Arazdəyəndə
tikiləcək metallurgiya
zavodunun törədə
biləcəyi ekoloji fəlakətə etiraz edən beynəlxalq QHT-lərin sayı durmadan artır
Ermənistan tərəfindən
Arazdəyəndə tikiləcək
metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə
və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir
sıra ölkələrin
vətəndaş cəmiyyəti
təşkilatları tərəfindən
imzalanan bəyanata qoşulan beynəlxalq QHT-lərin sayı durmadan artır.
AZƏRTAC xəbər verir ki, iyunun
29-da müxtəlif ölkələrin
32 qeyri-hökumət təşkilatı
tərəfindən imzalanan
bəyanatı dəstəkləyənlərin
sayı artıq 70-ə
yaxınlaşır. Bu,
bir daha onu göstərir ki, artıq beynəlxalq ictimaiyyət də Ermənistanın qlobal ekoloji fəlakət törədə
biləcəyindən narahatdır.
Qeyd edək ki, bəyanatda Arazdəyəndə tikintisi
aparılacaq Ermənistan
və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodunun yeni ekoloji fəlakətə səbəb olacağından
narahatlıq ifadə olunur.
Vurğulanır ki,
bu irimiqyaslı metallurgiya zavodunun yaradılması ilə Ermənistan beynəlxalq səviyyədə qəbul
edilmiş standart və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə
Ətraf Mühitə
Təsirin Qiymətləndirilməsi
üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında
(Espo Konvensiyası) ifadə edilənlərə
açıq şəkildə
məhəl qoymadığını
nümayiş etdirir.
Diqqətə çatdırılır
ki, Azərbaycan tərəfinin razılığı
olmadan sərhəddə
belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə
ətraf mühitə
təsirin qiymətləndirilməsini
nəzərdə tutan
1991-ci ildə qəbul
olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması
deməkdir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli
qiymətləndirilməsi aparılmalıdır.
Tikinti ilə bağlı qiymətləndirmə
sənədi Azərbaycanın
müvafiq qurumları,
ekoloji fəallar tərəfindən rayona yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi
nəzərə alınmaqla
nəzərdən keçirilməlidir.
Belə bir zavodun tikintisi insanlara və planetimizə zərər verə bilər. Onun geniş təsirlərini, insan sağlamlığı, ətraf
mühit və həqiqi dayanıqlılıq
üçün yaratdığı
təhlükəni nəzərə
alsaq, bu, vətəndaş cəmiyyəti
üçün “qırmızı
xətt” deməkdir.
Metallurgiya zavodunun
zəhərli kimyəvi
tullantılarının yerli
ekosistemə potensial təsirləri çox böyük ola bilər. Bu ekoloji təsir insan sağlamlığına
və həyat təhlükəsizliyinə, fauna
və floraya, torpağa, havaya və su strukturlarına
mütləq təsir
göstərəcəkdir. Tullantıların Araz çayına axıdılması
çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə
edən iri təsərrüfatlar üçün
narahatlıq yaradır.
Bütün bunlar
nəzərə alınaraq,
QHT-lər BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya
Səhiyyə Təşkilatı,
BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisi
və BMT-nin Zərərli Maddələr
və İnsan Hüquqları üzrə
Xüsusi Məruzəçisi
kimi müvafiq beynəlxalq təşkilatları
bu vəziyyətə
reaksiya verməyə və müvafiq tədbirlər görməyə
çağırırırlar. Bildirilir ki, Ermənistanın davam edən ekoloji pozuntularına son qoyulmalıdır.
Bəyanatda, həmçinin
Amerika Birləşmiş
Ştatlarına bu riskləri qəbul etməyə və Arazdəyəndə adı
çəkilən metallurgiya
zavodunun tikintisinə dəstəyi dayandırmağa
çağırış yer alır.
Bəyanatı imzalayıblar:
1. Məryəm Daneş,
Vaşinqton və Li Universiteti, ABŞ
2. Samir Sah, Vərəm üzrə Vətəndaş Cəmiyyətinin
Məsləhətçisi, Birləşmiş Krallıq
3. Ezio Tavora dos Santos Filho, “REDE-TB” təşkilatı,
Braziliya
4. Cos Maria Di
Bello, GEP Fondu, Argentina
5. Umarov Rüstamcon, ətraf mühit üzrə aktivist, Hiroşima Universitetinin tələbəsi,
Yaponiya
6. Svetlana Doltu, AFI QHT-ı, Moldova Respublikası
7. Olya Klimenko, “TBPeopleUkraine” təşkilatı,
Ukrayna
8. İnna
Gavrilova, İctimai Səhiyyə
Alyansı, Ukrayna
9. Sergey Uçayev, “ISHONCH VA HAYOT” QHT-ı, Özbəkistan
10. Nikoloz Mirzaşvili, TBpeople şəbəkəsi, Sakartvelo, Gürcüstan
11. Sok Çamreun Çoub, Xmer
İIV/QİÇS QHT Alyansı (KHANA), Kamboca
12. Stiven Anquva Şikoli,
Vərəmə qalib
gəlmiş Şəxslərin
Şəbəkəsi, Kenya
13. Kolins Major Kinyuru, Pamoca Vərəm qrupu, Kenya
14. Cozef Kilonzo, BISC, Kenya
15. Elçin Muxtarlı, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası
16. Piter Nqola, “Vot
Gənclərin İnkişafı
Layihələri” icma-əsaslı
təşkilatı, Kenya
17. Çarlz Qvist, “Carepal” Fondu, Qana
18. Pərvanə Vəliyeva,
“Sağlamlığa Xidmət”
İctimai Birliyi, Azərbaycan
19. Çingiz Ramazanlı, TBpeople Azərbaycan, “Vərəmsiz Gələcəyə
Doğru” İctimai Birliyi, Azərbaycan
20. Prof.Dr.Zeki Kılıçaslan,
“İstanbul Vərəm Savaş
Dərnəyi”, Türkiyə
21. Dr. Şemsettin Küzeci, Kərkük Mədəniyyət
Assosiasiyasının prezidenti,
Türkiyə
22. Abass A Kamara, könüllü, Syerra-Leone
Qızıl Aypara Cəmiyyəti, Syerra-Leone
23. Mohmad Hüseyn Lone, İnsan hüquqları üzrə
aktivist, İsveçrədə
yerləşən Beynəlxalq
İnsan Hüquqları
Komissiyasının rəsmi
könüllüsü, Jammu Kəşmir, Hindistan
24. Kordeliya Adamu, Afrika Ətraf
Mühit və Sağlamlıq üzrə
İnkişaf Şəbəkəsi,
Nigeriya
25. Germain Marius Hepi, diplomat, İsveçrə/Kamerun OSER Humanitar təşkilatının prezidenti,
Kamerun
26. Norman Kaqiso Matitinq, Vərəmə Qalib Gəlmiş Şəxslərin
Şəbəkəsi, Botsvana
27. Nişant Çavan, İctimai səhiyyə üzrə müstəqil
konsultant, Hindistan
28. Filiz Duyar Ağca,
Türk Toraks Dərnəyi, Vərəm
üzrə İşçi
qrupu, Türkiyə
29. Haşim Əbdül Halim,
Qərbi Benqal Hökumətinin Səhiyyə
və Ailə Rifahı Departamenti, Hindistan
30. Kinz Eman, “Stop Vərəm Tərəfdaşlığı
Pakistan”, Pakistan
31. Zişan Əhməd, Puncab Əyaləti üzrə Vərəmə
Nəzarət Proqramı,
Pakistan
32. Mohmad Hüseyn, Banqladeşin Alergiya və Kliniki İmmunologiya İnstitutu (IACIB), Banqladeş
33. Zəfər Novşad Vani
– tuberkulyoz həkimi, Hindistan
34. Şamsiyyə Kukanbetova –
“Stop” Tuberkulyoz Tərəfdaşlığı
Təşkilatı, Tacikistan
35. Novruzmo Vəzirbəyova –
“Stop” Tuberkulyoz Tərəfdaşlığı
Təşkilatı, Tacikistan
36. Həbib Hakimov - “Stop” Tuberkulyoz Tərəfdaşlığı
Təşkilatı, Tacikistan
37. Hilol Xudonazarov - “Stop” Tuberkulyoz Tərəfdaşlığı
Təşkilatı, Tacikistan
38. Rauşan Jeteyeva – Qazaxıstan Ftizipulmonoqlar Assosiyasiyası, Qazaxıstan
39. Erlina Burhan – İndoneziya Respirologiya Cəmiyyəti,
İndoneziya
40. Eliyud Emeri – Keniya
“Grassroots” Təşkilatları Konsorsiumu, Keniya
41. Samuel İro Timoro – “Turkana Network Trust Action for Disabilitiy” təşkilatı
(Fiziki qüsurlular üçün fond), Keniya
42. Kevin Muranqori Maina – Kiongozi Fondu,
Keniya
43. Əli Mvayanqa – “Kwale Focus
Empowerment” İcma Əsaslı
Təşkilatı, Keniya
44. Piter Musyoka – “Twene Mbee” Şəbəkəsi
və İnkişaf Qrupu” İcma Əsaslı Təşkilatı,
Keniya
45. Fred Vanyonyi - Kənd yerlərinin Gücləndirilməsi
İnkişafı Təşkilatı
– REDO, Keniya
46. Ebenyo Ome Qodvin
Ome – “Okoa” Pastorlarının Yoxsulluğun
aradan qaldırılması
təşəbbüsü (OPPEİ),
Keniya
47. Ridivani Sadiki –Keniyanın Kənd Yerlərinin İnkişafı Naminə
Vətəndaş Şəbəkəsi,
Keniya
48. Lusi Erika – Qadın Sülh Forumu, Türkana əyaləti,
Keniya
49. Elizabet Lotenqan – Qadın Sülh Forumu, Keniya
50. Adunq Zifora Lokere
– Lopeo sülh təşkilatı, Keniya
51. Emmanuel Ereqae – Lopeo, Keniya
52. Viklif Alala –Nyakaç Sosial Ədalət Mərkəzi, Keniya
53. Kornelius Loçuç – Todanyatu Təşkilatı,
Türkana əyaləti,
Keniya
54. Ezekel Odeo –Aqro
Ətraf Mühit Fermerləri Assosiasiyası
– AGEFA, Bunqoma, Keniya
55. Benson Ekeno Ebei – Türkana
Qərb Gənclərinin
Gücləndirilməsi Təşkilatı
(TUWYE), Keniya
56. Dannis Nataparin Lapur – Keniya Gənclər Təşkilatı, Keniya
57. Paulina Akai Ejore – Keniya Gənclər Federasiyası, Keniya
58. Ol Roselin – Türkana
Gəncləri Teatr Təcrübəçiləri Assosiasiyası, Keniya
59. Cozef Nqaukon Açuka
– “Ayok” çoxtərəfli
inkişaf təşkilatı,
Keniya,
60. Baş keşiş Reymond Mutama – “Universal Fellowship” təşkilatı,
Keniya
61. Meri Kirima Meri – “Vətəndaş
İnkişafı Assosiasiyası
2000”, Keniya
62. Abdişakir Adan Məhəmməd
–Afrika Sosial İnkişaf
Təşkilatı-ASDEF, Keniya
63. Fatma Abdullahi Əhməd - Qadın Hüquqlarını Müdafiə
Təşəbbüsü, Keniya
64. Feyt Kiyema – “Kitui qadınları inkişafda”
qurumu, Keniya
65. Silviya Nakadi – “Kamarngole” İcma Əsaslı Təşkilatı,
Keniya.
Azərbaycan.-2023.-
15 iyul.- S.6.