Brüsseldə
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının
Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli görüşü
olub
İyulun 15-də Brüsseldə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının
baş naziri Nikol Paşinyan ilə üçtərəfli
görüşü olub.
AZƏRTAC xəbər verir ki, söhbət
zamanı Ermənistanla
Azərbaycan arasında
münasibətlərin normallaşdırılması,
sülh prosesi üzrə danışıqların
davam etdirilməsi, sərhədlərin delimitasiyası,
nəqliyyat kommunikasiyalarının
açılması, Ermənistanın
hərbi birləşmələrinin
Azərbaycan ərazilərindən
çıxarılması və
qanunsuz hərbi birləşmələrin tərksilah
edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Brüsseldə keçirilən bu danışıqlar Vaşinqton görüşünün davamı kimi qiymətləndirilib.
Azərbaycan.-2023.- 16 iyul.- S.1.