İnkişafın uğurlu yolları

 

Bu, imkan verir ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini daha da genişləndirək, hərbi qüdrətimizi artıraq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sosial-iqtisadi yekunlarla bağlı keçirilən yarımillik, illik müşavirələr, dövlət rəhbərimizin bu toplantılardakı çıxışlarının hər biri ictimaiyyət tərəfindən maraqla qarşılanır.

Bu toplantılar, ilk növbədə hökumətin ictimaiyyət qarşısında hesabatlılıq ənənəsinə sadiq qaldığını göstərir. Digər tərəfdən, belə müşavirələrdə müvafiq dövrün nəticələri dəyərləndirilir. Uğurlu məqamlar diqqətə çatdırılır, eyni zamanda hansısa sahədə nöqsan çatışmazlıqlar varsa, onun təhlili aparılır, aradan qaldırılması üçün müvafiq qurumlara göstərişlər verilir. Eyni zamanda bu müşavirələr Azərbaycanın gələcəyinə strateji baxışdır. Ölkəmizin sosial-iqtisadi inkişaf yolundan haradan-hara gəldiyini bundan sonrakı mərhələlərdə hansı istiqamətə irəliləməli olacağını, yeni strateji dövrdə bizi hansı nailiyyət çağırışların gözlədiyini bu müşavirələrdən öyrənmək olar. Hökumətin apardığı siyasətin insanlara aydın izahı, həyata keçirilən tədbirlərin, atılan addımların mahiyyətinin düzgün çatdırılması baxımından da bu müşavirələrin önəmi çox böyükdür.

Hazırda informasiyanın cəmiyyət həyatındakı rolu artıb. Hər birimiz xüsusilə sosial şəbəkələr vasitəsilə saysız-hesabsız xəbərlərlə, fikir rəylərlə əhatə olunmuşuq. Belə bir mühitdə hökumətin apardığı siyasət haqqında məlumatları, təhlilləri, izahları ən mötəbər mənbədən eşitmək vətəndaşlarımızda aydın qənaətlər formalaşdırır, bu siyasətə xalq dəstəyini daha da möhkəmləndirir, Azərbaycanın uğurlarını gözü götürməyən hansısa qüvvələrin manipulyasiya cəhdlərinin qarşısını alır.   

2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə, Azərbaycan Prezidenti İlham Əliyevin bu toplantıdakı çıxışı da böyük maraqla qarşılandı. Dövlətimizin rəhbəri ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın Şərqi Zəngəzurun bərpası, iqtisadi sosial sahələrdə islahatların davam etdirilməsi məsələlərini ötən 6 ay ərzində qarşıda duran əsas vəzifələr kimi müəyyənləşdirdi. Təqdim olunan nəticələr göstərdi ki, Azərbaycan hökuməti ötən dövr ərzində bu istiqamətlərin hər birini həssaslıqla diqqətdə saxlayıb həmin istiqamətlərdə əsaslı irəliləyişlərə nail olunub. 

 

Böyük qayıdış davam edir

 

Azərbaycanın sosial-iqtisadi inkişafı fonunda demək olar ki, bütün sahələrdə uğurlar əldə olunmuşdur. 2023-cü ilin sosial-iqtisadi inkişaf reallıqları barədə dövlət rəhbərimizin çıxışının ən mühüm istiqamətlərindən birincisi Vətən müharibəsindəki tarixi zəfərimizdən dərhal sonra Qarabağda, Şərqi Zəngəzurda başlanan bu gün uğurla davam etdirilən bərpa-quruculuq tədbirləridir. Azərbaycan bu irimiqyaslı prosesi heç kimin maddi yardımına, maliyyə dəstəyinə bel bağlamadan yalnız öz imkanları hesabına həyata keçirir. Ölkəmiz bütün gücünü, resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası yenidən qurulması istiqamətində səfərbər edib. Odur ki, müharibə bitdikdən sonrakı iki il yarım ərzində görülən işlərin miqyası heyranlıq doğurur. Doğma yurda Böyük qayıdış proqramı artıq başlanıb bu proses uğurla davam etdirilir. 

Əhali işğaldan azad olunmuş ərazilərə tədricən, mərhələli şəkildə qayıdır. Ən yüksək səviyyədə tikilərək müasir infrastrukturla təmin edilmiş yaşayış yerlərinə köçürülməklə yanaşı, əhalinin məşğulluğu məsələləri ilə bağlı da addımlar atılır. Yenidən qurulmaqda olan Laçın rayonuna artıq böyük köç başlanıb, yaxın günlərdə bu məkana qayıdış daha geniş miqyasda davam etdiriləcək. 

Məlumat üçün bildirək ki, Qarabağa, Şərqi Zəngəzura Böyük qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması əhalinin bu məskənlərə köçürülməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunlardan 30 yaşayış məntəqəsinin - 8 şəhərin, 22 qəsəbə kəndin təməlinin qoyulmasında şəxsən iştirak edib.

Qarabağın, Şərqi Zəngəzurun mədəni həyatının bərpasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çox böyük rolu var. Fond erməni vandallarının təxminən 30 illik işğal dövründə viran qoyduqları məscidləri, mədəniyyət abidələrini yenidən tikir, yaxud da əsaslı şəkildə bərpa edir, onları həyata qaytarır.

İşğaldan azad edilmiş ərazilərimizin bərpası, onların müasir inkişaf axarına qovuşdurulması bu gün dövlətimiz üçün əsas prioritetdir. Amma bu, qətiyyən, digər bölgələrimizdə inkişaf proseslərinin səngiməsi, regionlarımızın diqqətdən kənarda qalması anlamına gəlmir. Elə Azərbaycanın iqtisadi gücü, qüdrəti həm ondadır ki, ölkəmizdə inkişaf prosesləri paralel şəkildə, bir-biri ilə həmahəng aparılır onların biri digərini uğurla tamamlayır. Ölkəmizdə reallaşdırılan bütün infrastruktur layihələri Azərbaycan Respublikası Prezidentinin şəxsən nəzarətindədir. Dövlət rəhbərimiz Qarabağ, Şərqi Zəngəzur kimi digər bölgələrimizə mütəmadi səfərlər edir, görülən işləri diqqətdə saxlayır, tapşırıq tövsiyələrini verir. İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir.    

 

Güclü olmaq zəruridir

 

Sosial-iqtisadi inkişaf prosesləri, işğaldan azad edilmiş bölgələrimizdə aparılan bərpa-quruculuq işləri, bütün regionlarımızda həyata keçirilən infrastruktur layihələri ilə yanaşı, ölkəmiz üçün ən mühüm məsələlərdən biri, təbii ki, müdafiə təhlükəsizlikdir. Bunun prioritetliyini nəzərə alaraq dövlətimiz hərbi qüdrətini getdikcə artırır, regionda böyük gücə çevrilir. qədər acı olsa da, etiraf edək ki, biz hazırda beynəlxalq münasibətlər sistemində qaydaların pozulduğu, beynəlxalq hüququn işləmədiyi, beynəlxalq təşkilatların qərar qətnamələrinə məhəl qoyulmadığı, bu sahədə təminatçı rolunda çıxış edən böyük dövlətlər tərəfindən hüquqların pozulduğu mürəkkəb bir dünyada yaşayırıq. Belə bir dünyada güclü olmaq vacibdir, onun alternativi yoxdur. Çünki qədər güclü olsan, bir o qədər hörmət göstərəcəklər, güclə hesablaşıb, gücdən çəkinəcəklər. Azərbaycanın öz hərbi qüdrətini getdikcə artırması da seçim deyil, zərurətdir. Dövlətimiz öz müstəqilliyini, inkişaf seçimlərini, yüksək həyat tərzini, ərazi bütövlüyünü qorumaq üçün daha da güclü olmalıdır. Buna görə müharibə başa çatandan sonra da bu istiqamətdə ardıcıl addımlar atıldı bu proses davam etdirilməkdədir. Azərbaycan Ordusunun modernləşdirilməsi məqsədilə islahatlar yüksək səviyyədə  həyata keçirilir, ordumuz müasir silah-sursat, hərbi texnika ilə təmin olunur. Bu gün müstəqil Azərbaycan dövləti siyasətini öz maraqlarına uyğun aparır. Kiminsə qarşısında əyilmir heç bir qüvvənin iradəsinə tabe olmur.  Buna əsas yaradan başlıca amil isə, təbii ki, Azərbaycanın gücü, qüdrətidir. Bu məsələyə diqqət yetirən ölkə rəhbəri müşavirədə çıxışında vurğuladı: "Biz son iki il yarım ərzində  bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik maraqlarımızı qoruya bilmişik... Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz hesab edirəm ki, bundan sonra belə cəhdlər olmayacaq".

Torpaqlarımızın bir hissəsinin təxminən 30 illik işğalı dövründə məsələnin sülh yolu ilə həlli məqsədilə bütün imkanlardan istifadə etməyə çalışan Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün bu gün sülh prinsiplərinə sadiqdir. Azərbaycan bütün sülh danışıqlarında iştirak edir rəsmi Bakının bu istiqamətdə aydın, məntiqli addımları beynəlxalq hüquq normalarına əsaslanır. Prezident çıxışında son dövrlərdə danışıqlar prosesində müsbətə doğru irəliləyişlərin olmasını da nəzərə çatdırdı. Ermənistanın Qarabağ anklav kəndlər daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması, dövlət sərhədlərimizi qəbul etməsi bunun əlamətləridir. Onu da qeyd edək ki, Ermənistan bu mövqeyə heç öz xoşu ilə gəlməyib, Azərbaycanın həyata keçirdiyi ardıcıl, prinsipial siyasi xətt, göstərdiyi təzyiqlər rəsmi İrəvanı belə vacib addımların atılmasına sövq edib.

Azərbaycan Cənubi Qafqaz regionunun əbədi sülh, dayanıqlı inkişaf, xoş rifah məkanına çevrilməsi üçün bütün istiqamətlərdə böyük əzmlə aparır. O cümlədən Ermənistanın işğalı altında olmuş ərazilərdə mövcud ekoloji problemlərin həlli, Ermənistanın Qarabağı Şərqi Zəngəzuru ekoloji fəlakət zonasına çevirmək siyasətinin nəticələrinin aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Əfsuslar olsun ki, Ermənistan bu cəhdlərindən hələ əl çəkmir. Qonşu ölkənin Azərbaycanla sərhəddə metallurgiya zavodu inşa etməsi buna bir nümunədir. Belə bir layihə Espo Konvensiyasının tələblərinə ziddir. Prezident İlham Əliyev müşavirədə bu məsələyə toxunaraq qətiyyətlə bildirdi: "Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər  satıblar. Yəni bütün bu peyk görüntüləri bizdə var. İndi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır biz bunu Ermənistandan tələb edirik".

Bu kontekstdə Azərbaycan ictimaiyyətinin etirazları, qeyri-hökumət təşkilatlarının beynəlxalq qurumlara, Ermənistanın rəsmi orqanlarına müraciətləri regionumuz naminə gələcək ekoloji fəlakətlərin qarşısının vaxtında alınması üçündür.

 

Vətəndaş məsuliyyəti

 

Azərbaycan dövləti hər zaman ərazilərimizdə ekoloji durumu təhdid edən hallara, ətraf mühit üçün ziyanlı layihələrə qarşı da prinsipial mövqe tutub. Azərbaycan Prezidenti müşavirə zamanı bu mövqeyi bir daha nümayiş etdirdi. Gədəbəyin Söyüdlü kəndi ərazisindəki qızıl mədəninin fəaliyyəti ilə bağlı baş vermiş hadisənin qəbuledilməzliyini diqqətə çatdırdı, Ekologiya Təbii Sərvətlər Nazirliyini yol verdiyi səhlənkarlığa, nəzarətsizliyə, uzun müddət ərzində bu ərazidəki vəziyyətə passiv müşahidəçi mövqe tutmasına görə qınadı. Azərbaycan Prezidenti bu çıxışında bir daha müvafiq dövlət qurumlarına, Azərbaycanda çalışan şirkətlərə bəyan etdi ki, hər bir şirkət ölkə qanunlarına hörmətlə yanaşmalı, işini qanunvericilik normalarına uyğun qurmalıdır.

Dövlət rəhbərimiz eyni zamanda Gədəbəy rayonunda məlum hadisə zamanı vətəndaşların bir hissəsinin müəyyən təxribatçıların fitnəsinə uyaraq Azərbaycan polisinə qarşı qanunsuz hərəkətlər etməsinin qəbuledilməz olduğunu, ölkədə xaos, özbaşınalıq, təxribat xarakterli addımlar dövrünün hələ 1993-cü ildə başa çatdığını vurğuladı. Qeyd etdi ki, polisin dözümlülük göstərməsi, o demək deyil ki, kim istəsə asayiş, qanun mühafizəçilərinə daş ata bilər. Həqiqətən, Azərbaycan polisi cəmiyyətimizdə ictimai asayişin, sabitlik inkişaf mühitinin təminatçısıdır. Bugünkü təhlükəsiz, sakit, rəvan, əmin-amanlıq içindəki həyatımızın gecə-gündüz ən çətin şəraitlərdə xidmət aparan polis əməkdaşlarımızın qədər gərgin zəhməti, fədakarlığı hesabına başa gəldiyinin bəzən fərqində olmuruq. Ara-sıra polisə qarşı təxribat törətmək istəyənlər , onların fitnəsinə uyub müəyyən qanunsuz davranışlara cəhd edənlər bilməlidirlər ki, Azərbaycan polisinə bu cür ləkələr yapışmaz. Onlara qara yaxmaq istəyənlər ən azı digər ölkələrdə, o cümlədən inkişaf etmiş Qərb dövlətlərində polisin vətəndaşlarla qəddar davranışına baxıb nəticə çıxarmalıdırlar ki, eyni hərəkəti oralarda etsəydilər, hansı aqibətlə üzləşərdilər. Ona görə hər birimizdən yüksək vətəndaş məsuliyyəti tələb olunur.

Azərbaycanın gələcək uğurları dövlətimizin apardığı məqsədyönlü siyasət qədər həm hər birimizin vətəndaş məsuliyyətimizdən asılıdır.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2023.- 16 iyul.- S.2.