direktoru Reyçel Avraham “Azərbaycan: Qarabağda xristianlar üçün potensial qala” sərlövhəli məqaləsində yazıb.
Baş qərargahı
ABŞ-ın Nyu-York şəhərində yerləşən
Xarici Siyasət Assosiasiyasının xəbər
saytında dərc olunmuş məqalədə
qeyd olunub ki, ABŞ-ın İrəvandakı səfiri
Kristina Kuin Ermənistanın İctimai
Televiziyasına müsahibəsində
Qarabağdakı ermənilərin
Azərbaycanın tərkibində
təhlükəsiz şəkildə
yaşaya biləcəklərini
deyib: “Biz inanırıq və ümid edirik ki, bu mümkündür.
Fikrimizcə, bütün
tərəflər bunun
üçün birgə
səy göstərməlidirlər.
Birləşmiş Ştatlar
bunun düzgün yanaşma olduğuna əmindir və tərəfləri hüququ,
təhlükəsizliyin qorunmasını
təmin etməyə
çağırır. Artıq
sözügedən tərəflər
bunu bəyan ediblər. İndi məsələnin düzgün
yolunu tapmaq qalır”.
Tanınmış politoloq
məsələyə münasibət
bildirərkən qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfiri sözügedən
bəyanata görə
Ermənistandakı bəzi
ekstremist dairələrin
kəskin reaksiyası
ilə üzləşib,
lakin bu, amerikalı diplomatın söylədiklərinin həqiqət
olduğunu dəyişmir.
Bakıya etdiyi dörd səfər zamanı burada xristianların yaşayışına
şəxsən şahid
olduğunu vurğulayan
müəllif öz dini ayinlərini həyata keçirməyə
cəhd etdikləri üçün xristianları
müntəzəm olaraq
həbs edən və işgəncələrə
məruz qoyan İran İslam Respublikası kimi ölkə ilə qonşuluqda yerləşən Azərbaycanı
“xristianlar üçün
qala” adlandırıb.
Bakıda fəaliyyət
göstərən rus
pravoslav və katolik kilsələrini ziyarət etdiyini bildirən jurnalist sözün həqiqi mənasında dünyəvi
və multikultural Azərbaycan cəmiyyətində
müxtəlif sahələrdə
uğur qazanan xristianların sayının
az olmadığını
diqqətə çatdırıb.
Müəllif iki
xalq arasında sülh bərqərar olduqdan sonra ermənilərin Qarabağda
azərbaycanlılarla birgə
yaşamasının heç
bir problem doğurmayacağına əminliyini
ifadə edib və buna misal
olaraq yəhudilərin,
bəhailərin, pravoslavların,
udilərin, katoliklərin
və digər qeyri-müsəlmanların Azərbaycanda
müsəlman əhali
ilə dinc yanaşı yaşamasına
diqqət çəkib,
sözügedən həqiqəti
aşkar surətdə
dilə gətirən
ABŞ-ın Ermənistandakı
səfirinin qınanmasına
ciddi etirazını bildirib.
Məqaləni ətraflı
şəkildə aşağıdakı
linkdən oxumaq mümkündür.
Azərbaycan.-2023.-
15 iyul.- S.6.