Avropa
İttifaqı Şurasının
Prezidenti Şarl Mişel Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla
görüşdən sonra
mətbuata açıqlama
verib
Avropa İttifaqı
Şurasının Prezidenti
Şarl Mişel iyulun 15-də Brüsseldə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının
baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına
dair mətbuata açıqlama verib.
AZƏRTAC xəbər verir ki, Şarl
Mişel açıqlamasında
deyib:
-Prezident Əliyev
və baş nazir Paşinyanla altıncı görüşü
indicə yekunlaşdırdıq.
Bizim müzakirələrimiz
yenə də səmimi, dürüst və məzmunlu oldu. Görüşümüz
mayın əvvəlindən
Ermənistan və Azərbaycan liderləri, baş nazirlərin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda,
Vaşinqtonda, Moskvada,
həmçinin sərhəddə
intensiv və məhsuldar keçirilən
yüksək səviyyəli
görüşlər silsiləsinin
davamı oldu.
Biz Ermənistan
ilə Azərbaycan arasında danışıqların
ən əhatəli və mürəkkəb mərhələlərindən birini keçirik. Mən liderləri sülh prosesinə güclü sadiqliklərinə
görə təqdir etdim. Mən onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin
etmək üçün
daha cəsarətli addımlar atmağa çağırdım. Baxmayaraq
ki, görüşümüz
gərginliyin artması
fonunda baş tutdu, mən siyasi müzakirələrdə
və səylərdə
mühüm irəliləyiş
olduğunu qeyd etdim.
Biz gündəlikdə
olan bütün məsələləri müzakirə
etdik.
Suverenlik və
ərazi bütövlüyü.
Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın
isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə
və suverenliyinə hörmətlə yanaşdıqlarını
bir daha qəti şəkildə təsdiqlədilər.
Sərhədlərin delimitasiyası. Hər iki lider delimitasiya
üçün siyasi
çərçivə kimi
1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini
bir daha təsdiq etdilər.
Mən hər iki sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışladım. Bu komissiyaların nizamnaməsi
və sərhədlərin
müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə
irəliləyiş əldə
edilib.
Ən mühümü
isə odur ki, liderlər komissiyaların işini intensivləşdirmək və
sürətləndirmək barədə razılığa
gəliblər.
Kommunikasiyalar. Bu
məsələyə gəldikdə,
tərəflər son
iki ay ərzində
regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına
yönəlmiş müzakirələrdə
də aşkar irəliləyişə nail
olublar. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq
prinsiplərinə cavab
verən gələcək
nəqliyyat razılaşmalarının
şərtlərini müzakirə
etdik.
Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır.
Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma
tələb edir, lakin bu mövzuda
indi mövqelər yaxınlaşır və
variantlar fəal şəkildə araşdırılır.
Humanitar yardımlar.
Qarabağın erməni
əhalisinin vəziyyətini,
Laçın dəhlizi
ətrafında vəziyyəti
müzakirə etdik. Aydındır ki, mövcud vəziyyət dayanıqlı deyil və heç kimin marağına uyğun gəlmir. Vəziyyətin normallaşmasına
kömək üçün
mümkün konkret addımları da müzakirə etdik.
Mən Laçın
yolunun açılmasının
vacibliyini vurğuladım.
Mən Azərbaycanın
Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim.
Mən hər iki variantı vacib hesab edirəm
və əhalinin ehtiyaclarının təmin
olunması üçün
hər iki tərəfdən humanitar
yardımların çatdırılmasını
dəstəkləyirəm.
Mən, həmçinin
Beynəlxalq Qırmızı
Xaç Komitəsi tərəfindən tibbi təxliyənin bərpasını
da alqışladım.
Hüquqlar və
təhlükəsizlik. Yerli
əhalinin ilk növbədə hüquqlarının
və təhlükəsizliyinin
təmin olunmasına ehtiyacı var.
Mən bu kontekstdə Avropa İttifaqının Bakı
ilə keçmiş
Dağlıq Qarabağ
Muxtar Vilayətində
yaşayan ermənilərin
nümayəndələri arasında
birbaşa dialoqu dəstəklədiyini bildirdim.
Bu dialoq bütün tərəflər
üçün çox
vacib olan etimadı təmin etməlidir.
Saxlanılanlar. Biz
saxlanılanlar məsələsini
də müzakirə etdik. Liderlər alicənablıq anlayışına
sadiqliklərini bir daha təsdiqlədilər
və bununla da ehtiyatsızlıqdan qarşı tərəfə
keçən əsgərlərin
azad olunması asanlaşacaq.
Mən hər iki tərəfdən saxlanılanların azad edilməsinin tərəfdarı
olduğumu bildirdim.
İtkin düşmüş
şəxslərin taleyinin
müəyyənləşdirilməsi və minatəmizləmə
üzrə əməkdaşlığın
genişləndirilməsinin vacibliyi də müzakirə olundu. Mən bir daha
tərəfləri mümkün
qədər çox məlumat mübadiləsi
aparmağa çağırdım.
Hadisələrin inkişafı.
Biz razılaşdıq
ki, komandalarımız
bu gün müzakirə olunan məsələlərin daha
sonra konkret inkişafını təmin
etmək üçün
sıx təmasda olacaqlar. Real inkişaf isə yaxın gələcəkdə atılmalı
olan növbəti addımlardan asılıdır.
Əsas prioritet
isə odur ki, sülh və
normallaşma danışıqlarına
lazımi şəraiti
təmin etmək üçün zorakılıq
və sərt ritorika dayandırılmalıdır.
Mən, həmçinin Ermənistan və Azərbaycan liderlərinə yaydan sonra Brüsseldə növbəti görüşə dəvət etmək niyyətimi bir daha bildirdim. Bundan əlavə, “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısı çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin də iştirakı ilə beştərəfli görüş təklifimi də diqqətə çatdırdım.
Azərbaycan.-2023.- 16 iyul.- S.1-2.