Ermənistanın
əsassız iddiaları
bir daha ifşa olundu
Beynəlxalq Ədalət
Məhkəməsi bu
dəfə də hüququn aliliyini müdafiə etdi
Beynəlxalq Ədalət
Məhkəməsi Ermənistanın
2023-cü il 22 fevral tarixli qərarında dəyişiklik edilməsi
barədə tələbini
rədd edib. Məhkəmə bu qərarı ilə Ermənistanın Azərbaycan
sərhədçilərini Laçın sərhəd
nəzarət-keçid məntəqəsindən
çıxarmaq tələbini
yekdilliklə rədd etdiyini təsdiqləyib. Bununla da Ermənistanın
ölkəmizə qarşı
qaldırdığı növbəti
əsassız iddiası
beynəlxalq səviyyədə
iflasa uğrayıb.
Mövzu ilə
bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Azərbaycanın atdığı
addımlar beynəlxalq
hüquq normaları çərçivəsindədir
Milli Məclisin
deputatı Asim Mollazadə bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi
bu qərarı ilə hüququn aliliyini müdafiə edib: "Bu bir daha sübut
edir ki, Azərbaycanın atdığı
addımlar beynəlxalq
hüquq normaları çərçivəsindədir. Ermənilərin iddiaları
isə onların işğalçı mövqeyini
müdafiə etməkdən
başqa bir şey deyildi. Onların iddiaları tamamilə yalan və böhtandır".
Deputatın sözlərinə
görə, Ermənistanın
müraciəti elə
bu səbəbdən də əsassız hesab edildi, yəni
yalanları növbəti
dəfə ifşa olundu. A.Mollazadənin fikrincə, erməni yalanlarının ifşası
davam etdirilməli, beynəlxalq ictimaiyyət düzgün məlumatlandırılmalıdır.
Ermənistan beynəlxalq
hüquq normalarına
əməl etməyə
məcburdur.
"Hazırda bu
ölkənin arxasında
duran və ona dəstək verən qüvvələr
bölgədə sabitliyi
pozmağa çalışırlar.
Beynəlxalq Ədalət
Məhkəməsinin belə
bir vaxtda ədalətli qərar verməsini xüsusilə
alqışlayıram. Düşünürəm
ki, bütün beynəlxalq təşkilatlar
məhz hüququn aliliyinə riayət etməli, lazımi addımları beynəlxalq
hüquq çərçivəsində
atmalıdırlar. Unutmaq
olmaz ki, Azərbaycan haqqı, ədaləti artıq bütün dünyaya nümayiş etdirir",
- deyə deputat vurğulayıb.
Beynəlxalq Ədalət
Məhkəməsinə ünvanladığı
əsassız müraciətlərdən
ən çox əziyyət çəkən
elə Ermənistanın
özü olacaq
Milli Məclisin
deputatı Ceyhun Məmmədov deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin
Ermənistanın əleyhinə
belə bir qərar qəbul etməsi onlara ünvanlanmış növbəti
mesajdır. Bu məhkəmə sözügedən
qərarı ilə mövqeyini bir daha qəti olaraq ifadə etdi. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Laçın yolunda sərhəd nəzarət-buraxılış
məntəqəsi yaradılması
Azərbaycanın suveren
hüququdur.
"Ermənistanın artıq başqa yolu yoxdur. Rəsmi
İrəvan Azərbaycanın
şərtlərini qəbul
edərək sülh müqaviləsini imzalamalıdır.
Beynəlxalq Ədalət
Məhkəməsi, ayrı-ayrı
dövlətlər, eləcə
də beynəlxalq təşkilatlar bu barədə dəfələrlə
öz mövqelərini
bildiriblər. Lakin təəssüf ki, Ermənistan heç bir nəticə çıxarmır, müraciətlərini
eyni qaydada davam etdirir. Bununla yanaşı, ölkəmizə qarşı
təxribatlar törətməkdən
əl çəkmir",
- deyə deputat bildirib.
C.Məmmədovun sözlərinə
görə, bu gün ABŞ və Avropa İttifaqı daxil olmaqla, demək olar ki, əksər dövlətlər Ermənistana
açıq mesaj verirlər ki, Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladıqları
bu cür müraciətlərin perspektivi
yoxdur. Ona görə də bədnam qonşumuz artıq real addımlar atmalı, dəst-xətinə uyğun
olmasa da, ədalətli davranış
nümayiş etdirməlidir.
Deputat vurğulayıb
ki, Qarabağ və Şərqi Zəngəzur beynəlxalq
hüquqa əsasən
Azərbaycanın suveren
əraziləridir: "Həmin
ərazilərdə yaşayanlar
da Azərbaycan vətəndaşlarıdırlar. Belə olan halda, Ermənistan Azərbaycanın şərtlərini
qəbul etməyə
məcburdur. Anlamalıdır
ki, vaxt keçdikcə bu davranışlarından, Beynəlxalq
Ədalət Məhkəməsinə
ünvanladığı əsassız
müraciətlərdən ən çox əziyyət çəkən
elə Ermənistanın
özü olacaq".
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
16 iyul.- S.3.