Brüsseldə
sülhə doğru daha bir addım
atıldı
İyulun 15-də Avropa
İttifaqı Şurasının
prezidenti Şarl Mişelin təşəbbüsü
ilə Brüsseldə Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan
arasında sülh müqaviləsi üzrə aparılan danışıqların növbəti
raundu baş tutdu.
Buna qədər,
yəni 44 günlük
Vətən müharibəsindəki
zəfərimizdən sonra
liderlər Brüsseldə
5 dəfə görüşmüşdülər.
Belçikada sonuncu üçtərəfli danışıqlar
bu il mayın
14-də reallaşmışdı. Dünənki isə sayca 6-cı görüş
oldu.
Ölkə rəhbərlərinin
sülh danışıqları
sonuncu dəfə iyunun 1-də Kişineuda aparılmışdı. Prezident
İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan,
Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişel arasında keçirilən
üçtərəfli, eləcə
də Almaniya Kansleri Olaf Şolts
və Fransa Prezidenti Emmanuel Makronun da qatıldığı
beştərəfli qeyri-rəsmi
görüşünü də
sülh prosesinin tərkib hissəsi kimi dəyərləndirmək
olar. Həmin görüşlərdə heç
bir qərar qəbul olunmasa da, tərəflər bunu iyulun 15-də Brüsseldə keçiriləcək
növbəti toplantıya
hazırlıq kimi qiymətləndirmişdilər.
İyulun 14-də Brüsselə
səfər edən İlham Əliyev Avropa İttifaqı Şurasının mənzil-qərargahında
qurumun prezidenti Şarl Mişellə görüşüb. Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşması
istiqamətində Şarl
Mişelin göstərdiyi
səylərə görə
təşəkkürünü ifadə edən dövlət başçısı
Brüssel formatının
səmərəli olduğunu
vurğulayıb. Söhbət
zamanı İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli
danışıqlar, həmçinin
Ermənistanla Azərbaycan
arasında sülh danışıqları ilə
bağlı fikir mübadiləsi aparılıb.
Dünən liderlər
arasında keçirilən
üçtərəfli görüşü
də sülhə doğru atılan növbəti addım kimi qiymətləndirmək
olar. Görüşlə
bağlı mətbuata
açıqlama verən
Şarl Mişel bildirib ki, görüş
çox məhsuldar keçib: "Biz altıncı görüşü
yenicə başa vurduq. Bu, çox
məhsuldar oldu. Biz səylərimizdə çox mühüm dövr keçirik".
Onun sözlərinə
görə, görüş
zamanı iki ölkə liderləri
1991-ci il "Almatı
Bəyannaməsi"nə, eləcə də ərazi bütövlüyü
və suverenliyinə sadiqliklərini təsdiqləyiblər.
Şarl Mişel
bildirib ki, Azərbaycan və Ermənistan liderləri Brüsseldə daha bir görüş keçirəcəklər.
Tərəflər oktyabrda
Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İspaniyanın Qranada şəhərində keçiriləcək
görüşə paralel
olaraq yaydan sonra Brüsseldə növbəti görüşün
keçirilməsi barədə
razılığa gəliblər.
Liderlər arasında
həmçinin sülh
sazişinin əldə
edilməsi üçün
danışıqların intensivləşdirilməsi,
habelə sərhədlərin
delimitasiyası və
nəqliyyat dəhlizlərinin
açılması üzrə
işlərin aparılması
barədə razılıq
əldə olunub.
Sülh danışıqları
ilə bağlı əsas amil Azərbaycan tərəfindən
irəli sürülmüş
5 məlum prinsipin Hayastan tərəfindən
qəbul edilməsidir.
Bu prinsiplər beynəlxalq hüququn normalarının təməl
prinsipləridir. Ona görə də Azərbaycan əvvəlcədən
bəyan edib ki, məhz bu
prinsiplər üzərində
ölkələrin suverenliyi,
ərazi bütövlüyü,
sərhədlərin toxunulmazlığı
və digər prinsiplər əsasında
danışıqlar mümkündür
və sülh müqaviləsi imzalana bilər.
Artıq hər
kəsə bəllidir
ki, Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Bu, tərəflər arasında Brüssel, Praqa və Soçidə
keçirilən görüşlərdə
də təsdiqini tapıb. Belə ki, həmin görüşlərdə Ermənistan
Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Hayastan təsdiq edib ki, Azərbaycan
ilə Ermənistan arasında sərhədlər
- 1991-ci ilin "Alma-Ata"
Bəyannaməsi əsasında
həll olunmalıdır.
Bu da bir
daha göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri
sayılır.
Beləliklə, bu
addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyıb. Görünən odur ki, Ermənistan prinsip etibarilə Azərbaycanın məsələyə
yanaşması ilə
razıdır.
Mayın 14-də Brüsseldə
Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli
növbəti görüşdə
də Azərbaycan və Ermənistan liderləri bir sıra məsələlərdə
razılığa gəliblər.
Liderlər 1991-ci ilin
"Alma-Ata Bəyannaməsi"nə
müvafiq olaraq Ermənistanın 29,800 kvadratkilometr,
Azərbaycanın 86,600 kvadratkilometr
ərazisinin toxunulmazlığına
sadiqliklərini təsdiq
ediblər.
Ümumiyyətlə, postmünaqişə dövründə
bütün görüşlərdə,
danışıqlarda İlham
Əliyev humanizm və ədalət prinsiplərinə sadiq lider kimi regionda
sülhün və əməkdaşlığın təmin olunması üçün aydın siyasət yürütməklə
nümunə sərgiləyir.
Onu da vurğulayaq ki, son 3 ayda həm
ölkə liderləri,
həm XİN başçıları
arasında Vaşinqtonda,
Brüsseldə, Moskvada
və Kişineuda keçirilən görüşlərdəki
müzakirələr, əldə
olunan razılıqlar,
tərəflərin sülhə
bir qədər də yaxınlaşdığını
deməyə əsas verir. Ona görə
də bu ilin sonuna qədər
Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin imzalanacağına
ümidlər böyükdür.
İyulun 11-də Prezident
İlham Əliyevin sədrliyi ilə
2023-cü ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədə
dövlət başçısı
bu məsələyə
toxunaraq bildirib ki, Azərbaycanın sülh danışıqları
ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. İlham Əliyev hesab edir ki, bu
prinsiplə, beynəlxalq
hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda belə bir imkan yaranıb:
"Son danışıqlar
raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksəksəviyyəli təmaslar
bir məqsədi güdür ki, biz sülh anlaşmasına
daha da yaxınlaşaq.
Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi
irəli sürmüşük.
Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə
də keçirməlidir".
Əsas məqamlardan
biri də odur ki, Ermənistan
tərəfinin mövqeyində
müsbətə doğru
hərəkət var.
Əgər məğlub
ölkə keçən
ilin oktyabrında Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul
etmişdirsə, bu ilin may ayında
daha irəli gedərək ölkəmizin
ərazisinin parametrlərini,
o cümlədən Qarabağ
və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb.
Bu da təbii
ki, müsbət hal kimi qiymətləndirilməlidir.
Prezidentin də söylədyi kimi, indi sıra eyni sözlərin kağız üzərində
də öz təsdiqini tapmasıdır.
Hər halda Azərbaycan bu istiqamətdə səylərini
davam etdirəcək.
Göründüyü kimi, müharibənin qalib tərəfi olmasına rəğmən
Azərbaycan məğlub
ölkəyə qurtuluş
yolu, hər iki tərəfi qane edəcək sülh modeli təklif edir. Hayastan, nəhayət, anlamalıdır ki, boş yerə Qarabağın erməni əhalisi üçün
ayrıca "status"
iddiasını irəli
sürməyin heç
bir mənası yoxdur.
Azərbaycan Prezidenti
bununla bağlı son sözünü mayın 28-də Laçında
bəyan edib. İlham Əliyev deyib ki, "miatsum"un, separatizmin kitabı bağlanıb, müstəqillik xülyası
da statusun dalınca cəhənnəmə
göndərilib. Bu gün ermənilərin yaşadıqları Qarabağ
bölgəsi Azərbaycanın
tarixi, hüquqi torpağıdır. Yaxşı
olar ki, bu reallığı orada yaşayan erməniəsilli vətəndaşlar
da tezliklə başa düşsünlər
və xam xəyallardan ayrılaraq özləri gəlib Azərbaycan bayrağı
altında yaşamaq üçün addım atsınlar. Gec-tez, bu da reallaşacaq!
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
16 iyul.- S.1-2.